Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Siyasət
Qloballaşan dünya gənclikdən innovativ yanaşma tələb edir
Tarix: 13-8-2012

 Rəşid Rumzadə

Gənc Səfirlər Assosiasiyasının üzvü

Bir anlıq dönüb geriyə baxdıqda müstəqilliyimizi qazandığımız dövrdən əhalinin bir qrupu kimi, ölkədə gəclər siyasətinin müasir inkişaf səviyyəsini qazanmaq istiqamətində günümüzədək keçdiyi keçməkeşli yolları görmüş olarıq.
Bu gün Azərbaycan gənclliyi özünəməxsus yekcins cəhətlərinə, yeniliklər, maraqlar, düşüncə, məqsəd, məram, əməllər, davranış tərzlərinə ictimai-siyasi münasibətlərdə fəal təmsil olunan qrup kimi xarakterixə olunur. Yaşadıqları Gənclik həm də mürəkkəb və rəngarəngliyi, təlabatları ilə fərqlənir. 
Tarix
Qəhrəmanlar doğulmurlar, olurlar
Tarix: 13-8-2012

 Tanklar cərgələnib sərhəd boyunca,

Bir azdan toz-duman qopacaq indi.
Sinəsi vətənə sipər oğullar,
Düşmənin üstünə çapacaq indi.

Bəşər var olduğu bir gündən Azərbaycanımız var olmuşdur. Vətən var olduğu gündən isə qəhrəman oğullarımız var olmuşdur. Ta qədim gündən bu günəcən. Bir sözlə, vətən bu oğullara qəhrəman dedi, bağrına basdı, oğullar da vətənin yosununa, mamırına çevrilib vətənin hər daşında, torpağında, qayasında bitdilər. Bitdilər ki, vətənin bir ovuc torpağı, bir sal qayası belə düşmən əlinə, düşmən tapdağına keçməsin. Bu oğullardan biri də tariximizə dərin iz qoymuş Həzi Aslanovdur. Həzi Aslanov Azərbaycanımızın Lənkəran bölgəsində anadan olmuşdur. 
Mədəniyyət
Dəli bir ağlamaq keçir könlümdən
Tarix: 13-8-2012

 Nə qədər sən varsan, demək mən varam,
Yenə yollar gedib dağlar aşaram,
Bu qoca dünyada sənlə yaşaram.
Ay, ana torpağım, ana torpağım.

Ay ana torpağım...  Cənnət qoxulu diyarım, dilbər guşəli məmləkətim, müqəddəs vətənim, ölkəm, dövlətim, yurdum, Azərbaycanım. Ay ana torpağım, igid övladlar böyüdən vətənim, səndən kimlər gəldi, kimlər keçdi. Neçə-neçə şəxsiyyətlər, qəhrəmanlar. Adlarını qanlarıyla tarixin daş salnamələrinə həkk edən neçə-neçə vətən övladları. Bu dolub-boşalan həyatda bir şəxsiyyət də var oldu. O, şəxs ki, Azərbaycanımızı canından çox sevdi. Yalnız vətən üçün döyündü onun cəsur qəlbi. O ancaq bu sözləri özünə məşəl edib yolunu nurlandırdı.

Mədəniyyət
Tanınmış şairə-publisist, tərcüməçi, jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi qeyd edilib
Tarix: 13-8-2012

Atatürk Mərkəzində Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü,“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və SOCAR-Georgia şirkətinin təşkilatçılığı ilə tanınmış şair, publisist, tərcüməçi, jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə ziyalılar, millət vəkilləri, elm adamları və media nümayədələri iştirak edib.

Tarix
Ordun varsa, yurdun da var
Tarix: 13-8-2012
   Ordu haqqında müxtəlif dövrdə yaşamış mütəfəkkirlərin, filosofların, sərkərdələrin fikir ayrılığı olsa da onlar ümumi bir müddəa irəli sürmüşlər ki, ordu dövlətin məqsədlərini həyata keçirmək üçün bir vasitədir. Ordunun əzəli mənasını açıqlayan F. Engelsin verdiyi tərif isə belədir: “Ordu – hücum və müdafiə müharibələri aparmaq məqsədilə dövlət tərəfindən saxlanılan, təşkilatlanmış əli silahlı insanların birliyidir”. Ordu quruculuğu vahid bir tarixi prosesdir. Bu proses xalqın mənəvi, hərbi, ictimai keyfiyyətləri ilə dolğunlaşır. Müstəqil dövlətlərin təcrübəsindən və tarixindən məlumdur ki, ordu dövlətin suverenliyini və onun ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvədir və ona görə də ordu quruculuğu dövlət quruculuğunun tərkib hissələrindən biridir.
Elm, Təhsil, Səhiyyə
Gəncləri narahat edən müasir problemlərdən biri
Tarix: 13-8-2012

 Şəfəq Məmmədova

Həkim-laborant  “İnternational Medical Center 2”

Şübhəsiz ki, hər bir qadın uşaq sahibi olmaq və analıq duyğusunu dadmaq istər. Ancaq günümüzdə hər 100 cütlükdən 15-i bu istəyinə qovuşmaq üçün kömək almaq məcburiyyətindədir. Nədir sonsuzluq? Heç bir qorunma tədbiri almadan normal evlilik yaşayan cütlərin 1 il içində uşaqları olmursa, ya kişi ya qadın, ya da hər ikisində sonsuzluq ola biləcəyi düşünülməkdədir. 
 
Gənclər
Azərbaycançılıq bizi birləşdirən dəyər
Tarix: 13-8-2012

 Anar Həsənli
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə sektorunun böyük məsləhətçisi

Milli dövlətə sahib olmaq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya xalqları sırasında layiqli yer tutmaq əzmıni nümayiş etdirmişdir. Bu mənada xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər.

Mədəniyyət
Qoy həmişə Günəş olsun
Tarix: 13-8-2012

 Nagiya Rzayeva

"Günəş" Rəsm Studiyasının Rəhbəri, ARİ-nin Üzvü.Rəssam-Qrafik

 Uşaqların hamısı şəkil çəkir... Uşaq təfəkkürü, böyüklərdən fərqli olaraq özünəməxsusdur, izahedilməzdir və adətən məntiqə uyğun olmur. Biz çalışırıq ki, onların gördüklərini analiz etməyi, müqayisə etməyi,heyran qalmağı və yüksəlməyi öyrədək.
“Günəş” rəsm studiyamız Bakı Şəhər 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin nəzdində 2000-ci ildən fəaliyyət göstərir.
 Mərkəzimizin məqsədi uşaqlarda intellektual yaradıcı və şəxsi potensialın aşkar edilməsi, inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır. Uşaqlarda yaradıcılıq təfəkkürünü,seçmə qabiliyyətini inkişaf etdirmək, yüksək səviyyəyə qaldırmaq zəmanənin tələbidir.an olsun. Bizim devizimizdir.

"Dədə Qorqud " fondunun mükafatı
Görkəmli bəstəkar Elza İbrahimova yaddaşlarda unudulmaz mahnıları ilə qalacaqdır
Tarix: 18-5-2012

Mayın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında bu mədəniyyət ocağının təşkilatçılığı, Respublika Veteranlar Şurası, “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalının Ağsaqqallar Şurasının dəstəyi ilə görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Xəbər lenti
Eldar ƏZİZOV: "Mitinq keçirməyə çox müraciətlər daxil oldu"
Tarix: 10-6-2012

“Azərbaycan gündən-günə daha güclü olur. Bu isə xaricdə bəzi siyasi dairələrin narahatlığa səbəb olur, çünki onlar ayrı-ayrı dövlətlərdə olan kimi bizim ölkəmizi də zəif və asan idarə olunan dövlət kim görmək istəyərdilər. Başa düşmək lazımdır ki, praktiki olaraq güclü Azərbaycan yalnız bizə lazımdır və bu gün də onu yalnız hazırkı prezident möhkəmləndirə bilər. Buna görə də radikallar məsələni qəti həll etməyə çalışırlar”

"Dədə Qorqud " fondunun mükafatı
DEDE GORGUT MİLLİ VAKIFINA
Tarix: 2-6-2012

“Dede Gorgut” Milli Vakıfı başganı ve Azerbaycan dünyası” uluslararası dergisinin baş redaktoru sayın Eldar İsmayılov'a Türkiye Cumhuriyeti Yeditepe Üniversitesi Diş Hekimliği Fakültesi dekanı sayın Prof. Dr Türker Sandallının Azerbaycan “Dede Gorgut” Milli Fondunun ve “Azerbaycan dünyası” uluslararası dergisin tesis ettiği “Qızıl ürek” altın madalyası ile teltif olunması bizi cok sevindirdi.

"Dədə Qorqud " fondunun mükafatı
TÜRKİYƏLİ PROFESSOR “QIZIL ÜRƏK” ORDENİ İLƏ TƏLTİF OLUNDU
Tarix: 31-5-2012

Türkiyə Cümhuriyyəti Yeditəpə Universiteti Diş Həkimliyi Fakültəsinin dekanı Prof.Dr.Türker Sandallı ömrünün 45 ilini bütün dünyada, eləcə də Türkiyədə müasir diş həkimliyinin hərtərfli inkişafı sahəsində göstərdiyi səmərəli elmi xidmətlərinə sərf edib.

Xəbər lenti
Qızıl əbədiyyət çələngi
Tarix: 16-5-2012

Trend AzərTAc-a istinadən Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayevin böyük Nobellər ailəsi və onların təsis etdiyi mükafatlar barədə məqaləsini təqdim edir.

Üçüncü minillikdə də başa çatan hər ilin son ayında Stokholmdan maraqlı xəbərlər gözləyirik. Görəsən, bu dəfə bəşər nümayəndələrindən kimi yaxşıların ən yaxşısı hesab edəcəklər? Ulu Tanrının yaradıcılıq dühası bəxş etdiyi bəndələrindən hansı bu planetdə həyatın təkmilləşdirilməsinə və tərəqqiyə inqilabi töhfələr verə bilmişdir? Kimin adı bəşər tarixinin salnaməsinə həmişəlik yazılacaqdır? Obrazlı şəkildə desək, görəsən, şöhrət, xatirə və ölməzlik çələngi kimə qismət olacaqdır?

<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS