Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Zəfərin əbədi olsun, Azərbaycan!

2614 Baxış sayı / 08-11-2022 09:47

Savaş zəfərimizlə bitdi. Bir cümləyə sığan bu sözləri yazmaq nə asan imiş!.. Bu, təkcə 44 günlük savaşın yox, 30 ilin, əsrlərin qələbəsi idi. Əvvəlki yazıda dediyim kimi, Azərbaycan 200 ildi torpaq verirdi. İlk dəfə idi, qələbə çalırdıq, namərdcəsinə işğal olunmuş torpaqları geri alırdıq. Haqq işi uğrunda savaşda qalib olurduq.

Şuşa azad olunandan sonra daha savaşa ehtiyac qalmadı. Erməni ilk gündən uduzduğunu bilsə də, məğlub olmağı da bacarmırdı. Etiraf etməyə də kişilik lazımdır axı!..

Bizim aslan biləkli, qurd ürəkli cəngavərlərimizin şücaəti dünya mətbuatının gündəmində idi. Ağdam, Laçın, Kəlbəcərin dinc yolla boşaldılması barəsində razılaşma imzalandı. Daha şəhid verməyin mənası yox idi. Şuşada Gövhər ağa məscidindən, Ağdamdan ətrafa yayılan azan səsi. Ali Baş Komandanın xanımıyla məscidi ziyarət etməsi. Uşaqlıq və gənclikləri itirilən insanlar, didərgin qocalar.. Bu günü nə vaxtdı gözləyirdilər..

Azğın düşmənin yurd yerlərimizi tərk etməsini televiziya vasitəsilə izləyirdik. Apara bildiklərini aparırlar, apara bilmədiklərini isə od vurub yandırırdılar. Vəhşiliyin son həddi... Nə yaxşı ki, telekanallar ağlasığmaz mənzərələri çəkib dünyaya göstərirdilər.

Proletariatın dahi rəhbəri, böyük filosof Karl Marks hələ XIX əsrdə söyləyib: “İnsan erməni ola bilər, amma erməni insan ola bilməz”. Məncə, izaha ehtiyac yoxdur. Bu fikirləri sosial şəbəkələrdən oxumuşam. Nə qədər haqlı!

Hələ gör poeziya nəhəngi Aleksandr Puşkin nə deyib? – Oğru, əclaf, qor­xaq, tülkü, alçaq – sən ermənisən, bu sözlər sənə aiddir. Sən meymundan törəmisən.

Ötən illərdə şəhidlərin ruhuna rəhmət oxuyaraq bir gözümüz ağlasa da, bir gözümüz sevinirdi. O mənada ki, I Qarabağ savaşında da saysız-hesabsız şəhid vermişdik. Amma heç nəyə nail ola bilməmişdik. Atəşkəs imzalansa da, erməni alçaq niyyətindən əl çəkmir, demək olar ki, hər gün atəş açırdı. Sərhədi qoruyan əsgərlərimiz şəhid olurdular.

Noyabrın 10-u – Zəfər yürüyüşü. Dekabrın-10-u – Azadlıq meydanında Qələbə paradını qeyd edən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan – “Bir millət, iki dövlət” kəlmələrini bütün dünyaya bəyan edən həqiqi qardaşımız, dayağımız. Prezident İlham Əliyev "Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın dəstəyini yüksək qiymətləndirərək vurğulayıb: "Müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır."

Həsrətində olduğumuz Qarabağın çal-çağırlı, bəxtəvər günləri... Şəhərlər gözəli Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bütün Azərbaycan əhalisinin, bütün dünya azərbaycanlılarının ürəyincə oldu. Mədəniyyət və mənəviyyat paytaxtı olmaq Pənahəli xanın, Xan qızı Natəvanın, Üzeyir bəyin.. ata ocaqları olan Şuşanın halal haqqı idi.

Xarı bülbül festivalı - 28 il torpaqları qan ağlayan Şuşa ən xoşbəxt günlərini yaşayır. Xalqımıza bu unudulmaz günləri yaşadan Prezidentimiz İlham Əliyev özü həmin gün rəsmiyyətdən uzaq idi. Kostyumda, qalstukda deyil, bayram ovqatına uyğun olaraq sadə geyimdə idi. I Vitse-prezidentimiz Mehriban xanım və ailə üzvləri də hamını Şuşadan salamladılar.

Şuşa Bəyannaməsinin imzalanması da bir bayrama döndü. Ərdoğan qardaşımız bəyannamə imzalanmağa xanımı Əminə Ərdoğanla gəlmişdi. Cümhu­riyyət başçısına bağışlanan Qarabağ atı türkün türkə ən böyük hədiyyəsi idi.

Avqustun 30-u – Vaqif Poeziya günləri qeyri-adi bayrama çevrildi. Deyərdim ki, həmin günlər Azərbaycanın ürəyi Şuşada döyünürdü. Şuşa əsl mədəniyyət və mənəviyyat paytaxtı idi. Erməni (nifrətimi ifadə etmək üçün bu sözün qarşısında bənzətmə tapmaqda acizəm). Heydər Əliyevin rəhbərliyi dövründə ucaldılan Vaqifin məqbərəsini məhv etsə də, Heydər Əliyev Fondunun maliyyə dəstəyilə elə Vaqifə layiq, Şuşaya layiq yeni məqbərə ucaldı. 1982-ci ildəki ilk Vaqif Poeziya günlərində də incəsənət, elm adamları, ictimai-siyasi xadimlər Heydər Əliyevin ətrafında tarixi bir gün yaşayıblar. Həmin günün sağ qalan iştirakçıları söyləyirlər ki, o zaman çox cavan olan İlham Əliyev də iştirakçıların sırasında imiş. 30 avqustda isə özü başda idi.

18 sentyabr! Musiqi nəhəngi Üzeyir bəyin doğum günüylə əlaqədar Azərbaycanda Milli Musiqi günüdür. O qədər “Gələn il bu günkü gün!” sözlərini deyib arzulamışıq ki.. Nəhayət, o gün də gəldi. 2021- ci ilin Musiqi günü Şuşada əks-səda verdi.

Nəhayət, 27 sentyabr – savaşın bir ili. Bizi Qarabağa qovuşduran şəhidlərimiz, qazilərimiz, iştirakçılarımız ötən bir ildə bir an da unudulmadılar! Onlar unudulsalar, Allah bunu günahımıza yazar. Haqqlarında kitablar yazıldı, fgilmlər çəkildi. Adlarına bulaqlar açıldı. Xatirələri zaman-zaman anılıb rəşadətləri gələcək nəsillərə çatdırılacaqdır. Bütün telekanallar hər gün şəhadətə ucalanların xatirəsini məhəbbətlə yad edir.

Bizə bugünkü qüruru, məğrurluğu yaşadan cəngavərlərin hər biri əbədiyaşardır. Səsilə “Vətən yaxşıdır” deyibən ürəyimizdə dastana dönən Xudayar Yusifzadə də, Qubadlıda “Xan Lənkəran var olsun “ sözlərini divara həkk edən Emil Qurbanov da, 19 yaşında şəhadətə ucalan Samir Allahverdiyev də..

İstər savaş günlərində, istər sonrakı vaxtlarda həkimlərimizin fədakarlığı da danılmazdır. Sosial şəbəkələrdə, mətbu orqanlarda bu barədə məlumatlar verilir. Oftalmoloq Tural Qəlbinurun “Şad xəbər” başlıqlı yazısında oxuyuruq: “İki gözünü itirən minaaxtaran Elməddin Mirzəyevin görmə qabiliyyəti bərpa olunub. Elməddin ağır yaralı olduğu üçün onu yalnız yataqda müayinə etmək mümkün idi. Amma ümidimiz çox az idi. Çoxmərhələli əməliyyat qaçılmaz oldu. Gözün həm ön, həm arxa hissəsində əziz həmkarım Xəlil Hüseynovla bərabər 3 uğurlu cərrahi əməliyyat keçirdik. Bu gün Elməddin görür. Bunun bəxş etdiyi xöşbəxtlik əvəzsizdir."

İllərdi Bakıda məskunlaşan güllələnmiş heykəllərin yanından keçəndə xəca­lətdən baxışlarımı yana çevirirdim. Daşların da ruhu varmış. Qaçqın heykəllər də yurd yerlərinə qayıtdıqdan sonra sanki adamın üzünə gülümsəyirlər. Daş heykəl­lər bunca canlı olmasaydılar, onlarla görüşə heç vaxt can atmazdıq.

Ötən ilin zə­fər dolu 44 gü­nünü teleka­nalların verilişləri vasitəsilə ye­ni­dən yaşayırıq. Ölkə rəhbərinin xanımıyla Qarabağ tor­paqlarına tez-tez səfəri ada­mın ürəyini riq­qətə gətirir. Zəngilan səfəri.. Mehriban xanım radionun düyməsini basır. Sevilən müğənni İlhamə Qasımovanın səsi ətrafa yayılır!

Nəğmə dolu bir ürəyəm,

Torpağına baş əyərəm, ey Vətən!

