Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Tarix
Dağ yəhudilərinin tarixi qaynaqları
Tarix: 2-12-2015

 Dağ yəhudilərinin tarixi üzrə əsərləri çox azdır. Əsas məqalələr, ondan kənara çıxa bilməz demək olar ki, hər kim, dağ yəhudiləri haqqında yazır. Qafqaz regionuna bildirmişlər ki, dağ yəhudiləri ədəbiyyatı, (bu tədqiqatçılar XIX iştirak edən dağ yəhudiləri də onların keçmişi barədə hər hansı yazılı sübut, demək olar ki, qalmayıb, belə ki rəvayətlərə və əfsanələrə müraciət olunur) həm də bununla izah olunur ki, indiyədək bir çox tarixi şəhadətnamələr və sənədlər toplanmayıb.

 
Mədəniyyət
Azərbaycan müasir dövrdə yəhudilər üçün tolerant cəmiyyətidir
Tarix: 2-12-2015

 Hörmətli Senator Steynberq:

Azərbaycanın Yəhudilər İcması adından Sizə, Assambleyanın “Dağlıq Qarabağ Respublikasına münasibəti” haqqında 32 Birgə Qətnaməyə münasibət bildirmək istəyirəm. Bu yaxınlarda Kaliforniya Ştatının Assambleyası tərəfindən qəbul edilmiş bu qətnamə Azərbaycanda yaşayan yəhudi ailələri üçün çox xoşagəlməz nəticəyə gətirdi və bu regionda kövrək sülhün dağılması təhlükəsi barədə çox narahatıq.
 
"Dədə Qorqud " fondunun mükafatı
Xalqın qiymətləndirdiyi insan
Tarix: 2-12-2015

 Azərbaycan xalqının ən dəyərli xüsusiyyətlərindən biri də budur ki, insanları zamanında laiqincə dəyərləndirməyi bacarır. Xalq üçün, millət üçün görülən hər bir iş qiymətləndirilir. Nəinki Azərbaycanda, dünyanın dörd bir yanında  məskunlaşan hər bir Azərbaycanlı bu diqqətdən kənarda qalmır. Bu gün də belə bir xoş, ürəkaçan,xalqımızın dəyərli övladlarından biri olan Fəttah Heydərovun təltif etmə mərasimi oldu.

 
 
"Dədə Qorqud " fondunun mükafatı
Dekorativ və Monumental tərtibatçı rəssam
Tarix: 2-12-2015

Azərbaycanda bir şox dekorativ və monumental tərtibat işlərinin yaradıcısı, “Yeralti səltənətin rəssamı” kimi tanınan, qrafika, batika, keramika və rəngkarlıq əsərlərinin  müəllifi rəssam Əliyev Xəlil Abas oğlu 1954-cü il may ayının  9-da Bakı şəhərində anadan olmuşdur. 1961-1969-cu illərdə 161 saylı məktəbin səkizillik sinfini bitirdikdən sonra, 1969-1973-cü illərdə Əzim Əzimzadə adına rəssamlıq məktəbində bədii-tərtibat rəssamı ixtisasınana yiyələnmişdir. 1973-1974-cü illərdə isə indiki “Sankt-Peterburq” Rəssamlıq Akademiyasında tanınmış monumentalist E. Moyesenkonun emalatxanasında hazırlıq kursunu keçmişdir. 

"Dədə Qorqud " fondunun mükafatı
Moldovanın birinci ledisinə Azərbaycandan jest
Tarix: 5-8-2015

Bu gün Moldovada Azərbaycan səfirliyində  təntənəli şəkildə Moldovanın  birinci xanımı  Marqarita Timoftinin «Mehriban ana»  ordeni ilə təltif olunma mərasimi keçirilib.

 
Mükafatı  Dədə Qorqud  Milli Fondunun  prezidenti, «Azərbaycan Dünyası» beynəlxalq jurnalın baş redaktoru, «Dünyada Sülh Naminə» layihəsinin rəhbəri Eldar İsmayılov təqdim edib.
Mədəniyyət
Bakı olmasaydı, qəhrəman şəhərlər olmazdı!
Tarix: 2-8-2015

Eldar İsmayılov

 Əziz və hörmətli oxucularımız!

«Azərbaycan Dünyası» beynəlxalq jurnalının Böyük Vətən müharibəsi zamanı faşizm üzərində əldə edilmiş şanlı qələbənin 70-ci ildönümünə həsr etdiyi xüsusi buraxılışı Sizlərə təqdim etməkdən qürur duyuruq.
Bütün bəşəriyyətə məlumdur ki, adı çəkilən qələbənin əldə olunmasında həmin dövrdəki ədalətsiz ideoloji yanaşma səbəbindən «Qəhrəman şəhər» statusunu almayan, lakin fədakarlığı ilə daha üstün dəyərə layiq olan Bakının və onun ali sərvəti olan Bakı neftinin əvəzsiz rolu olmuşdur. Böyük Vətən müharibəsinin, demək olar ki, ömrünü qısaldan, məşhur və məğrur sərkərdə marşal Jukov da bunu öz çıxışlarında dəfələrlə bildirmişdir.
Mədəniyyət
Həzi Aslanov - 105
Tarix: 2-8-2015

 QƏHRƏMANIN İKİNCİ “QIZIL ULDUZ”U

Məlum olduğu kimi, tank qoşunları general mayoru Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı uzun illərdən sonra bərpa edilmişdir. Bu işdə xüsusi xidmətləri olan tədqiqatçı jurnalist, əməkdar incəsənət xadimi, professor Musa Bağırovun xatirələrini oxucularımıza təqdim edirik.

Mədəniyyət
Ramiz NOVRUZ: MƏNİM SƏNƏT TALEYİMƏ HƏZİ ASLANOVU YAŞATMAQ DÜŞMƏLİYMİŞ
Tarix: 2-8-2015

 Həmsöhbətimiz Akademik Milli Dram Teatrının aktyoru, respublikanın xalq artisti, “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı, tank qoşunları komandiri, general-mayor Həzi Aslanov rolunun ifaçısı Ramiz Novruzdur.


- Ramiz müəllim, məlumdur ki, teatr aktyorusunuz. Sizə şöhrət gətirən “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı Həzi Aslanov roluna qədər başqa filmlərə çəkilmişdinizmi?
- “Qorxma, mən səninləyəm”, “Nizami” və başqa bir neçə filmə çəkilmişdim. Həmin rollarım o qədər də yaddaqalan olmamışdılar.
Mədəniyyət
ŞADLINSKİ SOYKÖKÜNÜN MÜDRİK DAŞIYICISI
Tarix: 2-8-2015

 İnsan ömrü onun gördüyü xöş əməlləri ,müdrik, xeyirxah işləri ilə ölçülür. O şəxslər sevilirlər ki, onlar vətən -xalq naminə çalışır, öz mənalı həyatlarını  şərəfli işlərə sərf edirlər.Belə şəxslər həmişə ürəklərdə-qəlblərdə yaşayır, el -obasına şan-şöhrət gətirir.Azərbaycan tarixində xalqın mənəvi dəyərlərini özündə yaşadan,Azərbaycan xarakterinin formalaşmasında milli xüsusiyyətləri öz əməllərində cəmləşdirən şanlı nəsillər olub və bu gündə ənənə uğurla davam edir.Azərbaycan xalqının tarixi,ənənəsi şanlı nəsillərin varlığında yaşanıb və yeni nəslin yetışməsində mühüm rol oynayıb.Bu baxımdan arxivlərə baş vurmağımız təsadüfü deyil.Azərbaycan tarixinin  şanlı səhifələrini bəzəyən nümunəvi nəsillərdən biri də Şadlinski nəslidir. Mən  bu gün Şadlinski nəslinin davamçılarından olan  professor, dünya şöhrətli alim, “Əməkdar Həkim”,ömrünü gənclərin təlim-tərbiyəsinə həsr edən,Respublika prezidentinin sərəncamı ilə “Əməkdar  Elm Xadimi “ fəxri adına layiq görülən,Azərbaycan Tibb Universitetinin insan anatomiyası  kafedrasının müdiri, tibb elmləri doktoru professor Vaqif  Şadlinskinin həyat hekayəsindən qısa da olsa yazmaq qərarına gəldim.

"Dədə Qorqud " fondunun mükafatı
Kəmaləddin Heydərova orden verildi
Tarix: 15-7-2015

 Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bu gün 54 yaşı tamam olur. O, 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

"Dədə Qorqud " fondunun mükafatı
Türk admiralı Çetinkaya Apatay “Vətən Övladı” ordeni ilə təltif edildi
Tarix: 21-5-2015
Əfsanəvi Türk admiralı, yazıçı, ictimai xadim, filosof Çetinkaya Apatay anadan olmasının 85-ci il dönümü ve Tarixi Çanakkala müharibəsinin 100 illiyi münasibəti ilə yazdığı kitablarına görə, “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ağsaqqallar Şurasının qərarı ilə Türk Dünyasının böyük mükafatı “Vətən Övladı” qızıl ordeninə layiq görülüb.

Mükafat “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar ismayılov tərəfindən Türkiyənin İstanbul şəherində TÜYAP Konqres Mərkəzində təntənəli surətdə təqdim edilib.
"Dədə Qorqud " fondunun mükafatı
Sefer Karakoyunlu "Qızıl Ürək" ordeni ilə təltif edildi
Tarix: 21-5-2015

Sefer Karakoyunlu 1969-cu ildə Iğdır vilayətinin Karakoyunlu rayonunda anadan olub.  Lise təhsilini Iğdır Lisesinde tamamlayıb. Türk Dünyasının böyük övladı İbrahim Bozyelin tələbsi olub.

1990-cı ildə Azərbaycanın paytaxtı Bakıda baş verən 20 Yanvar hadisələrinə görə hərbi xidmətini çəkdiyi yerden özəl izin alaraq Taksim mitinqinə qatılıb. Daim qəlbi Azərbaycan sevgisi ile dolu olan Sefer Karakoyunlu 1990-1998-ci illərdə Altıyol təlim qurumlarında idarəçi kimi xidmət edib. Bu müddətdə Türkiyəyə ilk gələn Azərbaycanlı tələbələrin problemləri ilə yaxından maraqlanıb. 1998-cı ildə Anadolu Üniversiteti Xalqla Əlaqələr və İşlətmə fakültəsinin məzunu olub. Eyni ildə Bahariye Sürücü və Məslək Eğitim idarəsini yaradıb. 

 

"Dədə Qorqud " fondunun mükafatı
Yazıçı-publisist Sevda Mikayılqızına “Mehriban Ana” ordeni verildi
Tarix: 19-3-2015

Beynəlxalq "Azərbaycan Dünyası" jurnalının idarə heyəti yazıçı-publisist  Sevda Mikayılqızını ad günü münasıbəti ilə ürəkdən təbrik edir, uzun ömür və bütün işlərində müvəfəqiyyətlər arzulayır. Beynəlxalq "Azərbaycan Dünyasi" jurnalının Agsaqqallar Şurasınin qərarı ilə yazıçı-publısıst, "Ziya" Nəşriyyat Poliqrafiya mərkəzinin direktoru Sevda Mikayılqızına  Azərbaycan xalqının dəyərli və ulu  milliliyini, mənəviyyatını, şərəfli bir ana timsalında cəmiyyətimizdə əks etdirdiyi  bu misilsiz fədakarlığına görə "Mehriban Ana" ordeni ilə təltif olunub.

<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS