Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
"Dədə Qorqud " fondunun mükafatı
Tanınmış iş adamı mükafatlandırıldı
Tarix: 28-12-2012
“Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının Ağsaqqallar Şurası Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı Rəhim Sultanovu, ölkənin səmərəli inkişafındakı böyük xidmətlərinə, gənc nəslin yetişməsindəki təmənnasız yardımlarına, Bakımızın gözəlləşməsində və memarlıq üslübuna gözəllik qatan yeni tikililərin ucaldılmasındakı yorulmaz fəaliyyətinə və doğum gününə görə onu təbrik edir, uzun ömür, cansağlığı, işlərində uğurlar arzu edir.
"Dədə Qorqud " fondunun mükafatı
Dadaş Rzayev "Vətən övladı" ordeni ilə təltif olunub
Tarix: 28-12-2012

 “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ali Şurasının qərarı ilə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyətinə, cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi əməyə, dövlətçiliyimizin yüksəlməsi yolunda yaxından iştirakına görə Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın keçmiş müdafiə naziri general Dadaş Rzayev “Vətən övladı” ordeni ilə təltif edilir.

"Dədə Qorqud " fondunun mükafatı
Surxay Tağızadə "Vətən övladı" ordeni ilə təltif olunub
Tarix: 28-12-2012

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası, ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən, xalqlar arasında dostluq, sülh və əmin-amanlıq yaranmasında yorulmadan çalışan, dövlətçiliyimizin yüksəlməsi yolunda yaxından iştirak edən, Vətənimizin inkişafı uğrunda daim ağsaqqal məsləhəti ilə gənclərə dəstək duran, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyi vətəndaşlıq borcu bilən və əsl azərbaycanlı kimi xalqımızın milli və mənəvi dəyərlərinin təbliğini özünə vəzifə hesab edən Respublika Veteranlar Şurası sədrinin birinci müavini, Respublikanın əməkdar kənd təsərrüfatı işçisi Surxay Tağızadəni "Vətən övladı" ordeni ilə təltiv edib.

"Dədə Qorqud " fondunun mükafatı
BÖYÜK ŞAİR KAYSIN KULİYEVİN 95 illiyi
Tarix: 25-12-2012

Dekabr ayının ortalarında Nalçik şəhərində keçirilən Qabardin-Balkar Respublikasının Xalq şairi Kaysın Şuvaeviç Kuliyevin anadan olmasının 95-illiyi münasibəti ilə bəzədilmiş təntənələrdə respublikamızın çoxsaylı qonaqları arasında Azərbaycan Respublikasının nümayəndəsi, çox hörmətli qonaq, Eldar İsmayıl oğlu İsmayılov da fəal iştirak etmişdir.
Eldar İsmayılov – “Dədə Qorqud” Xeyriyyə Milli Fondunun Prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının naşir və baş redaktoru, “Qızıl Qələm”in sahibi və Azərbaycan Əmək və Müharibə Veteranlar Şurasının rəyasət heyətinin üzvüdür.

Elm, Təhsil, Səhiyyə
Cənnət anaların ayağı altındadır
Tarix: 12-12-2012

Ana!Üç hərfdən ibarət sadə bir söz. Bu sözün məna tutumu çox zəngindir. 

Ana əlləri hər zaman göyə açılır, ananın dilindən dua əskik olmur. 
Uca Peyğəmbərimiz də “Cənnət anaların ayaqları altındadır“- deyir. Və bununla onun ucalığının, müqəddəsliyinin ölçüsünü göstərir. . . 
Ana müqəddəs varlıqdır. Ana Vətən kimi and yeridir. Onun ətri olan hər şey gözəldir. . . 
Ananın əli dəyən yerdə güllər açılır. Ananın göz yaşları bulaq suyu kimi şəffafdır. Bəzən ən kirli vicdanlar da onun göz yaşları qarşısında aciz qalır. 
Ananın xoşbəxtliyi yuxusuz gecələrinin, çəkdiyi əziyyətlərin bəhrəsini görməkdir. 
"Dədə Qorqud " fondunun mükafatı
2012-ci il üçün Böyük Türk Dünyasının "Ulu Türklər" Dədə Qorqud Mükafatının sahibi bəlli olub
Tarix: 7-12-2012

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda 2012-ci il üçün Böyük Türk Dünyasının ''ULU TÜRKLƏR'' (THE GREAT TURKS PRİZE) Dədə Qorqud Mükafatı verilməsi məsələsi müzakirə olunub. Bu mükafatın təltif olunması üçün fonda təqdim olunan namizədlərin şəxsi sənədləri araşdırılıb, incələnib nəzərdən keçirilib. Bütün Münsiflər Heyəti üzvlərinin səsləriylə bu yüksək mükafata hörmətli Bədrəddin Dalan layiq görülüb. Bu məqsədlə "Dədə Qorqud" Milli Fondu Ağsaqqallar Şurasına mükafatın verilməsi məsələsi məruzə edilib. 03.12.2012 tarixində "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası Bədrəddin Dalana 2012-ci il Böyük Türk Dünyasının "Ulu Türklər" Dədə Qorqud Mükafatı verilməsi qərarını qəbul edib.

Xəbər lenti
BİR ÇƏLƏNGİ N ÇİÇƏKLƏRİ
Tarix: 19-11-2012
Millətin işıqlı gələcəyi təhsilin vəziyyətindən asılıdır. Müdrik insanlar, elm və incəsənət xadimləri mükəmməl təhsilin sayəsində böyük uğurlar qazanmış, kəşflər etmişlər. Məktəb millətin intellektual səviyyəsini, mənəvi saflığını, qüdrətini öyrədən, tərbiyə edən müqəddəs ocaqdır. Bu ocağın nurundan keçən insan xoşbəxtdir. Məktəb təkcə savad, bilik öyrətmir o, mədəniyyət dünyasının qapılarını insanın üzünə açır, ona alicənablıq, mərifət, nəzakət öyrədir, şəxsiyyət kimi böyüməsinə kömək edir, onun  qəlbində elə-obaya, ata-anaya olan məhəbbətini ülviyyətə qaldırır.
"Dədə Qorqud " fondunun mükafatı
GENERAL MAYOR MUSTAFA NƏSİROV ÖLÜMÜNDƏN SONRA “VƏTƏN ÖVLADI” ORDENİ İLƏ TƏLTİF EDİLİB
Tarix: 25-10-2012

“Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ali Şurasının qərarı ilə Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov ölümündən sonra “Vətən Övladı” ordeni ilə təltif edilib. Qeyd edək ki, Nəsirov Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib.

Xəbər lenti
Rusiyada yaşayan iş adamları ilə bağlı daha bir fakt
Tarix: 20-10-2012

Rusiyada yaşayan bir qrup azərbaycanlı zənginin Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı yaratması, bu ittifaqa Bakının rəsmən qarşı çıxması ətrafında müzakirələr genişlənir. Xatırladaq ki, mətbuat əvvəlcə həmin ittifaqın yaranmasını Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı hansısa planları ilə bağlı olduğunu iddia edib. Əsas kimi bu göstərilib ki, yeni ittifaqı yaradanlar indiyədək Rusiyada Azərbaycan hakimiyyəti tərəfindən tanınan diaspor təşkilatını - Ümumrusiya Azərbaycanlıları Konqresini parçalayıb.

 

"Dədə Qorqud " fondunun mükafatı
Bütün Qafqazın Şeyxi “Vətən övladı” qızıl ordeninə layiq görülüb
Tarix: 15-10-2012

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Dədə Qorqud” Milli Xeyriyyəçilik Fondunun prezidenti Eldar İsmayılov ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Eldar İsmayılov rəhbərlik etdiyi "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Beynəlxlaq Hurnalının fəaliyyəti barədə məlumat verib. O, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin İslam dininin təbliğindəki xidmətlərini, regionda və bütün dünyada sülhün qorunması yolunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib.

"Dədə Qorqud " fondunun mükafatı
İsmayıl Sadıxov “Qızıl Ürək” ordeni ilə təltif edilir
Tarix: 11-10-2012

“Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ali Şurasının qərarı ilə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyətinə, cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi əməyə, elm, mədəniyyət, xalq təhsili və sosial problemlərin həllindəki yorulmaz fəaliyyətinə görə, el ağsaqqalı, ictimai xadim İsmayıl Sadıxov “Qızıl Ürək” ordeni ilə təltif edilir.

 

Xəbər lenti
ÖYRƏNMƏK İŞIQDIR...
Tarix: 13-8-2012

 «Bakıelektrikşəbəkə»nin tədris mərkəzi yeni nəsil energetika mütəxəssislərinin hazırlığına başlayıb

Müasir  insanın həyatını elektriksiz təsəvvür etmək çətindir – elektrik enerjisi, demək olar ki, çağdaş sivilizasiyanın əsasıdır. O, həmişə bizimlədir, həyatımızı komfortlu və rahat, istehsalatı isə səmərəli edir. Buna görə də, hətta ən ucqar kənd üçün belə elektrik təchizatının keyfiyyəti və davamlılığı çox önəmlidir, Bakı kimi iri meqapolisdən isə danışmağa dəyməz. 

2006-cı ildə paytaxtın elektrik şəbəkəsi dövlətə məxsus «Bakıelektrikşəbəkə» ASC-yə verilib və həmin vaxtdan bu sahədə önəmli islahatlar mərhələsi başlayıb ki, nəticədə bu, həm Bakının daxilində, həm də kənar qəsəbələrdə enerji təchizatının tam davamlılığı  yolunda qlobal müsbət dəyişikliklərə səbəb olub. 

Siyasət
İNSANLIQ ZİRVƏSİNDƏ!
Tarix: 13-8-2012

 Cəlalət Quliyeva

“Bakı Sərnişin Nəqliyyatı” MMC-nin Mətbuat xidmətinin rəhbəri

Kamilliyin ən ali dərəcəsi insanın öz əqidəsinə  sadiq olması, əqidəsinin bacib bildiyi tələbləri ən yüksək səviyyədə yerinə yetirərək, onun yaradılışında onun üçün müəyyən olunmuş məqama çatmasıdır. Insan yoxluq aləmindən varlıq aləminə qədəm qoyandan,ordan da ömrünün sonuna qədər kamal pillərini fəth etməyə çalışır.
Qədim filosoflar o cümlədən  İbni Sina  iddia edirdi ki, kamil insan hikmət və fəlsəfəyə yiyələnmiş insandır və insanın kamalı onun hikmətindədir.
Ulu Öndər Heydər Əliyev məhz belə insanlardandır. İnsanlığın ən yüksək zirvəsinə çatmış, kamilliyin ən yüksək mərtəbəsini fəth etmiş dahi şəxsiyyətdir.
<< 1 2 3 4 5 6 7 8 9 10 >>
ENG | RUS