Fateh sərkərdə maşından düşür, rəşadətli ordusunun gücüylə işğaldan azad etdiyi vətən torpağında piyada gəzir.

Bir qədər sonra dünyaya açılan Füzuli hava limanı. Təyyarələr dünya ölkələrinə Qarabağdan start götürəcək.

Nəhayət, 8 Noyabr – Şuşanın işğaldan azadlığı. Qarabağ savaşına son. Nigaran ruhların rahatlıq tapdıqları gün. İlk düşündüyüm – ana-bala münasibətində olduğumuz Südabə xanım oldu. 11 yaşından ömrünün sonunadək – 82 yaşınadək saçlarında Üzeyir bəyin əllərinin sığalını yaşadan Südabə xanım. Üzeyir bəy 1937-ci ilin yay aylarında Şuşada onların evində kirayədə qalmışdı.

Zəfərin ildönümündə telekanalları izləmək üçün yuxudan lap tezdən oyandım. Bakıda və Şuşada keçirilən Zəfər paradını izlədikcə sevinc həyəcanından ürəyim köksümə sığmır. Şuşada qeyri-adi əhval- ruhiyyə yaşanır. Gülümsəyən payız günəşi dumanı da dağlardan qovub. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Gövhər ağa məscidində şükür namazı qılır.

Ali Baş Komandan İlham Əliyev də, xanımı, I Vitse-prezident Mehriban xanım da hərbi geyimdədirlər. Fateh sərkərdə bütün azərbaycanlıları təbrik edir: “Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik".

Mehriban xanım instagram səhifəsindəki paylaşımda Azərbaycan xalqını və Ali Baş Komandanı təbrik edir.

Bakıdan gedən inccəsənət adamları Şuşada bayram ovqatı yaşadırlar. Səsləri Şuşanın dağlarında əks-səda verir.

Şuşada səsləndirilən “Azərbaycan himni” bu gün məndən ötrü ayrı məna kəsb edir. Müstəqilliyimizdən keçən 30 ildə milyon kərə dinlədiyim himnin hər misrası iliyimə işləyir:

Səndən ötrü can verməyə cümlə hazırız,

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Misralar sanki şəhidlərimizin boyuna biçilib. Misralar bir and, bir məramnamə kimi səslənir. Necə deyilibsə, elə də etdilər. Qanlarından da keçdilər, canlarından da. Nəticədə zəfər dolu şanlı tarix yazdılar.

Üç rəngli bayrağınla məsud yaşa!

Şanlı Vətən! Şanlı Vətən!

Məsud yaşamağa haqqı olan Odlar Yurdu! Zəfərin əbədi olsun!

Bakıda da həmin coşqu yaşanır. Xalq 440 metrlik üçrəngli bayrağı Azneft meydanından Qənimət parkına qədər böyük şövqlə aparır.

“Mədəniyyət” kanalında akademik Rafael Hüseynovun apardığı “Vətənim” verilişi 6-7 aydır yayımlanır. Unudulmaz səs sahibi Mirzə Babayevin “Vətən” haqqında mahnısıyla başlayıb, ölməz. Bülbülün səsiylə bitən verilişə həyat yoldaşım və Toğrulumla nəfəs dərmədən baxırıq. Hər verilişdən sonra minnətdarlıqla qeyd edirik ki, nə xoş Rafael Hüseynov görüntüyə – televiziyaya gəldi. Hər həftə qonağımız olur. Əvəllər tədbirlərdə aparıcı olaraq görünsə də, pandemiya bəlasıyla əlaqədar həmin tədbirlərə də həsrət qalmışıq. Rafael Hüseynovun müəllif verilişi yenə də ürəyimizcə oldu. Növbəti veriliş düz Zəfər günününə təsadüf etmişdi.

Rafael Hüseynov özünəməxsus tərzdə danışır. Özü də elə sürətlə danışır, fikirlərini ayrılan zamana sığışdıra bilməyəcəyindən sanki qorxur. Qeyd edir ki, tarix boyu çox “Qarabağnamə”lər yazılıb. Amma yenisini İlham Əliyev və Azərbaycan əsgəri yazdı. Cənnət Qarabağı azğın düşmən 30 ildə viranəyə çevirdi. Gedəndə də od vurub yandırdı. Amma bilmir ki, zamanın saatı Azərbaycanı gələcəyin gözəl üfüqlərinə aparır...

Mən də nöqtəni burda qoymaq istəyirəm. Zəfərin əbədi olsun, Azərbaycan! Gələcəyin üfüqlərində hər zaman parıltın görünsün! Amin!

 

                                                                                                            Sevda Əlibəyli

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]