Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Jurnalın qonağı
Şəki — doğma diyar
Tarix: 11-8-2009

Bu gün ölkəmiz Heydər Əliyevin yolu ilə uğurla inkişaf edir. O, cümlədən Şəki şəhərinin inkişafında müsbət nailiyyətlər vardır. Bütün Şəkililərə can sağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Ümumi məlimat:
Şəki Azərbaycanın şimalqərb coğrafi zonasına, Şəki-Zaqatala iqtisadi rayonuna aiddir.
Ərazisi (min kv2) — 2.43
Əhalisi — 167.70 nəfərə yaxın. O cümlədən, kənd əhalisi — 102.20, şəhər əhalisi— 65.50, əhalinin sıxlığı (nəfər 1kv km-69.01) .
İnzibati vahidlərinin sayı— 1şəhər, 2 qəsəbə və 68 kəndi vardır.
İqlimi — alçaq dağlıq zonalarda mülayim, isti, orta və yüksək dağlıq zonalar üçün soyuq iqlim tipi xarakterikdir. Orta illik temperatur dağ ətəyi ərazilərdə 10 dərəcə, yüksək ərazilərdə isə 0 dərəcədən aşağıdır.
Əsas çayları — Kiş, Şin, Daşağıl.
Əsas sənaye sahələri — ipəkçilik, yeyinti, toxuculuq, tikinti materialları.
Əsas kənd təsərrüfatı — taxıl, üzüm, tütün, heyvandarlıq, meyvə və giləmeyvə
Nəqliyyat — Şəkini Azərbyaycanın digər rayonları ilə inkişaf edilmış nəqliyyat şəbəkəsi- dəmir yolu və avtomobil yolları birləşdirir. Şəkidən Bakı şəhərinədək olan məsafə 305 km-dir.
Coğrafi şəraiti:
Şəki Azərbaycanın şimalqərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir.
Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə,boz qonur torpaqlar geniş yayılmışdır.
Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir.
Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühim turizm regionuna çevrilmişdir.

2003-ci ilin 15 oktyabrından ümummilli liderimizin dövlətçilik kursunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qısa zamanda özü də bir idarəçilik məktəbi yaratdı. Azərbaycan Prezidentinin son 4 illik fəaliyyəti göstərdi ki, o, Heydər Əliyev ideyalarının sadəcə davamçısı deyil, eyni zamanda bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun həyata keçirən, təkmilləşdirən qətiyyətli siyasi liderdir. Siyasətə ideyaların reallaşdırılması vasitəsi kimi yanaşan və "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyən dövlət başçısı hakimiyyətə xalqa təmənnasız xidmət vasitəsi kimi yanaşmış, hər bir fərdin maraq və mənafeyini uca tutmuşdur. Cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifədə ona bəslənilən ümidləri tam doğrultmuşdur. Yüksək siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi onu xalqı sevdirən, şəxsiyyətinə yüksək rəğbət və etimad formalaşdıran xarakterik cizgilər sırasındadır.

Dövlət başçısı yüksək siyasi qətiyyət nümayiş etdirərək ötən 4 ildə Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur:

Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft boru kəməri istifadəyə verilmiş, Bakı-Tibilisi-Ərzurum qaz kəmərinin çəkilişi uğurla başa çatmış,

Bakı - Tibilisi - Qars dəmiryol xəttinin tikintisi ilə bağlı müqavilə imzalanmışdır.

2006-ci ildə Avropa İttifaqı ilə enerji sahəsində anlaşma memorandumu imzalanmış.

Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır.

Büdcə xərclərinin artım dinamikasına görə Azərbaycan dünyada birinci ölkələr sırasına çıxmış, son dörd il ərzində büdcə xərcləri on dəfə artmış və 2008 ci ilin icmal büdcəsi 12 milyard dollara bərabər olmuşdur.

2003- cü illə müqayisədə 2007- ci ildə dövlət büdcəsinin cari xərcləri üzrə müdafiə xərcləri 6 dəfə, səhiyyə xərcləri 4,7 dəfə, kənd təsərrüfatı xərcləri 4,6 dəfə, mədəniyyət, incəsənət, bədən tərbiyəsi və idman xərcləri 3,1 dəfə, təhsil xərcləri 3,1 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 2,8 dəfə, mənzilkommunal təsərrüfatı xərcləri 3,1 dəfə artmışdır.

2007- ci ildə ümumi daxili məhsul istehsalı artaraq 24,6 milyard manata çatmışdır. Bu isə 2006 – cı illə müqayisədə 24,7 faiz çoxdur.

2007- ci ildə investisiyaların həcmi 6 milyard dollardan çox olmuşdur.

Son 4 il ərzində Azərbaycanda 640 min iş yeri açılmışdır ki, onlardan 460 mini daimi iş yerləridir. Təkcə 2007- ci ildə 145 min yeni iş yeri açılmışdır və onlardan 105 mini daimi iş yerləridir.

2007 – ci ildə yoxsulluğun azaldılması sahəsində böyük tədbirlər görülmüşdür. Əgər 2003 – cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 49 faiz idisə, 2008 –ci ilin yanvarın 1-nə bu göstərici 16 faizə düşmüşdür.

Adambaşına düşən pul gəlirləri 2007- ci ilin sonuna əvvəlki illə müqayisədə 38,0 faiz artaraq 1670 manata, orta aylıq əmək haqqı 42,0 faiz artaraq 214 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 44,0 faiz artaraq 59 manata çatmışdır.

Ünvanlı sosial yardım proqramı uğurla icra edilmişdir. 78 min ailə bu proqramla əhatə olunmuş və orta hesabla hər ailəyə dövlət tərəfindən verilən yardım təxminən 100 dollar təşkil etmişdir.

4 ildə 1200 məktəb, əlavə korpuslar tikilmiş, yüzlərlə məktəb əsaslı təmir olunmuşdur.

Dövlət Proqramı çərçivəsində görülmüş ardıcıl tədbirlər nəticəsində ötən 4 ildə regionlarimizin tərəqqisinə mane olan köklü problemlər nəzərə çarpacaq səviyyədə aradan qaldırılmış, yerlərdə infrasturukturun yeniləşdirilməsinə ciddi zəmin yaranmışdır.

Nəqliyyat - kommunikasiya sisteminin bərpası, elektirik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial infrasturukturun problemlərinin həlli istiqamətində mühüm işlər görülmüş, müasir informasiya texnologiyalarının tədbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır.

Sonuncu çadır şəhərciyi ləğv edilmiş və orada yaşayan soydaşlarımız normal evlərə köçürülmüşdür.

"Şəkidə olarkən görürəm ki, burada quruculuq, abadlıq işləri çox yaxşı səviyyədə gedir. Binalar təmir olunur, yeniləri tikilir. Azərbaycan memarlığının ən gözəl nümunələrindən biri olan Xan sarayı təmir edilibdir. Şəkidə gördüm ki, yollar salınır, səliqə-səhman var, abadlıq, quruculuq işləri var. Şəki çox gözəl şəhərdir, qədim şəhərdir. Əlbəttə, biz çalışmalıyıq ki, bu şəhəri həmişə belə abad vəziyyətdə saxlayaq".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Abadlıq və quruculuq

Bütün regionlar kimi Şəkidə də yenidənqurma, tikinti-quruculuq işləri gündən- günə genişlənir, anbaan yeni vüsət alır. Cari ilin mənzərəsi buna əyani sübutdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun Şəki şöbələrinin inzibati binalarının inşası aparılmışdır.

Vergilər Nazirliyinin Xidmət Teminalının tikintisi başa çatmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli, şəhər stadionu yaxınlığında yeni bir yaşayış binasının tikintisi başa çatdırılmışdır. "Yeni Şəki", "Kapital", "İpəkçi İnşaat" mənzil tikinti kooperativləri tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşası başa çatmaq üzrədir. Daşüz, Baş Layıskı və Baş Göynük kəndlərində Qarabağ əlilləri üçün üçotaqlı fərdi yaşayış evləri inşa edilmişdir.

114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komisiyasının yeni inzibati binası tikilmişdir.

Ümumi uzunluğu 1400 metr, eni 13.5, hündürlüyü isə 7 metr olan körpünün tikintisi davam etdirilir. Şin çayı üzərində inşa edilən yeni nəqliyyat infrasturukturunun tikintisinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Körpünün istifadəyə verilməsi nəticəsində Şəki rayonunu Qax rayonu ilə birləşdirən avtomobil yolu 40 km-dək qısalacaqdır

Əlican çayından su kanalının çəkilişinə başlanılıb.

"Kainat" MMC-də yenidənqurma işləri davam etdirilib.

Orta Zəyzid kəndi ərzisində 600 başlıq iki damazlıqheyvandarlıq kompleksi yaradılması sahəsində əsaslı işlər görülmüşdür.

MTN-in Şəki şəhər şöbəsi yeni binaya köçüb.

Şəhərdə "Kaspi S" dəftərxana ləvazimatları mağazası, "Beta Tea" və "Bakselin" in yeni binaları, "Bank of Baku"nun və Beynəlxalq Sığorta Şirkətinin əsaslı təmirdən çıxmış ofisləri istifadəyə verilmişdir.

Yerli televiziya üçün binanın tikintisi davam edir.

Heydər Əliyev adına parkın genişləndirilməsi istiqamətində işlər görülür.

Aşağı Göynük kəndində yeni parket sexi tikilərək istifadəyə verilmişdir.

Ailəvi istirahət üçün inşa olunan "İdeal" restoranı, yeyinti məhsulları istehsalı və satışı ilə məşğul olan "Sehirli təndir" mağazası, "Delfin" idman sağlamlıq mərkəzi tikilmişdir.

Küçə və xiyabanların, prospektlərin, həmçinin yerli əhəmiyyətli yolların abadlaşdırılması daim gündəmdə saxlanılmış, 35 kilometrlik yolda əsaslı təmir və asfaltlaşma işləri görülmüş, şəhərin əsas küçə və prospektlərində müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

"Biz hərbi sahəyə də böyük vəsait ayırırıq. 2008 – ci ildə hərbi xərclər, ən azı, 1 milyard 200 milyon dollar səviyyəsində olacaqdır. Bu, dövlət büdcəsində nəzərdə tutulmuş rəqəmdir. Istisna deyil ki, il ərzində buna dəyişiklik edilsin. Ordumuzun peşakarlığı artır. Ordumuz hər an öz doğma torpaqlarımızı işğalçılardan azad etməyə hazır olmalıdır və əslində, hazırdır".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Hərbi vətənpərvərlik tərbiyəsi

Respublikamizda ordu quruculuğunun sürətlənməsi, gənclərin hərbi xidmətə çağırışının həyata keçirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi ölkə rəhbərliyinin daim diqqət və nəzarətindədir. Şəki Şəhər İcra Hakimiyyəti rayon ərazisində yerləşən hərbi hissələrlə daim əlaqə saxlamış, hərbi hissələrin yerli əhəmiyyətli problemlərini öyrənmiş, onların həlli istiqamətində bir çox tədbirləri həyata keçirmişdir.

Daxili Qoşunların N saylı hərbi hissəsinin Şəki şəhərində yerləşən əlahiddə əməliyyat taborunun hərbi şəhərciyində yenidən qurulmuş yataqxana binasının istifadəyə verilməsi münasibəti ilə təntənəli mərasim keçirilmişdir. 3 mərtəbəli binada 21 ailə üçün nəzərdə tutulmuş mənzillər zəruri avadanlıqlarla təchiz olunmuş, kompleksə ayrıca elektrik və su xəttləri çəkilmiş, istilik sistemi quraşdırılmışdır. Mərasimdə Daxili Qoşunların Komandanının müavini, şəxsi heyət üzrə idarənin rəisi general-mayor Vidadi Əliyev iştirak etmişdir. General-mayor Vidadi Əliyev Şəki şəhərində yerləşən hərbi şəhərcikdə hərbi qulluqçular üçün yataqxana yaşayış kompleksinin, habelə əsgər yataqxanasının, yeməkxana, tibb məntəqəsi və bir sıra məişət obyektlərinin yenidən qurularaq istifadəyə verilməsini ölkə rəhbərliyinin hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğının baris nümunəsi olduğunu xüsusi vurğulamışdır.

Şəki Şəhər İcra Hakimiyyəti rayon ərazisində yerləşən hərbi hissələrdə müntəzəm olaraq gənc əsgərlərin hərbi andiçmə mərasimində iştirak edir. Şəki sərhəd dəstəsində gənc əsgərlərin hərbi andiçmə mərasimində iştirak edən rayon rəhbərliyi əsgərləri bu münasibətlə təbrik etmiş, dövlətimizin Sərhəd Qoşunlarının formalaşması və inkişafına göstərdiyi yüksək qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, hazırda Sərhəd Qoşunları müstəqil dövlətimizin sərhədlərini etibarlı şəkildə qorumağa qadir olan, Azərbaycan Prezidentinə, dövlətçiliyinə və xalqına sadiq, intizamlı, yüksək döyüş hazırlıqlı, müasir texnika ilə təchiz olunmuş, peşəkar zabit korpusuna malik bir quruma çevrilmişdir. Hərbi andiçən əsgərlər döğma vətənə sədaqətlə xidmət etməyə, dövlət sərhədlərinin toxunulmazlığını təmin etməyə, Vətən torpağının hər bir qarışını göz bəbəyi kimi qorumağa, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına hər an hazır olduqlarını bildirmişdir.

Şəki Sərhəd Dəstəsində zabitlər üçün inşa edilmiş hər biri 16 mənzildən ibarət olan 2 yaşayış binasının açılışı olmuşdur. Mənzil sahiblərinə yeni mənzillərin orderlərini təqdim edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Asif Cəbrayılov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov onlara xoş arzularını bildirmişdilər.

Şəki Sərhəd Dəstəsinin tərkibinə daxil olan Baş Kəldək və Şin sərhəd zastavalarının açılışı olmuşdur.

"Şəkidə Azərbaycan mədəniyyətinin çox dəyərli abidələri vardır. Biz bu abidələri qoruyub saxlamalı və bərpa etməliyik. Onlar bizim milli sərvətimiz, mədəniyyətimiz və tariximizdir".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Mədəni irsin qorunması

Son dövrdə ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət yetirilir. Cənab Prezidentimiz İlham Əliyevin mədəni irsimizin qorunub saxlanmasına xidmət edən fərman və sərəncamları buna baris nümunədir.

2007-ci ilin ən mühüm mədəni hadisəsi iyunun 23-də Şəkidə keçirilən "Sənətkarlar günü" bayramı idi. Qədim dövlətçilik ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olmuşdur.

El sənətkarlarının misilsiz sənət ənənələrini, onların əməli təcrübələrini davam etdirən yüzlərlə Şəki sənətkarlarının fədakar əməyi sayəsində bu şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır. Şəki sənətkarlarının istehsal etdikləri sənət məhsulları xarici bazarlara da geniş yol açmış, beynəlxalq ticarətin geniş yayılan əmtəə məhsuluna çevrilmişdir. Şəkinin şəhər həyatı ilə ekiz yaranan sənət sahələrinin xeyli hissəsi bizim dövrümüzədək gəlib çatmışdır. Dəmirçilik, nalbəndlik, şəbəkə, duluzçuluq, papaqçılıq və onlarla digər istehsal sahəsi Şəkinin sənət məbədinin başlıca sütunlarını təşkil edirdi. Başqa şəhərlərdə olduğu kimi Şəkidə də hər sənət sahəsi bir məhəllədə yerləşir və məhəllə həmin sənət sahəsinin adını daşıyırdı.

Mədəniyyət və Turizm Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi bayramın keçirilməsində əsas məqsəd mədəni irsin qorunmasına diqqəti daha da artırmaq, özünəməxsus ənənələri ilə məşhur olan sənət sahələrinin dirçəldilməsini və inkişafını təmin etmək idi. Respublikamızda ilk dəfə keçirilən "Sənətkarlar günü" bayramı həm də ərazidə turizmin inkişafına əsaslı şəkildə təsir göstərəcəkdir.

Bayramlar xalqları, dövlətləri birləşdirir, insanlara gözəl əhval ruhiyyə bəxş edir. Bayram tədbirlərində - Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Misir, Səudiyyə Ərəbistanı, İraq, Özbəkistan, Norveç, ABŞ, Hindistan, Polşa və Bolqarıstanın Azərbaycanda akkreditə olunmuş səfirləri və səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, habelə respublikamızın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, bədii kollektivlər iştirak edirdi.

Mövcud sənət sahələrinin qorununb saxlanması, sənətin və sənətkarlığın yüksək səviyyədə inkişafını təmin etmək üçün "Mədəni irsin qorunması" layihəsi çərçivəsində "Sənətkarlar evi" açılmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turzm Nazirliyinin "Yaddaş" Sənədli Filmlər Studiyasında dövlət sifarişinə əsasən, "Şəkinin tarixi abidələri" adlı sənədli film istehsalına başlanmışdır. Filmdə Şəkinin zəngin tarixi irsi, arxitekturası, mədəni abidələri geniş şəkildə işıqlandırılacaq və tamaşaçıya bu füsünkar diyar haqqında ətraflı məlumat veriləcəkdir.

Hazırda Şəkidə 7 muzey, 81 mədəniyyət abidəsi, 2 mədəniyyət və istirahət parkı, Dövlət –Tarix Memarlıq Qoruğu, Rəsm Qalareyası, Dövlət Dram Teatrı, 25 mədəniyyət evi və saray, 45 klub, 87 kitabxana, 5 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir.

Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilmişdir. İclasda Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Prezidentin İcra Aparatının məsul nümayəndəsi Məhərrəm Quliyev iştirak etmişdir. Kollegiyada qeyd olunmuşdur ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahəsi üzrə 8 sərəncam imzalanmışdır. Bu sərəncamlar respublikada mədəniyyətimizin daha da inkişafina və ölkəmizin turizm imkanlarının daha da genişləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi dahi bəstəkar Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının və milli bəstəkarlıq məkətəbinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq Şəkidə "Azərbaycan Musiqi Festifalı" keçirmişdir. Festival çərçivəsində şəkililər Q. Qarayev adına Dövlət Kamera Orkestrinin konsertinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşunda "Leyli və Məcnun" operasına tamaşa etmiş, beynəlxalq və respublika müsabiqələri laureatlarının iştirakı ilə klassik musiqini dinləmişdilər.

Milli mənəvi dəyərlərimizin, xüsusilə də muğam sənətimizin təbliği sahəsindəki uğurlu layihələr xalqımız tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır.Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gercəkləşdirilən "Əbədi muğam" layihələri əsasında muğamlarımızın qorunması və təbliği məqsədi ilə "Ustad dərslər" keçirilmişdir. Tədbirdə respublikanın xalq artisti Canəli Əkbərov, əməkdar artist Gülüstan Əliyeva iştirak etmişdir.

ABŞ-ın Arizona ştatının "Dina Preston" musiqi qrupu Birləşmiş ştatların Dövlət departamentinin və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Şəkidə konsert vermişdir.

Almaniyanın ölkəmizdəki səfirliyinin xətti ilə Şəki Dövlət Rəsm Qalareyasında Beynəlxalq fotosərgi keçirilmişdir. Sərgidə YUNESKOnun "Dünya irs siyahısı"na daxil edilmiş 32 abidənin fotosu nümayiş etdirilmişdir.

"Bizim Kino" Prodüser Mərkəzi və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki Tarix- Diyarşünaslıq muzeyində rəssam Mübariz Əkbərovun fərdi sərgisi açılmışdır.

S. Rəhman adına Şəki Dövlət Dram Teatrı Türkiyənin Giresun şəhər bələdiyyəsinin dəvətiylə bu şəhərin qonağı olmuş və türkiyəli teatrsevərlərə "Xöşbəxt hadisə" əsərini təqdim etmişdir.

2007- ci ildə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Uşaq Flarmoniyasının kollektivləri şəkililər qarşısında çıxış etmişdir.

Turizm

2007-ci ildə Şəkidə turizm infrasturkturunun yaradılması istiqamətində mühüm işlər görülmüşdür.Burada hər il 70 min nəfər turizm xidmətindən istifadə eidr ki, onların da 2000 nəfərini xarici turistlər təşkil edir.

Şəhərin mərkəzində beynəlxalq standartlara uyğun inşa edilən müasir 5 ulduz "Şəki Saray"mehmanxanası, "Karvansaray", "Gələrsən –Görərsən", "Narın Qala", "Soyuq Bulaq" istirahət kompleksləri Şəkidə turizmin inkişafına əsaslı təsir göstərmişdir.

Turizmin inkişafı iqtisadiyyatın inkişafına, əhalinin işlə təmin olunmasına, nəqliyyat, rabitə, ticarətin inkişafına güclü təkan vermişdir. 2007-ci ildə Şəkidə yeni turizm obyektlərinin tikintisi davam etdirilmişdir. Kiş kəndi ərazisində "Şam Bağı" istirahət zonası yaradılmışdır. "Qonaq Evi" kompleksində son tamamlama işləri aparılır.

Turizm infrasturukturunu yaratmaq ,təşkilatları, iş adamlarını bu sahənin inkişafı ilə bağlı layihələrə cəlb etmək, reklam və marketinq işlərini təşkil etmək məqsədi ilə ərazinin coğrafi mövqeyi , təbii şəraiti, tarix və mədəniyyət abidələri, mətbəxi, habelə turizm imkanları haqqında məlumatlar Azərbaycan, rus və ingilis dillərində Şəki haqqında elektron səhifədə yerləşdirilmişdir.

Dünya Bankının həyata keçirdiyi "Cənubi Qafqazda turizmin inkişafı" layihəsi çərçivəsində Şəkidə Turizm İnformasiya mərkəzi yaradılmışdır.

Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü milli oyunlar festivalı keçirilmişdir. Atçılıq turizminin inkişafına xidmət edən festivalın qalibi Şəki komandası olmuşdur.

Respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 12 komandanın mübarizə apardığı çövkən milli oyununda Şəki komandası I yerə çıxaraq Prezident Kubokuna layiq görülmüşdür.

Azərbaycanın mövcud turizm potensialının Avstriya və Almaniyada təbliğ olunması məqsədi ilə bu ölkələrin tanınmış turizm şirkətlərinin və media qurumlarının rəhbərləri Şəkidə olmuşdur. Türkiyənin İstanbul şəhərindən start götürən və dünyanın müxtəlif ölkələrindən olan 45 velosipedçinin iştirak etdiyi "İpək yolunda velosiped turu"nun iştirakçılarının seçdiyi marşrutlardan biri də Şəki idi.

Yubileylər

2007-ci ildə də Şəkidə görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsi davam etdirilmişdir.

Şəkidə görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, səhiyyə işçiləri iştirak etmişdilər. Tədbirdə XX əsr Azərbaycan tibb elminin, təhsilinin və səhiyyə sisteminin yaradıcısı olan Əziz Əliyevin 110 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 2006-cı il 5 dekabr tarixdə imzaladığı Sərəncamın mühüm əhəmiyyəti qeyd olunmuş, Əziz Əliyevin Azərbaycan səhiyyəsinə , tibb elminin inkişafına böyük töhvələr verdiyi xüsusi vurğulanmışdır.

Şəki Şəhər İcra Hakimiyəti ilə Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu ilə birlikdə böyük Azərbaycan alimi görkəmli pedaqoq və kitabşünas Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin anadan olmasının 190 illiyi ilə əlaqədar yubiley tədbiri keçirmişdir. Əbdülqəni Nuxəvi 1817 ci idlə Şəkidə anadan olmuş, 1879-cu ildə bu şəhərdə də vəfat etmişdir. Ensiklopedik biliyə malik olan Nuxəvinin yaradıcılığı olduqca rəngarəng və çoxcəhətli idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçılarından biri olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğində əvəzsiz xidmətləri olan Əbdülqəni Nuxəvinin hazırda Əlyazmalar İnstitutunda iki mindən çox əlyazması saxlanılır.

Respublikanın xalq artisti, SSRİ dövlət mükafatları laureatı Cövdət Haciyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kamera konserti keçirilmişdir. Konsertdə Respublikamızın görkəmli sənət adamları – Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadə, xalq artisləri Fidan və Xuraman Qasımovalar, Şahlar Quliyev, Yeganə Axundova, bəstəkarın oğlanları İsmayıl və Mikayıl Hacıyevlər və b. iştirak etmişdilər.

Şəki Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli alim, istedadlı tədqiqatçı Yaşar Qarayevin xatirə günü keçirilmişdir. Xatirə gecəsində şair Zəlimxan Yaqub, AMEA Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov, Ədəbiyyat İnstitutunun bir çox əməkdaşları iştirak etmişdilər. Xatirə gecəsində onlarla sanballı elmi əsərlərin, tənqidi yazıların müəllifi olan Yaşar Qarayevin həyat və yaradıcılığına geniş nəzər salınmışdır.

"Zirvə" xalq instrumental ansamblının 35 illik yubileyi qeyd olunmuşdur. 1971-ci ildə Şəkidə yaranan musiqi kollektivlərindən biri olan bu ansanbl Azərbaycan musiqi tarixində özünəməxsus yer qazanmışdır. Bu kollektiv dəfələrlə respublika əhəmiyyətli müsabiqələrin laureatı olmuş, musiqimizi Moskvada, Şimali Qafqazda, Türkiyədə keçirilən festifallarda ləyaqətlə təmsil etmişdir.

Gənclər və İdman siyasəti

Hesabat ilində Azərbaycanın digər ərazilərində olduğu kimi Şəkidə də bədən tərbiyəsi və idmanın inkişafına ölkə rəhbərliyi tərəfindən yüksək diqqət və qayğı göstərilmişdir. Belə ki, 2003-cü ildə bu sahəyə 13.00 (min) AZN vəsait ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 22.318 (min) AZN çatmışdır. Bu gün Şəkidə bir Olimpiya İdman Kompleksi, bir İdman Sağlamlıq Mərkəzi, bir stadion, bir üzgüçülük hovuzu vardır. 2007-ci ildə şəhərdə "Delfin" idman-sağlamlıq kompleksi istifadəyə verilmişdir. Bütövlükdə şəhərdə 179 idman qurğusu fəaliyyət göstərir. Bədən tərbiyəsi və idmanla məşğul olanların sayı ildən-ilə artır.

2007-ci ildə Şəki idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr əldə etmişlər. Cənab Prezidentimiz İlham Əliyevin imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər )"çərçivəsində Şəkidə gənclərimizin ideya-siyasi, hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların mənəvi və fiziki cəhətdən sağlam inkişafı istiqamətində bir çox tədbirlər, idman yarışları, müsabiqələr, seminarlar və disskusiyalar keçirilmişdi.

2007-ci ildə bədən tərbiyəsi və idmanla məşğul olanların sayı xeyli artmışdı. Bu gün Şəkidə 5 nəfər idman ustası, 9 nəfər idman ustalığına namizəd var. 4 nəfər beynəlxalq yarışların iştirakçısı, 76 nəfər isə 1-ci dərəcəli idmançıdır.

Iyul ayında şahmat üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatının seçmə yarışları keçirilmişdir. Yarışda respublikamızın 15 şəhər və rayonlarını təmsil edən 50 nəfər şahmatçı mübarizə aparmışdır.

Rüstəmzadə Aygün Rövşən qızı 14-16 yaşlı qızlar arasında Karate-Do üzrə Ukraynada keçirilən Dünya kuboku uğrunda yarışda I yerə çıxmışdır. Şəkinin voleybolçulardan ibarət komandası yeniyetmə və gənclər arasında keçirilən respublika çempionatının qalibi olmuşdur.

Xüsusi Olimpiya Komitəsinin keçirdiyi mini futbol yarışında Şəki Qarışıq tipli İnternat məktəbinin komandası I yerə çıxmışdır.

Yeniyetmələrdən ibarətbasketbol komandası Bakıda keçirilən respublika ümümtəhsil məktəbləri və texniki peşə təhsili müəssisələrinin IV spartakadiasının qalibi olmuşdur.

2007-ci ildə 3500 yerlik Şəki şəhər stadionunun müasir standartlara uyğun yenidənqurulması işinə başlanmışdır. Stadion müasir suvarma, drenaj, avadanlıqlar və səs sisitemləri, habelə elektron tablo ilə təchiz ediləcək, yüksək səviyyədə işıqlanma sisitemi quraşdırılacaq.

Tarixə dönən, şəkililərin yaddaşında böyük uğurlarla qalan 2007-ci il sona çatdı. Şəkidə artıq ənənəyə çevrilən ilin yekunlarına həsr olunmuş böyük bir tədbir keçirildi. Şəki Şəhər İcra Hakimiyyəti və Şəki şəhər bələdiyyəsinin birgə təşkil etdiyi tədbirdə ilin qalibləri elan olundu. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov müxtəlif nominasiyalar üzrə qalibləri təbrik etdi, onlara şəhərimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etdiklərinə görə təşəkkür etdi. İlin qaliblərinə müxtəlif hədiyyələr və pul mükafatları verildi.

Müxtəlif nominasiyalar üzrə ilin qalibləri Dövlətçilik və hüquq sahəsində

1. Zeynalov Azər İbrahim oğlu - Şəki rayon prokurorunun müavini, ədliyyə müşaviri.

2. Məsimov Maqsud İmam oğlu – Şəki Şəhər Polis Şöbəsinin şəxsi heyət üzrə rəis müavini, polis polkovnikleytenantı.

3. Nuriyev Almas Huru oğlu – MTN-nin Şəki şəhər şöbəsinin rəis muavini, polkovnik-leytenant.

4. Hümbətob Əbülfəz Kərim oğlu – Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 2006 saylı hərbi hissəsinin komandiri, polkovnik.

5. Fərmanov İsmayıl Çingiz oğlu - Azərbaycan Respublikası Daxili Qoşunlarının 17074 saylı hərbi hissəsinin ayrı yerləşən əməliyyat taborunun birinci əməliyyat bölüyünün komandiri, baş leytenant.

6. Abdullayev Gündüz Kərim oglu – Şəki Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin rəis müavini, daxili xidmət mayoru.

İlin partiya fəalı

Səmədov Baba Səmədoğlu – Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Naxçıvanda keçirilən YAP təsis konfransının iştirakçısı, YAP veteranı.

Elm sahəsində

Əlizadə Zəkəriyyə Mabud oğlu – Azərbaycan MEA-nın Şəki Regional Elm Mərkəzinin direktoru, geologiya-minerologiya elmləri doktoru.

Təhsil sahəsində

1. Əsgərov Fikrət Hüseyn oğıu – Şəki şəhər 10 saylı orta məktəbin riyaziyyat müəllimi – Qabaqcıl maarif xadimi, SSRİ maarif əlaçısı, "Əməkdar müəllim".

2. İlyasov Yasin İsgəndər oğlu – Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin fizika müəllimi.

Səhiyyə sahəsində

1. Səmədov Nizami Nuru oğlu – MRX-da şöbə müdiri, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, nümunəvi tibb işçisi.

2. Kərimova Firəngiz Əslidar qızı – MRX-da tibb bacısı, nümunəvi tibb işçisi

Mədəniyyət sahəsində

1. Paşayev Ağaverdi Ağəli oğlu– Əməkdar İncəsənət Xadimi, professor, Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri.

2. Həmidli Tahir Əhməd oğlu — Azərbaycan Rəssamlar İttifaqının Şəki bölməsinin sədri.

3. Cəlalova Yaqut Abduləli qızı – R.Əfəndiyev adına tarix-diyarşünaslıq muzeyinin direktoru.

4. Şəki şəhər 3 saylı uşaq musiqi məktəbinin "Qöncə" xalq çalğı alətləri ansamblı.

İdman sahəsində

Rüstəmzadə Aygün Rövşən qızı – 2007-ci ildə Ukraynada keçirilən Karate-Do üzrə dünya kubokunun sahibi

Media mətbuat sahəsində

1. Məmmədov Salis Məmmədsani oğlu – "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin baş redaktoru.

2. Mirzəxanlı Baba Süleyman oğlu - "Region Şəki" qəzetinin redaktoru.

İlin telejurnalisti

Nağıyev Çingiz Ənvər oğlu – İTV-nin Şəki-İşmayıllı rayonları üzrə bölgə müxbiri. "Qızıl qələm" mükafatı laureatı.

İlin icra və bələdiyyə nümayəndəsi

1. Məmmədova Zərifə Həsən qızı – İcra hakimiyyəti başçısının Şəki-kəndi üzrə nümayəndəsi.

2. Əsgərov İsrayil Lətif oglu – Baş Zəyzid kənd bələdiyyəsinin sədri.

"Mən şübhə etmirəm ki, Şəki şəhərinin gələcək abadlaşması da uğurla gedəcək, Şəki öz qədimliyini, tarixi simasını saxlamaq şərti ilə müasirləşəcək və həmişə olduğu kimi şəkililər Azərbaycanın inkişafında öz böyük rolunu oynayacaqlar".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

İlin dövlət qulluqçusu

Əliyev Nütvəli Bəxtiyar oğlu – Şəki şəhər Statistika İdarəsinin rəisi.

Şəhər təsərrüfatı üzrə

1. İsmayılov Muxtar Seydi oğlu – Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəhləsi.

2. Məcidov Əsgərəli Məcid oğlu – Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəhləsi.

Təmir-tikinti sahəsi üzrə

1. Həsənov Sahib Məsim oğlu – "Bakı Körpu-Bina Tikinti" İdarəsinin sahə rəisi.

2. İsmayılov Cəmaləddin – qaynaqçı

3. Hacıyev Valeh – bənna

4. Hacıyev Arif – çilingər

5. Benin Viktor – ekckavatorçu

6. Lətifov İlham – buldozerçi

7. Məmmədov Aydın – ekskavatoçu

Xidmət sahəsi üzrə

1. Hüseynov Şahin Bəham oğlu – "Yuxarı Karvansara" mehmanxana kompleksinin direktoru.

2. Ramazanov Kamal – sürücü

3. Məmmədov Səfər Vahid oğlu – çayçı

4. Salamov Əsabəli Mustafa oğlu – çəkməçi

5. Əbuzərov Cumay Ədalət oğlu – çörəkçi

İlin təsərrüfat adamı

İsmayılov Şəmsəddin Seyfəddin oğlu – "Məhsul" kəndli- fermer təsərrüfatının rəhbəri.

İlin ipəkçisi

Feyzullayeva Nəhayət Qasım qızı – "Şəki-ipək" ASCdə baramaaçan.

Rabitə sahəsində

1. İmamov İsmayıl Mustafa oğlu – Şəki Poçtamtının rəisi.

2. Abduləzızov Bayram Cumay oğlu – Şəki Telekommunikasiya Qovşağının elektrik montyoru.

Qədim el sənətini yaşadan sənətkar

Məmmədov Əhəd Şöyüb oğlu – dulusçu

İlin paparatsisi

Qasımzadə Seymur Allahyar oğlu.

ENG | RUS