Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Jurnalın qonağı
Biz də Vətənin əsgəriyik
Tarix: 11-3-2017

  Ötən əsrin 80-ci illərin sonlarından etibarən Sovet ideologiyasının hökmran olduğu bir dönəmdəAzərbaycan ədəbi mühiti çağdaş ədəbiyyatımıza azadlıq, müstəqillik, mübarizlik toxumu səpdi. Bədnam qonşularımız əzəli, əbədi, tarixi torpaqlarımıza iddia qaldıranda tanınmış yazıçılarımızdan İsmayıl Şıxlı,Mirzə İbrahimov, Anar Rzayev,Elçin Əfəndiyev, şairlərimizdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Vaqif, Yusif Səmədoğlular, Həriman Həsənzadə, Cabir Novruz, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və başqaları bu söz meydanında bir yumruq tək birləşərək cəbhə yaratdılar. Onlar xalqımızın milli azadlıq ruhunun yüksəlməsində əvəzsiz rol oynadılar. Daşnak tör-töküntüləri olan şovinist erməni ideoloqlarına Vazgen, Aqambekyan, Zori Balayan, Silva Kaputikyana sözün gücü, qüdrəti ilə tutarlı, kəsərli cavablar verdilər.

Gənclər
Sərkərdələr beşiyində andiçmə mərasimi
Tarix: 11-3-2017

 Səhərdir. Günəşin üfüqdən boylanan şəfəqləri asta-asta hər tərəfə yayılıb nura boyayır. Səmanın üzündə sanki bir bayram ovqatı var. Elə C.Naxçıvanski adına Hərbi Liseyin həyəti də bayramsayağı bəzədilib. Sıra ilə dalğalanan bayraqlar görənlərə xoş ovqat bağışlayır. 

"Dədə Qorqud " fondunun mükafatı
Şəhidə və anasına orden verildi
Tarix: 11-3-2017

Fevralın 10-da Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində şəhid Oleq Mamontovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə şəhidin vaxtilə döyüşdüyü Səbail tank batalyonu haqqında qısa film nümayiş etdirilib. 

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova tədbirdə çıxış edərək müstəqilliyimizin ilk illərinin çətinliklərindən bəhs edib. Bildirib ki, o vaxtkı faciəvi durumun qarşısının alınması yalnız və yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sayəsində mümkün oldu. 

Elm, Təhsil, Səhiyyə
Mənalı ömrün məktəb səhifələri
Tarix: 11-3-2017

 Milli Qəhrəman MirƏləkbər İbrahimov adına 153 № li tam orta məktəb 1962-ci ildən fəaliyyət göstərir.

Mən Sevil xanım Nağıyevanı 1993-cü ildən tanıyıram. Sevil müəllimin görkəmi onun işgüzar, tələbkar, çevik bir şəxsiyyət olmasını ilk anda hiss etdirir. O, zəngin təcrübəsi, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti olan pedaqoqdur. Bir təcrübəli pedaqoq kimi Sevil xanım şagirdlərin şəxsiyyət kimi formalaşmasına, onların milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanaraq tərbiyə olunmalarına çalışır. Məhz bunun nəticəsidir ki, Sevil Nağıyevanın məktəbi bitirən şagirdləri indi müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə müxtəlif yerlərdə çalışırlar.
"Dədə Qorqud " fondunun mükafatı
Bakının 23 saylı orta məktəbinin müəllimlərinə fəxri orden verildi
Tarix: 11-3-2017

 Paytaxt Bakının ən qabaqcıl məktəblərindən olan, peşəkar müəllim və savadlı şagirdləri ilə hər zaman fərqlənən Nəsimi rayonu Tahir Həsənov adına 23 saylı orta məktəbin adına daha bir uğur yazılıb. Məktəbin iki müəlliminə Cəmilə Nəsirli və Nigar Mustafazadəyə “Mehriban Ana” ordeni verilib.

Mədəniyyət
Nailiyyətlərə görə Vətənimə, dövlətimə, xalqıma borcluyam
Tarix: 11-3-2017

 Mirzəyeva Rəna Ceymulla qızı, 1971-ci il Bakı şəhərində anadan olub. Bakıdakı 52 saylı tam orta məktəbin məzunudur. Moskva Dövlət Texniki Universitetini bitirib. Uşaqlıqdan ədəbiyyata, poeziyaya böyük marağı onu bir sıra ədəbi-bədii məclislərdə və dərnəklərdə iştirak etməyə sövq edib. Orta məktəb yaşlarından inşa və yazıları hər zaman seçilib, diqqət mərkəzində olub. Müxtəlif illər ərzində bir sıra qəzet və jurnal səhifələrində məqalələri və şeirləri işıqlandırılıb. 

Yaradıcılığını daha sonralar uşaqlar və gənclər üçün şeir, kompozisiya  və esselər yazmaqla davam etdirib. Hər addımda qazandığı uğurlar onu həvəsləndirib və daha böyük nailliyyətlər əldə etmək üçün stimul yaradıb. 
Siyasət
“Vətən və millət sevgisi hər bir azərbaycanlının qanın coşdurmalıdır!”
Tarix: 11-3-2017

 Qarşıdan - dekabr ayının 31- Dünya azərbaycanlılarının həmrəylik günü, dövlət bayramı kimi qeyd edilən əlamətdar gün gəlir. Dünyanın neçə-neçə ölkəsində yaşayan soydaşlarımız milli həmrəyliyi milli azadlıq mübarizəsinin məntiqi nəticəsidir. Xalqımızın daim öz keşməkeşli tarixində dövlətçiliyinə və bütövlüyünə haqsız vurulan zərbələrin təsirindən müxtəlif ölkələrə səpələnmişdir. Lakin, bu parçalanma vətən svgisini, doğma adət-ənənlərə. ana dilinə sadiqliyi onların ürəyindən silməmiş. əksinə, daha sıx bağlanması ilə təcəssüm etmişdir. 

Elm, Təhsil, Səhiyyə
Sevil Nağıyeva - çalışqan, təcrübəli müəllim
Tarix: 11-3-2017

 Sevil Şakir qızı Nağıyeva 1958 -ci ildə sentyabrın 10-da Şirvan şəhərində (keçmiş Əli Bayramlı) ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini doğulduğu şəhərdəki 10 nömrəli orta məktəbdə almışdır. (1965-75-ci illər) 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuşdur. Ali məktəb illərində nəzəri biliklərə dərindən yiyələnmiş, 1981-ci ildə təhsilini başa vurmuşdur . İlk pedaqoji fəaliyyətə Cəliləbadın Prişip qəsəbəsində başlamışdır. 

Prişibdə işlədiyi dövr gənc müəllimənin həyatının ən gözəl mənalı zolağıdır. 
Elm, Təhsil, Səhiyyə
Vətən məktəbdən başlayır
Tarix: 11-3-2017

 Azərbaycan dünyaya bir çox dahi, maarifçi insanlar bəxş etmişdir. Biz öz müəllimlərimizlə fəxr edə bilərik. Gənclərimizi sağlam ambisiyalarla təmin etmək, onlarla liderlik keyfiyyətini düzgün inkişaf etdirmək, nailiyyətə həvəsləndimək, onlarda şəxsiyyət azadlığını yanan gənclik enerjisini düzgün yaradıcılığ yoluyla istiqamətləndirmək lazımdır. Buna görə məktəblər, ali təhsil müəssələri mövcuddur. 

Elm, Təhsil, Səhiyyə
Tarix: 11-3-2017
Vətənə məhəbbət ailədən və məktəbdən başlayır 

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir.
Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır., Buna görə yaşlı nəslil gənc insanlara sevgi və hörmətlə yanaşmalı, öz təcrübələrində olan ən yax.ışı cəhətləri onlara ötürməlidir.Müasir cəmiyyətdə hər bir gəncin özünü təsdiq etməsi üçün imkanlar var.Bu gün gənclərimiz ambisiyalı, cəsarətli və ictimai cəhətdən aktivdirlər. Onlarda sağlam ambisiya, liderlik keyfiyyətləri , şəxsiyyət azadlığı hissləri tərbiyələndirməli, gənclərin enerjisini düzgün,yaradıcı istiqamətə yönəltmək lazımdır. Bunun ücün məktəblər, ali təhsil müəssisələri və orada fəaliyyət götərən müəllimlər var.
"Dədə Qorqud " fondunun mükafatı
Diaspor rəhbəri “Vətən Oğlu” qızıl ordeni ilə təltif olunub
Tarix: 7-1-2017

 Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadov “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun “Vətən Oğlu” qızıl ordeni ilə təltif olunub.

"Dədə Qorqud " fondunun mükafatı
Rüfət Əmirov “Həzi Aslanov” ordeni ilə təltif edilib
Tarix: 16-9-2016

 “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ali Şurasının qərarı ilə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyətinə, cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi əməyə, dövlətçiliyimizin yüksəlməsi yolunda yaxından iştirakına görə C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Rüfət Əmirov “Həzi Aslanov” ordeni ilə təltif edilib.

Xəbər lenti
Prokuror nəzarətinin əsfanəsi – məhz belə adlandıra bilərəm Şükür Həbib oğlu Rzayevi
Tarix: 25-7-2016

 İlqar Abbasov

Bakı Şəhəri Sabunçu Rayon
Məhkəməsinin sədri

Mən prokurorluq orqanlarında işləməsəm də, Ş.H.Rzayevi kifayət qədər yaxşı tanımışam. Onu ilk dəfə hüquq şöbəsinin rəisi vəzifəsində işlədiyim L.Şmidt adına maşınqayırma zavodu ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsində məhkəmə prosesində iştirak edəndə görmüşdüm. İclas zalındakı prokurorun,oturub-durmasını, xüsusən də, onun çıxışını, nitqinin məzmununu, dəlillərini, onları hüquqi cəhətdən əlavə, məşhur klassiklərin əsərlərindən müxtəlif sitatlar gətirməklə,xüsusi bir ustalıqla bir-biri ilə məntiqlə bağlayıb, koloritli, emosional tərzdə məhkəmə kollegiyasına çatdıran bu şəxsi görəndən sonra mən belə nəticəyə gəldim kiadını sonradan öyrəndiyim, Azərbaycan Respublikası Prokurorluğunda işləyən Ş.H.Rzayev professional hüquqçu olmaqla bərabər, həm də ensiklopedik biliyə malik, nəinki özümüzün, dünya ədəbiyyatını da yaxşı bilən, lazım gəldikdə bildiklərini məharətlədigər şəxslərə də(heç də hamı bildiyini başqalarına çatdıra bilməyi bacarmır)inandırıcı şəkildə çatdırmaq qabiliyyətinə malikdir.
<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS