Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Xəbər lenti
Mənalı ömür yolu
Tarix: 25-7-2016

Həyatda elə insanlar var ki, keçdikləri yol, yaşam tərzləri, həyata baxışları, fərdi xüsusiyyətləri ilə seçilir, kimsəyə bənzəmirlər. Yüksək insani keyfiyyətləri, fəaliyyət göstərdikləri peşə sahəsində qazandıqları uğurlar və başarılarla tam fərqli bir ömür yaşayır, yaddaşlarda xoş bir xatirə kimi qalırlar. Haqqında söz açacağım peşəkar hüquqşünas, III dərəcə dövlət ədliyyə müşaviri Şükür Rzayev də bu cür insanlardandır. 


 

 

Xəbər lenti
Peşəkar hüquqşünas, nümunəvi prokuror
Tarix: 25-7-2016

Zənnimcə, hər bir insanın həyatda qazanacağı uğur və nailiyyət ən əvvəl onun seçdiyi peşəni nə dərəcədə sevməsindən və bu sahədə qazandığı biliklərdən asılıdır. Peşəsini sevməyən insandan o sahənin peşəkarı və kamil mütəxəssisi olmaz. Peşəyə məhəbbət olan yerdə işin çətinlikləri və gərginliyi adamı qorxutmur, əksinə, insanı daha böyük istək və həvəslə çalışmağa, bu sahədə nailiyyətlər qazanmağa sövq edir. Mənalı və keşməkeşli həyatını uzun illər prokurorluq orqanlarında qüsursuz və nümunəvi fəaliyyətə həsr etmiş Şükür Rzayevin həyat və əmək yolu həmkarlarına örnəkdir.  

Müsahibimiz Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi, III dərəcə dövlət ədliyyə müşaviri Nazim Abbasovdur.
Xəbər lenti
Gülgün xanım: “O həmişə məni görəndə anama deyərdi: “Solmaz xanım, bax gör kim gəlib, mənim ürəyim, gözüm, işığım Gülgün gəlib””
Tarix: 25-7-2016

 Müqəddəs kəlamların birində deyilir ki, övlad üzərində ən böyük haqq anaların haqqıdır. Mən bu deyimi analarla birlikdə atalara da aid etmək istəyirəm. Valideynlər haqqında kecmiş zamanda olduğu kimi danışmaq cox cətindir. Təəssüflər olsun ki, 10 ildir mən atam Şükür Rzayevin enlikürək, şux qamətini, gülərüz simasını görmürəm, özünəməxsus hazırcavablığını, zarafatcıl, duzlu-məzəli söhbətlərini eşitməkdən məhrumam. 

Xəbər lenti
“O, həyatda bizim üçün hər zaman örnək idi”
Tarix: 25-7-2016

 Millət vəkili, Şükür Rzayevin oğlu Rövşən Rzayevlə müsahibə

- Rövşən müəllim, hər bir insanın həyat missiyası olur. Şükür Rzayevin həyat missiyası, ömür məramı nə idi?

- Şükür Rzayev həyatı boyunca taleyin bir çox çətinliklərini görmüş, çox sınaqlardan keçmiş, ölüm təhlükəsi ilə də üz-üzə qalmışdır. Amma heç zaman tutduğu vəzifəyə, ona həvalə olunan işə qeyri-peşəkar yanaşmamış, qanun keşikçisi kimi haqq-ədalət meyarlarından geri addım atmamışdır. Öz fəaliyyətində peşəkarlığı, məsuliyyəti və ləyaqət hissini hər zaman yüksək tutmuş, ona tapşırılan hər bir vəzifədə Vətənə, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət göstərmişdir. Onun üçün həyatın məramı bu idi. 

 

Tarix
Qarabağda doğan günəş - Şükür Rzayev
Tarix: 25-7-2016

Şükür Həbib oğlu Rzayev 1929-cu il oktyabr ayının 21-də Qarabağ torpağında dünyaya göz açmışdır. Üç bacı və üç qardaşı ilə birlikdə uşaqlıq illərini Şuşanın «Merdinli» məhəlləsində keçirmişdir.Atası Həbib kişi əsil-köklü şuşalı idi. O, 1888-ci ildə anadan olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulanadək mirzəlik etmişdir. 1920-ci ildən sonra «Revkom»da, «Kasıblar komitəsi»ndə çalışmış, Cavanşir bölgəsinin cinayət axtarış şöbəsinin rəisi olmuşdur. 1959-cu ildən isə ömrünün sonuna qədər Azərbaycan Yazıçılar İttifaqında işləmişdir. 1970-ci ildə - 82 yaşında dünyasını dəyişmişdir. Anası Mirəssəb xanım bütün ömrünü övladlarının tərbiyəsinə və təhsilinə həsr etmiş, 1962-ci ildə, 67 yaşında əbədiyyətə qovuşmuşdur.

"Dədə Qorqud " fondunun mükafatı
Tanrım, şükür edirəm sənə Üstünlük deyil, insanlıq verdin mənə...
Tarix: 25-7-2016

 İlk öncə cümləmi insanlığa xas olan ən vacib xüsusiyyətləri sadalamaqla başlamaq istəyirəm: mübariz, əməksevər,  vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan yalnız həqiqi insan adına layiq ola bilər. Əgər bu keyfiyyətlər hamısı bir arada toplanıbsa demək O, Tanrı tərəfindən yer üzünə göndərilən seçilmiş insandır. Haqqında yazacağımız, insanların sevgisini və etimadını qazanmış, adı hörmətlə anılan Şükür Rzayev kimi.

Bəşəriyyət dünəndən bu günə varlıq, insan, uca yaradan Tanrı və bunların bir- biri ilə qarşılıqlı münasibətləri haqqında həmişə düşünmüş, aralarındakı sirli əlaqələri anlamağa çalışmışdır. İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır.
Xəbər lenti
Tarix: 2-7-2016
Hörmətli Maqamed Seidoviç və Kurban Seidoviç!
Anamız gözəl xanım, gözəl insan Kurbanova Djobxorat Oruc qızının ölüm xəbəri sizin kimi bizi də çox kədərləndirdi. Kədərinizə  şərikik. “Dədə Qorqud” fondunun, “Azərbaycan dünyası” jurnalının redaktoru Eldar İsmayılov və işçiləri adından, “Ağsaqqalları şurası” adından sizə dərin hüzünlə baş sağlığı veririk. Başınız sağ olsun. Allah rəhmət eləsin.

Dadaşova Zarema
“Azərbaycan Dünyası” Jurnalının və  “Dədə Qorqud” fondunun baş direktoru
 
Xəbər lenti
Qurbanovlar ailəsinə ağır itki üz verib
Tarix: 26-6-2016

 "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası ictimai-siyasi xadimlər, Dərbəndin tanınmış ziyalıları Məhəmməd və Qurban Qurbanov qardaşlarına anaları Cobxorat Qurbanovanın vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir. Qurbanovlar ailəsinə Allahdan səbir diləyir. Allah rəhmət eləsin!

Mədəniyyət
Mehriban xanımın insanlarla keçirdiyi görüşlər ünsiyyət mədəniyyəti ÜÇÜN ÖRNƏKDİR
Tarix: 4-6-2016

 Heydər Əliyev Fondun yaranması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq zərurətindən irəli gəlmişdir. 

Elm, Təhsil, Səhiyyə
Həmişə canlı və unudulmaz şəxsiyyət
Tarix: 4-6-2016

 Unudulmaz şəxsiyyət olan Əziz Əliyev haqqında danışanda həm də bu vacib məqamı qeyd etmək lazımdır ki, Böyük Vətən Müharibəsinin ilk ilindəcə təkcə Azərbaycan üçün deyil, nəhəng Sovetlər birliyinin müdafiəsi ilə bağlı qlobal problemləri həll etmək lazım idi. Belə bir vaxtda Ə.M.Əliyev Azərbaycan K(b) П MK-nın katibi seçilir. Hitlerin stratejı məqsədləri müharibədən öncə də bəlli idi: Bakını işğal edərək qara qızılı ələ keçirmək, bu yolla sovet hərbi texnikasını tamamilə sarsıtmaq. 

Elm, Təhsil, Səhiyyə
Cəmil Əziz oğlu ƏLİYEV - DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN ALİMİ
Tarix: 4-6-2016

 Azərbaycan tibb elminin bir sıra sahələri keçən əsrin ikinci yarısından etibarən sürətli, məqsədyönlü və keyfiyyətli inkişaf yolu keçmiş, gələcək perspektivlər üçün bu sahələr üzrə möhkəm bünövrələr yaranmışdır. Ölkəmizdə XX əsrin ikinci yarısında tam təşəkkül tapmış və ahəngdar inkişaf yoluna qədəm qoyaraq dünya standartları səviyyəsinə çatdırılmış belə elm sahələrindən biri də onkologiya elmidir. 

Xəbər lenti
Novruz Aslanov Ağdam və Goranboyda oldu
Tarix: 4-6-2016

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov Goranboy və Ağdam rayonlarında məlum hadisələrdən sonra zərər çəkmiş əhali ilə görüşmək məqsədilə həmin rayonlara səfər etmişdir.Novruz Aslanovu bu səfərdə Az.QAC-ın idarə-rəisi vitse-prezident Əziz Qocayev və İcraçı katib Ceyhun Mirzəyev müşaiyət edirdi.

Xəbər lenti
"Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”
Tarix: 3-6-2016
Azərbaycan Оrdusu Aprel Zəfərləri ilə özünün tarixinə yeni şanlı sətirlər həkk etdi. Cəmisi 3 gün ərzində Qarabağın mühüm strateji əhəmiyyətə malik bir sıra yüksəklikləri, yaşayış məntəqələri erməni işğalçılarından azad olundu. Atəşkəs müqaviləsi şərtlərini yüz dəfələrlə pozan, döyüş mövqelərindən daha çox yaşayış yerlərini hədəf götürən düşmən növbəti təxribat cəhdində gümanına belə gətirməzdi ki, ağır məğlubiyyətlə, ciddi sarsıntılarla üzləşəcək. Əsgər və zabitlərimizin misilsiz şücaətləri ilə reallaşdırılan əməliyyat gücümüzün, iradəmizin, qələbə əzmimizin təntənəsi kimi yaddaşlarda qaldı. Ali Baş Komandanın Silahlı Qüvvələrin çevik qələbələri ağır itkilərlə üzləşən təcavüzkara, havadarlarına bir növ xəbərdarlıq idi ki, düşmən işğal altındakı torpaqlardan öz xoşuna çıxmasa, onu buna Azərbaycan döyüşçüsü vadar edəcəkdir. Çünki əli silah tutan hər kəs Vətən, Prezident, Ali Baş Komandan yolunda şücaətlərə hazırdır. 
<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS