Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
"Dədə Qorqud " fondunun mükafatı
Özbək messenant Səlim Abdulvəliyev “Vətən övladı” Qızıl Ordeni ilə təltif edildi
Tarix: 19-3-2015

Özbəkistan iş dünyasının nümayəndəsi olan Səlim Abdulvəliyev ölkəsinin ən nüfuzlu biznesmenləri siyahısındadır.
İdmanla fəal məşğul olan Səlim bəy Özbəkistanda 5 dəfə sərbəst güləş üzrə çempionu olub.
O, güləş üzrə çempionların, «Qran-Pri» beynəlxalq Turnirlərinin, Sərbəst Güləş üzrə Özbəkistan Müstəqillik Kubokun sponsorudur 
Abdulvəliyev respublikada tanınmış «Paxtakor» futbol klubunun və eyniadlı mərkəzi stadionun da rəhbəridir.

"Dədə Qorqud " fondunun mükafatı
Fəttah Heydərov "Vətən Övladı" ordeni ilə təltif olundu
Tarix: 15-2-2015

 Azərbaycan xalqının ən dəyərli xüsusiyyətlərindən biri də budur ki,insanları zamanında laiqincə dəyərləndirməyi bacarır.Xalq üçün,millət üçün görülən hər bir iş qiymətləndirilir.Nəinki Azərbaycanda , dünyanın dörd bir yanında məskunlaşan hər bir Azərbaycanlı bu diqqətdən kənarda qalmır. Fevralın 12 də Rəssam Sakit Məmmədovun qalareyasında el ağsaqqalı,Azərbaycanın Ağsaqqallar şurasının sədri Fəttah Heydərov Səməd oğlu "Vətən Övladı"ordeni ilə təltif olundu.Mükafatı Beynəlxalq "Azərbaycan Dünyası" jurnalının baş redaktoru və Milli "Dədə Qorqud " fondunun prezidenti Eldar İsmayılov təqdim etdi.Təqdimatda bir çox ziyalı insanlar: Maqamed Qurbanov,Şahvələd Məmmədov, Sakit Məmmədov, Məhəmməd Qurbanov, Şamil Buksayev, Zarema Dadaşova və Dədə Qorqud fondunun türkiyədəki təmsilçisi Rafiq Əziz də iştirak edirdilər.

"Dədə Qorqud " fondunun mükafatı
Azərbaycanın Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevə “Vətən övladı” ordeni verildi
Tarix: 29-12-2014

 “Dədə Qorqud” Milli Fondu Ağsaqqallar Şurasının qərarı və “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılovun təşəbbüsü ilə Azərbaycanın Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevə Azərbaycanda Dini tolerantlığın layiqincə təşkilinə və dünyada təbliğinə görə “Vətən övladı” ordeni verildi.

"Dədə Qorqud " fondunun mükafatı
Rafiq Əziz "Vətən Övladı" ordeni ilə təltif olundu
Tarix: 24-10-2014

 Azərbaycan milli rəssamlıq sənətinin tarixində XX əsr xüsusi mərhələ təşkil edir. Bu dövrdə istedadlı Azərbaycan xalqı şərəfli tariximizə böyük yazıçı və filosoflarla bərabər, qüdrətli rəssamlar da bəxş etdi.

Tanınmış rəssam Rafik Əziz də belə təsviri sənət ustalarındandır.

"Dədə Qorqud " fondunun mükafatı
Nursultan Nazarbayev "Ulu Türk" ordeni ilə təltif edildi
Tarix: 7-6-2014

“Azərbaycan dünyası”  beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondu cəmiyyətimizdə gedən prosesləri yaxından izləyir.Redaksiya heyəti,  Ağsaqqallar Şuranın və oxucularının rəy və təkliflərini nəzərə alaraq hadisələrə vaxtında qiymət verməyi və dəyərləndirməyi bacarır. Cəmiyyətdə mövqeyi, xüsusi çəkisi və yeri olan ziyaılarımızın yaşadıqları ömür dairəsində, ölkəmizin müstəqillik illərində, qazandığı nailiyyətlərdə göstərdikləri əzmkarlıqlara görə onları zaman-zaman layiq olduqları adlarla təltif edir.

"Dədə Qorqud " fondunun mükafatı
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov təltif edildi
Tarix: 12-1-2014

 “Azərbaycan dünyası”  beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondu cəmiyyətimizdə gedən prosesləri yaxından izləyir. Redaksiya heyəti,  Ağsaqqallar Şuranın və oxucularının rəy və təkliflərini nəzərə alaraq hadisələrə vaxtında qiymət verməyi və dəyərləndirməyi bacarır. Cəmiyyətdə mövqeyi, xüsusi çəkisi və yeri olan ziyaılarımızın yaşadıqları ömür dairəsində,  ölkəmizin müstəqillik illərində, qazandığı nailiyyətlərdə göstərdikləri əzmkarlıqlara görə onları zaman-zaman layıq olduqları adlarla təltif edir.

"Dədə Qorqud " fondunun mükafatı
Tanınmış şair, yazıçı və publisist Afaq Şıxlı “Mehriban ana” ordeninə layiq görülmüşdür
Tarix: 12-1-2014
 Dekabrın 26-da Moskvada, M.İ. Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti və “Dədə Qorqud” Fondu tərəfindən təşkil edilmiş tədbir keçirilmişdir. 

Gecəni Azərbaycanın məşhur türkoloqu, “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli açmışdır. O, “Dədə Qorqud” Fondunun fəaliyyəti barədə məlumat vermişdir. 
"Dədə Qorqud " fondunun mükafatı
PARLAQ ŞƏXSİYYƏTİN VƏ ÖLMƏZ SƏNƏTİN FƏLSƏFƏSİ
Tarix: 8-11-2013
Şəxsiyyət sənəti ilə bərabər doğulur (əlbəttə ki, söhbət əsl mənada Şəxsiyyətdən gedir). Qoşa inkişaf yolu keçir. Ən əvvəl Şəxsiyyəti Şəxsiyyət kimi qəbul edib, sonra onun sənətinə üz tutub cəmiyyətdə tutduğu mövqeyinə diqqət yetirirsən. Üz tutduğun sənət də, diqqət yetirdiyin mövqe də sənə Şəxsiyyətin kimliyini açıb göstərir. Haqqında söhbət açacağım, yazımın ən ali qəhrəmanı hesab etdiyim Arif müəllimin parlaq Şəxsiyyəti və yeni nəfəs, can verdiyi ölməz sənəti böyük Yaradandan, ilahi qüvvələrdən güc alaraq ürəkdən sevilir, qəbul edilir. Onun Şəxsiyyəti ilə sənətinin vəhdətdə olduğunu açıq-aydın görürsən. Arif müəllim Şəxsiyyəti və sənətiylə zamanın hər dönəmində öndə gedib, ilklərə, birincilərə imza atıb, bu gün də atmaqdadır. Deyirlər adlar da təsadüfi seçilmir, zərurətdən doğur, hər kəsə özünə uyğunluq yaradan isimlər verilir. Arif müəllimin adın da özünəməxsusluq var. Tam özü var bu adın mənasında – Arif insan, Aqil insan, Müdrik insan. 

 

Siyasət
Azərbaycan Silahlı Qüvvələri müasir mərhələdə
Tarix: 8-11-2013

 Dadaş Rzayev

general, keçmiş müdafiə naziri

Hər bir müstəqil dövləti dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Bu amil həm də geopolitik faktor kimi dövlətin beynəlxalq aləmdə qlobal və regional yerini müəyyənləşdirir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu strateji sahəyə çox böyük önəm verir. Elə buna görə də müasir Azərbaycan ordusu keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın güclü ordusu var. Ölkəmiz sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik ölkədir. Bu mövqeni şərtləndirən mühüm amillər isə böyük iqtisadi potensial və güclü ordudur.
"Dədə Qorqud " fondu
“Dədə Qorqud” Milli mükafatı - Zamanların əlaqəsi
Tarix: 8-11-2013
Vaxt hər bir insanın həyatında ən böyük dəyərdir. Amma o, böyük sürətlə belə tez dəyişilir ki, bu sürət axınından əsas anları tutub qopartmaq üçün müəyyən qüvvəni sərf etmək lazımdır.
Zaman – bu bizim tariximiz və əcdadlardan bizə ötürülən şüurdur. Hər dəfə müxtəlif şəhərlərdə olanda və həmyerlilərimiz ilə görüşəndə məni bir fikir tərk etmir: necə öz köklərimizi, ənənələrimizi, dil mədəniyyətimizi, prioritetlərimizi saxlamaq lazımdır ki, sonra bütün bunları bizim uşaqlarımıza, nəvələrimizə çatdırmaqla, zaman arası əlaqəsini saxlayıb nəsillərimizə varislik qalsın. İnsanlar çox çətin başa düşürlər ki, illər boyu formalaşmış həyatı bir anda dağıtmaq olmaz.
Xəbər lenti
Böyük insanların həyatından real hadisələr: Yaddan çıxmış, lakin itməmiş
Tarix: 8-11-2013
Hörmətli oxucu, gördüyünüz kimi bu bölümlə biz tarixi insanların yaratdığını göstərmək isteyirik.
Biz SSSR dövründən bir sıra dəyişikliklər, keçid dövrü yaşayıb indiki müstəqil Azərbaycanımızı gördüyümüzə görə özümüzü şanslı hesab edə bilərik. Vətənimizin hər gün daha da rəngarəng inkişafının şahidi oluruq. Əfsus ki qeyd etmək lazımdır  bu heç də hamının sevincinə səbəb olmur – onlar dövlətimizin daxilində olduğu kimi xaricində də öz pis əməllərini görürlər. Ancaq Azərbaycan xalqını artıq boş və mənasız vədlərlə aldatmaq olmur.
Xəbər lenti
BORCUNU HAQQINDAN ÇOX BİLƏNLƏR
Tarix: 8-11-2013
  Bu qala bizim qala 
 Həmişə bizim qala. 
Tikmədim özüm qalam, 
Tikmişəm izim qala.
Özünü şəxsən tanımırdım, amma onun haqqında və əslində özündən də çox gördüyü işləri barədə söhbətlərdən, dostların söylədiklərindən çox gözəl şeylər eşitmişdim. Bəzən insan haqqında duyduqların o qədər aydın və o qədər sualdoğurmaz olur ki, onun gercək olduğuna şübhə etmədən, haqqında danışılan insanı görmədən buna çox əmin olursan. Amma eyni zamanda belə bir əminlik həmin insanı yaxından tanımaq marağını da bir o qədər artırmış olur. Məhz içimdə yaranan bu maraq hissi xoş bir təsadüfdən yararlanaraq məni Bakıdan Xacmaza götürən yolun yolçusu etmış oldu. 
Xəbər lenti
Milli İdeologiya hər bir millətin kimliyini göstərir
Tarix: 8-11-2013

  Azərbaycan öz tarixi, coğrafi mövqeyi cəhətdən mühüm strateji əhəmiyyətli bölgədə yerləşir. Bu ölkəni mühüm edən amillərdən biri də ərazinin Türk ayparasında məxsusi yer tutmasıdır. Heç də təsadüfi deyil ki, bu ərazilər daim beynəlxalq diqqət mərkəzində olmuşdur. Mərkəz isə hər zaman özünün milli ideya və təfəkkürü ilə fərqlənməlidir. Çünki milli ideya tarixi taledə mühüm rol oynayır. 

<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS