Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
"Dədə Qorqud " fondunun mükafatı
Admiral Türker Ertürk "General Həzi Aslanov" ordeni ilə təltif edildi
Tarix: 27-5-2016

Azərbaycan "Dədə Qorqud" Milli Fondu əfsanəvi Türk admiralı Türker Ertürk-ə Türk dünyasının inkişafında, dünyada yaxından tanıdılmasında aktiv fəaliyyətlərinə, yorulmadan gördüyü misilsiz xidmətlərinə görə Azərbaycan "Dədə Qorqud" Milli Fondunun təsis etdiyi "General Həzi Aslanov" Qızıl Ordeni verilməsi ilə bağlı qərar verib.

"Həzi Aslanov" ordeni yaxın günlərdə Bakıda fondun prezidenti Eldar İsmayılov tərəfndən admiral Türker Ertürk-ə təqdim ediləcək.

Admiral Türker Ertürk-ü bu münasibətlə təbrik edir, ona işlərində uğurlar arzu edirik.

"Dədə Qorqud " fondunun mükafatı
Prof.Dr.Aziz Sancara “Vətən Övladı” qızıl ordeni veriləcək
Tarix: 26-5-2016

2015-ci il Nobel Mükafatı Laureatı Prof.Dr.Aziz Sancar Türk Dünyasını dünyada yaxından tanıdılmasında, kimya üzrə yüksək elmi araşdırmaların inkişafında, yeni elmi kəşflərdə misilsiz xidmətlərinə görə Azərbaycan “Dədə Qorqud” Milli Fondu Ağsaqqllar Şurasının qərarı ilə, “Dədə Qoqud” Milli Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının təsis ettiyi "VƏTƏN ÖVLADI" qızıl ordeni ilə mükafatlandırılmasına qərar verilib. 
Türk Dünyasının bu yüksək mükafatı Azərbaycan “Dədə Qorqud” Milli Fondu prezidenti və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının baş redaktoru Eldar İsmayılov tərəfindən 2015 Nobel Mükafatı Laureatı Prof.Dr. Aziz Sancara təntənəli surətdə İstanbulda təqdim ediləcək.

"Dədə Qorqud " fondunun mükafatı
"Mehriban Ana" Ordeni Atatürkün anası Zübeydə Xanımın əziz xatirəsinə təqdim edildi
Tarix: 10-5-2016

 Azərbaycan Dədə Qorqud Milli Fondu Ağsaqqallar Şurasının qərarı ilə Atatürkün anası Zübeydə Xanımı, vəfatının 93-cü ilində "Dədə Qorqud" Milli Fondunun təsis etdiyi "Mehriban Ana" Ordeni ilə mükafatlandırdı. Türk Dünyasının bu yüksək mükafatı 08.05.2016 tarixində Türkiyə Analar Günündə mərhumə Zübeydə Xanımın əziz xatirəsini milyonların könlündə əbədiləşdirmək məqsədi ilə Zübeydə Xanımın simasında Türk Analar Dərnəyi Bakırköy Şöbəsinə "Dədə Qorqud" Milli Fondunun rəhbəri Eldar İsmayılov tərəfindən təqdim edilib. Mərasimdə İstanbul Bakırköy Bələdiyyə sədri Dr.Bülent Kerimoğlu, Türkiyə Analar Dərnəyi başçısı, bu dərnəyin 60 şöbə rəhbərləri, yüzlərlə Bakırköy xalqı, dəvətli qonaqlar iştirak edib.

"Dədə Qorqud " fondunun mükafatı
Ali Baş Komandana “Həzi Aslanov” ordeni veriləcək
Tarix: 3-5-2016

2016-cı ilin aprel ayının ilk günlərindən Qarabağ cəbhəsində başlayan savaşda Azərbaycan ordusu düşmənə layiqli cavab verərək, onları geri oturtdu. Bu savaşda düşmənin illərdir işğalda saxladığı yüksəkliklər və ərazilər geri alınaraq, Azərbaycan ordusunun nəzarətinə keçdi.

"Dədə Qorqud " fondunun mükafatı
Atatürkün anası Zübeyda xanımın xatirəsini əbədiləşdirmək üçün Türk Analar Fonduna "Mehriban Ana" Qızıl Ordeni veriləcək
Tarix: 19-4-2016

 "Dədə Qorqud" Milli Fondunun Türkiyə şöbəsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anası mərhum Zübeydə Xanımın Türk Dünyasının formalaşmasındakı aktiv fəaliyyətiərinə,Türkiyə Cümhuriyyətinin yaranması və inkişafında bir ana olaraq misilsiz xidmətlərinə və ölümündən sonra əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə "Dədə Qorqud" Milli Fondunun təsis etdiyi "Mehriban Ana" qızıl ordeni ilə təltil edilməsini Fondun Ağsaqqallar Şurası qarşısında irəli sürüb. 

"Dədə Qorqud " fondunun mükafatı
Emil Mirzəyev "Vətən övladı" ordeni ilə təltif edilib
Tarix: 25-3-2016

“Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ali Şurası Azərbaycanın İsveçdə fəaliyyət göstərən İsveç Azərbaycanlılar Konqresinin sədri Emil Mirzəyevin ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyətinə, xalqlar arasında dostluq, sülh və əmin-amanlıq naminə uzun müddətli çalışmalarına, dövlətçiliyimizin yüksəlməsi yolunda yaxından iştirakına, Vətənimizin inkişafı uğrunda elmi–mədəni xidmətlərinə, Avropada Azərbaycanı layiqincə təmsil etdiyinə və Böyük Türk Dünyası qarşısında göstərdiyi misilsiz xidmətlərinə görə "Vətən övladı" qızıl ordeni ilə təltif edilməsi barədə qərar verib.

Xəbər lenti
"Azərbaycan Dünyas" jurnalı və Dədə Qorqud Milli Fondunun Ağsaqqallar Şurası xalq artisti İlhamə Quliyevanın vəfatı ilə əlaqədar başsağlığı veriblər
Tarix: 25-2-2016
Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat edib.
Xəbər lenti
"Heç bir işçi ixtisarı olmayacaq"
Tarix: 25-1-2016

 Dünən mediada Rusiyada yaşayan azərbaycanlı iş adamı, “İSR Holding” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov Azərbaycanın Neftçala rayonuna səfər etməsi barədə məlumat yayılmışdı. Məlumatda İ.Xəlilovun Neftçaladakı yod zavoduna baş çəkdiyi bildirilirdi.

Xəbər lenti
Dağ yəhudiləri Azərbaycan xalqının ayrılmaz gözəl hissəsidiir
Tarix: 2-12-2015
 Bakı Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev qeyri-adi düşüncəyə malik və yüksək intellekt sahibi olan,insanlığı, xeyirxahlığı ilə seçilən lider və şərəfli şəxsiyyətdir.İnsanlara yaxşılıq etmək ona Allahdan verilən bir vergidir.Onunla ünsiyyət zamanı hiss etdim ki, bu insanın Allahdan verilən payı insanlara əl tutmaq,yaxşılıq və mərhəmət kimi xüsusiyyətlərdə təcəssüm edir.Sadəlik və səmimilik ömür boyu onun yol yoldaşı olub.Dostyanı söhbətlərimiz zamanı Milix Yevdayev bu gün hər bir kəsi narahat edən Qarabağ müharibəsindən, onun həlli yollarından danışdı.Ömründə izləri qalan,lakin bu gün dünyada olmayan gözəl dostlarını xatırladı.Və əlbəttə ki,Vətənimizin ab-havasından,Abşeronun qızmar günəşindən də bəhs etdi.
Salnamə
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
Tarix: 2-12-2015

 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Dövlətimizin başçısı iclasda çıxış edib:

Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin 9 ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu, özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.
 
Tarix
Albert Aqarunov - 45
Tarix: 2-12-2015

 1991-ci ilin sentyabr ayının 1-də bütün vətənpərvər azərbaycanlılar kimi könüllü olaraq Azərbaycan Respublikasının Milli Ordusuna yazıldım. Bütün çətinliklərə baxmayaraq həmin ilin sentyabr ayında Azərbaycanın ilk tank batalyonununun əsasını qoyduq. Dekabr ayının 2-sində Müdafiə Nazirinin əmri ilə Birinci Tank Batalyonunun komandiri təyin olundum. 

 
Tarix
Ölümün gözünə dik baxan qəhrəman
Tarix: 2-12-2015

 Bu günlərdə Bakının Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyi, Yasamal rayon İcra Hakimiyyəti və birinci Səbail tank taborunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman Əsəd Əhmədovun anadan olmasının 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Qəhrəmanın yubiley mərasimində Müdafiə Nazirliyinin, xüsusi təyinatlı hərbi məktəblərin, Yasamal və Şuşa rayon icra hakimiyyətlərinin nümayəndələri, birinci Səbail tank taborunun veteranları, Dağ Yəhudiləri Dini İcmasının rəhbərliyi, Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər. 
 
Xəbər lenti
Azərbaycanın dağ yəhudilərinin dini icması bu gün
Tarix: 2-12-2015

 “Azərbaycanda yaşayan yəhudilər özlərini rahat hiss edə bilərlər”.

Ümummilli lider Heydər Əliyev 

Tarixən belə yaranıb ki, əsrlər boyu yəhudilərin Azərbaycanda  yaşaması yalnız dostluq yox, bizim xalqlar arasında qardaş münasibətlərinin yaranmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi bugünkü tolerantlıq siyasətin həqiqiliyi biz Azərbaycanda yaşayan yəhudilərə zamin durur, bu da bizim dövlət tərəfindən tam müdafiə olunmasını göstərir və Ulu Öndər Heydər Əliyevin “Azərbaycanda yaşayan yəhudilər özlərini rahat hiss edə bilərlər” sözlərini tam təsdiqləyir.
<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS