Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Xəbər lenti
TANINMIŞ SİMALAR XAÇMAZ BARƏDƏ
Tarix: 8-11-2013
 İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev hər zaman deyir ki, rayonun hər guşəsi bizim üçün doğmadır, əzizdir: “Çalışırıq ki, abadlıq, quruculuq işləri hər tərəfi, hər yanı - ən ucqar yaşayış məntəqələrini də əhatə eləsin. Çünki Xaçmaz Azərbaycanın şimal bölgəsindəki iftixarı, gözüdür. Dövlət proqramına uyğun olaraq burada sistemli surətdə tikinti-quruculuq işləri gedir”.
Xəbər lenti
Gözəlliklər diyarı Xaçmaz
Tarix: 8-11-2013

  Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir.

"Dədə Qorqud " fondunun mükafatı
Aida Eyvazova “Mehriban Ana” ordeni ilə təltif olunur
Tarix: 26-7-2013

“Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ağsaqqallar Şurasının qərarı ilə, tranınmış jurnalist, Azərbaycan Dövlət Televiziyasının Orta Asiya üzrə xüsusi müxbiri Aida Eyvazova Azərbaycanın xarici ölkələrdə tanıdılmasında və obyektiv jurnalistika fəaliyyətinə görə, “Mehriban Ana” ordeni ilə təltif olunur.

"Dədə Qorqud " fondunun mükafatı
Şamil Buksayev "Qızıl Ürək" Ordeni ilə təltif olunur
Tarix: 26-7-2013

Azərbaycanda mədəniyyət və incəsənətin inkişafındakı səmərəli xidmətlərinə, gənc nəslin estetik tərbiyəsi və zövqünün hərtərəfli formalaşmasındakı fəaliyyətlərinə, istedadlı uşaqların üzə çıxararaq onların yaradıcılıqlarının inkişafındakı xidmətlərinə görə, arxitektor, dizayner, məhşur rəssam Şamil Buksayev “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının təsis etdiyi "Qızıl Ürək" Ordeni ilə təltif olunur.

Siyasət
ƏSL VƏTƏNDAŞ, BÖYÜK ŞƏXSİYYƏT VƏ QÜDRƏTLİ LİDER
Tarix: 13-7-2013

 Xalqımızın taleyində misilsiz rolu olan, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin xilaskarı, qurucusu, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış və dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızda, eləcə də onun hüdudlarından çox-çox kənarlarda böyük təntənə ilə qeyd edilir. Əbədiyaşar liderimizin xatirəsi Azərbaycanın hər bölgəsində, bütün sosial təbəqələr tərəfindən böyük sevgi ilə anılır. Fədakar həyatı, çoxcəhətli və möhtəşəm fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış ümummilli liderimizə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiram bu günlərdə səslənən hər sözdə öz əksini tapır.

Siyasət
Nəsillərə nümunə olan ömür yolu
Tarix: 13-7-2013

Şəmsəddin Xanbabayev

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı


Ulu öndərin nəsillərə nümunə olan ömür yolu və zəngin elmi-nəzəri irsi oxumaqla, öyrənməklə bitən bir xəzinə deyil. O, böyük bir məktəbdir. Heydər Əliyevin ömür yolu və əməli fəaliyyəti həm bugünkü, həm də gələcək nəsillər üçün nadir bir mənəvi xəzinədir. Odur ki, hər bir Azərbaycan övladı bu nadir məktəbin və mənəvi xəzinənin qədrini və dəyərini bilməlidir. Onun qurduğu, dinamik inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanın taleyi elə hər birimizin taleyidir. Böyük məmnunluq hissi ilə deməliyəm ki, Ulu öndərin taleyində xüsusi rolu olan xoşbəxt insanlardan biri də mənəm. Məlumat üçün bildirim ki, o, 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə mən hələ çox gənc idim. 

Siyasət
Heydər Əliyev müstəqil Azərbaycanın və iqtisadiyyatının qurucusudur
Tarix: 13-7-2013
10 mayda xalqımız öz dəyərli oğlunun, sözün bütün mənalarında onu məhvolma təhlükəsindən qurtarmış xilaskarının anadan olmasının 90 illik yubileyini böyük təntənə ilə qeyd edəcək, uyuduğu Fəxri Xiyabana həmişəkindən daha çox izdiham axışaraq hər kəs ona sonsuz ehtiramını, sarsılmaz məhəbbətini ifadə etməyə tələsəcək. Ulu Öndərin, milli xilaskarın yubiley təntənəsi artıq xeyli müddətdir ki, başlayıb, bütün dövlət və ictimai qurumlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları böyük coşquyla Heydər Əliyevə olan sevgilərini bir daha izhar edir, barəsində sanballı məruzələr oxunur, yaddaqalan məqalələr nəşr edilir. 
Siyasət
Əbədi fəxri rəhbər
Tarix: 13-7-2013

Eldar Mahmudov

Azərbaycan Respublikasının  milli təhlükəsizlik naziri, general-leytenant

 

Azərbaycan  xalqının XX yüzilliyin ortalarından XXI əsrin əvvəllə  rinə qədərki tarixi Heydər Əliyevin siyasi fəaliyyəti və şəxsiyyəti ilə, xüsusən ən yüksək vəzifələrdə olduğu zaman öz xalqının, doğma yurdunun gələcəyi naminə həyata keçirdiyi böyük quruculuq işləri ilə qırılmaz surətdə bağlıdır. Bütün varlığı ilə millətinə, torpağına sadiq olan bu dahi şəxsiyyət bir-birinə zidd iki sistemdə fəaliyyət göstərsə də, ən çətin tarixi dövrlərdə, təqiblər şəraitində belə doğma Azərbaycanının tərəqqisinə və xalqının maddi rifahının yüksəlməsinə xidmət etmişdir.


Siyasət
Tarix: 13-7-2013

Kamil Əfsəroğlu

 Hər dəfə Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradına baxanda böyük qürur hissi duyuram. Azadlıq meydanı əsgər və matrosların, kursantların nizami yerişindən, hərbi texnikanın keçidindən titrəyir, lərzəyə gəlir. Müasir silahlara, hərbi texnikaya, raket qurğularına və yüksək döyüş hazırlığına malik ordumuz Vətənin etibarlı keşikçisi, mətin  müdafiəçisidi. Azərbaycan Ordusu lazım gəldikdə ölkənin işğal altında olan ərazisini ən qısa müddətdə azad etməyə qadirdi və hər an buna hazırdı.. 

Ordu quruculuğu, müstəqilliyinə yenidən qovuşmuş Azərbaycan Respublikasının qarşısında duran ən mühüm və ümdə vəzifələrindəndi. 
Siyasət
Müasir Azərbaycan Ordusunun banisi
Tarix: 13-7-2013

Dadaş Rzayev

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, e.o general-mayor

 Ulu öndərin gördüyü ilk fundamental işlərdən biri ordu quruculuğuna başlaması oldu. Hələ 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərini önə çəkdi. Məlum olduğu kimi o zamanlar Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi qısqanc münasibət bəsləyirdi. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. O dövrdə Azərbaycan hər il təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin açılmasının böyük əhəmiyyəti var idi.

Siyasət
ÖMRÜNÜ AZƏRBAYCANA BAĞLAYAN İNSAN
Tarix: 10-7-2013
Azərbaycana bağlı insandır o. Doğulub böyüdüyü torpaqdan çox üzərində gəzdiyi, havasını udduğu, sevdiyi bu torpağa bağlıdır, bu insan. Bakını çox sevir, xüsusilə Xəzər dənizini. Deyir ki, məni yaşamağa güclü edən də elə Xəzərin özüdür. Artıq 60 ildir ki, Azərbaycanda yaşayıb yaradan 91 yaşlı hərbi jurnalist, istefada olan I dərəcəli kapitan Aleksandr Aleksandroviç Qritçenko indi ömrünün qürub çağındadır. Azərbaycanı öz doğma vətəni bilir. Bu ölkədən kənarda yaşaya biləcəyini ağlına belə gətirməyib heç vaxt.
 
Tarix
Tarixdə yaşayan insan
Tarix: 10-7-2013

 Havar Məmmədov

professor, Azərbaycan Texniki Universitetinin rektoru

Orta məktəbdə oxuyarkən fizika müəlimim texniki fənləri təbliğ edir,məni bu sahədə təhsil almağa həvəsləndirirdi. Elə o zaman yolumu müəyyən etdim, 60-cı illərin sonunda artıq Politexnik inistitutunun tələbəsi idim. Dərslərə yaxşı hazırlaşdığım üçün ən yüksək təqaüd alırdım,inistitutun ictimai işlərində fəal iştirak etdiyimə görə isə komsomol və partiya təşkilatlarında aparıcı rol oynayırdım. Həmin dövrdə Mərkəzi komitənin plenumlarına bizi-yəni tələbələri də cəlb edirdilər.Mən ilk dəfə ulu öndər Heydər Əliyevin çıxışlarına həmin plenumlarda şahidlik etmişəm.Tribunadan, H.Əliyevin ağıllı və məntiqli cıxışları sonrakı həyat tərzimdə mənim amalıma çevrildi. Ondakı bir cox xüsusiyyətlər - xalqa bağlılıq, vətənpərvər olmaq, haqqı-ədalətin keşiyində durmaq biz gənclərə aşılanırdı.
Tarix
İnsanlıq zirvəsində
Tarix: 10-7-2013

Cəlalət Quliyeva / “Azərbaycan Dünyası” Jurnalının İdarə Heyətinin üzvü

Kamilliyin ən ali dərəcəsi insanın öz əqidəsinə sadiq olması, əqidəsinin vacib bildiyi tələbləri ən yüksək səviyyədə yerinə yetirərək, onun yaradılışında onun üçün müəyyən olunmuş məqama çatmasıdır. Insan yoxluq aləmindən varlıq aləminə qədəm qoyandan,ordan da ömrünün sonuna qədər kamal pillərini fəth etməyə çalışır.

<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS