Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
"Dədə Qorqud " fondunun mükafatı
Yazıçı Anara "Vətən övladı" ordeni verildi
Tarix: 31-5-2013

 Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası tanınımış yazıçı Anar Rzayevin "Dədə Qorqud" kitabının gürcü dilinə tərcümə olunmuş variantının təqdimatı və "Dədə Qorqud"a aid rəsm sərgisi keçirib.

Siyasət
Namiq Abbasov Heydər Əliyevin silahdaşı, ən inandığı, həyatını etibar etdiyi şəxs və şəxsiyyətdir
Tarix: 7-4-2013

  ... 2003-cü ilin dekabr ayının 12-i idi. Hamı Fəxrı Xiyabanın qarşısına axışırdı.  Heydər Əliyevi dəfn edirdik. Biz jurnalistlər redaksiyalarımızdan aldığımız tapşırıqları yerinə yetirmək üçün orada idik. Fəxri Xiyabanın bir qapısından məmurlar, nazirlər keçirdilər. Və toplaşıb bir yerdə dayanan vəzifəlilər və nazirlər məlum bir nazirin gəlişini gözləyirdilər ki, ondan əvvəl keçməsinlər. Xiyabanın digər qapısı isə kütlə və xalq üçün açıq idi.  Biz də xalqın düzləndiyi insan axını ilə dolu qapıdan keçirdik.  Bizdən qabaqda isə bir hündürboylu kişi var idi.  Profildən diqqətlə nəzər salanda gördüm ki, general-polkovnik , MTN-nin  naziri cənab Namıq Abbasodur.

Türk Dünyası
Yeddi dünya hökmdarı Fateh Teymur
Tarix: 7-4-2013

Nəsil şəcərəsində Çingiz xanın, türk soylu Barlas xanın budaqları olan əmir Taraqay Bahadurun oğlu. 1336-cı ildə Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbz kəndində (artıq şəhər statusu alıb) dünyaya gəlib. 7 yaşından babası Hacı Alimin yanında 5 il ərzində mədrəsə təhsili alıb. Kiçik yaşlarından atası Taraqay Bahaduru da qəbilə, tayfa döyüşlərində at belində görmüşdü. 12 yaşında özündən yaşca böyükləri at yarışlarında arxada qoymuş, bəzisini də üzəngidən salmışdı. Türk-monqol ordusunun Keş vilayətinə olan yürüşləri buradakı gənclərin əksəriyyətində döyüş ruhunu yüksəltmişdi. Onların hər biri bir elin, elatın cəngavəri, müdafiəçisi idi. 

"Dədə Qorqud " fondunun mükafatı
TÜRK DÜNYASI RAUF RAİF DENKTAŞ’I UNUTMAYACAK
Tarix: 7-4-2013

 Kurucu Cumhurbaşkanı Rauf Raif Denktaş’ı ‘Vatan Evladı Yüksek Madalyası’na layık gören Azerbaycan Milli Dede Korkut Vakfı, bu madalyayı ailesine takdim etmek için KKTC’de.

Bu bağlamda heyet, Denktaş’ın oğlu ve Demokrat Parti (DP) Genel Başkanı Serdar Denktaş ile birlikte merhum Cumhurbaşkanının kabrini ziyaret ederek fatiha okuyup, çiçek bıraktı.

 

Elm, Təhsil, Səhiyyə
İqlimin qlobal istiləşməsi problemi və onun nəticələri
Tarix: 7-4-2013

 Hələ 1827-ci ildə fransız fiziki Jozef Furye fərz etdi ki, Yer kürəsinin atmosfer istixanada kimi şüşələrin yerinə bir növ funksiyanı yerinə yetirir: hava günəş istiliyini buraxır və bu halda kosmosa istiliyi geri buxarlanmağa imkan vermir. Bu effekt bəzi ikinci dərəcəli atmosfer qazların sayəsində əldə edilir, məsələn, su buxarı və karbon qazı. Onlar günəşdən saçılan görülən və "yaxın" infraqırmızı işığı buraxırlar və günəş şüaları ilə yer səthinin qızdırılması zamanı daha çox aşağı tezliyə malik olan “uzaq” infraqırmızı saçmanı udurlar. Əgər bu olmasaydı, Yer kürəsi bugünkü istilikdən təxminən 30 dərəcəyə daha soyuqlaşardı və bu da həyatın məhvi üçün səbəb olardı.

"Dədə Qorqud " fondunun mükafatı
ŞƏRƏFLİ ÖMÜR YOLU
Tarix: 7-4-2013

İsmayıl Sadıqov yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında da böyük işlər görmüşdür

 

Naxçıvan XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olaraq əzəmətli bir şəhər, Azərbaycanın iqtisadi, siyasi və mədəniyyət mərkəzlərindən biri idi.

Xalqımıza görkəmli şəxsiyyətlər bəxş etmiş qədim türk yurdu, qəhrəmanlar vətəni Naxçıvan bəşər sivilizasiyasının ilk beşiklərindən biri, əsrlər boyu Şərqin elm, mədəniyyət, sənətkarlıq və ticarət mərkəzi olmuşdur.

Elm, Təhsil, Səhiyyə
Mənəvi dəyərlərimizin keşiyində dayanan fədakar xanım
Tarix: 7-4-2013

“Firəngiz xanım Əməkdar Mədəniyyət işçisi, peşəkar muzeylər sənətkarıdır. O, peşəkar sənətşünasdır, alimdir, muzey işinə bütün ömrünü həsr edib. Başlıcası odur ki, həyat eşqi var onda”.

 Akademik Arif  Mircəlal oğlu Paşayev 

Bəli, əsl dost sənin varlığındır, sənin özünsən, milyardların içində, bu Qoca Dünyada sənin varlığın deməkdir. Dostunla tanınırsan, dostunla öyünürsən, dostuna arxa-dayaq deyirsən. Çoxlu dostları ilə tanınan, əqidəli, vəfalı dostları ilə öyünən, əsl dostu özünə arxa-dayaq bilən bir gözəl, xeyirxah, vətənpərvər, işgüzar xanım haqqında danışmaq, yazmaq istəyirəm. Haqqında danışacağım o böyük insana dünyada hansı gözəl sözlər, dəyər verəcək ifadələr varsa ünvanlamaq olar. Obrazlı desək, yazımın qəhrəmanı insanlıqda bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən, birləşdirən və ehtiva edən o xanım Firəngiz Hüseynovadır.

"Dədə Qorqud " fondunun mükafatı
BƏŞƏRİYYƏT ANALAR ÜZƏRİNDƏ QURULUB
Tarix: 7-4-2013

Həzrət Məhəmməd (s) peyğəmbərin bir kəlamı var. Cənnət anaların ayağı altındadır. Bir dediyi söz də hamının yaddaşlarında həkk olunub: alimə, elm adamına cəhənnəm odu haramdır. Azərbaycan qadınlarının içində müqqədəs ana və həm də şərəfli alim adı altında ömür sürənlərimiz az deyil. Bunlardan da biri bu gün sizə təqdim etdiyimiz ana, eyni zamanda həm də alim olacaq. Kimdir bu şərəfli ad sahibi olan ana və alim? Bu Elmira xanım Ramazanovadir.

"Dədə Qorqud " fondunun mükafatı
AZƏRBAYCAN DİPLOMATİYASININ ZİRVƏLƏRİ
Tarix: 7-4-2013

“Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” jurnalının Ağsaqqallar Şurası aşağıda adı çəkilən diplomatlarımızı Azərbaycan Diplomatiyasının Zirvələri hesab edərək, onları “Dədə Qorqud” mükafatı ilə təltif edib.

 “Azərbaycan dünyası”  beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondu cəmiyyətimizdə gedən prosesləri yaxından izləyir. Redaksiya heyəti,  Ağsaqqallar Şuranın və oxucularının rəy və təkliflərini nəzərə alaraq hadisələrə vaxtında qiymət verməyi və dəyərləndirməyi bacarır. Cəmiyyətdə mövqeyi, xüsusi çəkisi və yeri olan ziyaılarımızın yaşadıqları ömür dairəsində,  ölkəmizin müstəqillik illərində, qazandığı nailiyyətlərdə göstərdikləri əzmkarlıqlara görə onları zaman-zaman layıq olduqları adlarla təltif edir.

 

Tarix
GÜNƏŞİN ARXASINCA GEDƏN İNSAN
Tarix: 7-4-2013

 Dadaş Rzayev təkçə general deyildi, o həm də şəxsiyyətdir. Dadaş Rzayev qeyri adi düşüncəyə malik və yüksək intellekt sahibi olan, insanlığı və insanları xilas etmək üçün ardınca yüzlərlə xeyirxahları toplayıb apara bilməyi bacaran bir lider, şərəfli şəxsiyyət və generaldır. İnsanlara yaxşılıq etmək ona Allahdan verilən bir vergidir. Onunla unsiyyət zamanı hiss etdim ki, bu insanın Allahdan verilən payı insanlara əl tutmaq, yaxşılıq və mərhəmət kimi xususiyyətlərdə təcəssüm edir.

Tarix
Zamanı dərk edən general
Tarix: 7-4-2013

Gəlin, şərəfli zabitlərin ləyaqət və mənafelərini qoruyaq!

Səmimi deyək ki, ictimai həyatın müəyyən tarixi inkişaf prosesi geniş əhatəlidir və bu prosesin aparıcı qüvvəsi İNSANdır.  Maraqlıdır ki, dünya yaranandan taleyin insana münasibəti heç də həmişə birmənalı olmayıb. Ya insan taleyin əsiri olub, ya da tale insanın həyat normalarını qane etməyib. Hər halda, insan zamanın aparıcı qüvvəsidir və onun həyata münasibətində uyğun çox şey var...

 

"Dədə Qorqud " fondunun mükafatı
TÜRK DÜNYASI RAUF RAİF DENKTAŞ’I UNUTMAYACAK
Tarix: 2-2-2013

 Kurucu Cumhurbaşkanı Rauf Raif Denktaş’ı ‘Vatan Evladı Yüksek Madalyası’na layık gören Azerbaycan Milli Dede Korkut Vakfı, bu madalyayı ailesine takdim etmek için KKTC’de.

Bu bağlamda heyet, Denktaş’ın oğlu ve Demokrat Parti (DP) Genel Başkanı Serdar Denktaş ile birlikte merhum Cumhurbaşkanının kabrini ziyaret ederek fatiha okuyup, çiçek bıraktı.
İSMAYILOV: “RAUF DENKTAŞ, YALNIZCA KIBRIS TÜRKÜ İÇİN DEĞİL, TÜM TÜRK DÜNYASI İÇİN BÜYÜK BİR LİDERDİR”
Duygusal anların yaşandığı ziyarette söz alan Azerbaycan Milli Dedekorkut Vakfı ve Uluslararası Azerbaycan Dünyası Başkanı Eldar İsmayılov, Rauf Denktaş’ın yalnızca Kıbrıs Türkü için değil, tüm Tük Dünyası için büyük bir lider olduğunu söyledi. 

"Dədə Qorqud " fondunun mükafatı
Həkim kardioloqu Kamran Musayev "Qızıl Ürək" ordeni ilə təltif edildi
Tarix: 22-1-2013
Azərbaycanda ilk dəfə olaraq süni ürək köçürülməsi əməliyyatı aparılıb. Mərkəzi Klinik Xəstəxananın həkim kardioloqu Kamran Musayevin bildirdiyinə görə, ölkədə xeyli sayda ürək xəstəliyindən əziyyət çəkənlər olduğu halda donor çatışmazlığından onları əməliyyat etmək mümkün olmurdu.

Artıq ABŞ istehsalı olan süni ürək cihazı vasitəsi ilə donoru əvəz etmək mümkündür. Süni ürək əməliyyatı yalnız son mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrə tətbiq olunur.
<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS