Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Arye Qut Azərbaycanın “Vətən Övladı” ordeni ilə təltif olundu

326 Baxış sayı / 02-06-2018 12:38

İsrailli beynəlxalq ekspert Arye Qut ölkə Knessetində (Parlament) qondarma “erməni soyqırımı”nın tanınmaması istiqamətində mütəxəssis kimi uzun illərdir fəaliyyət göstərən alimlərdən biri kimi tanınmışdır. Bununla yanaşı, A. Qut İsrailin nüfuzlu universitetlərində və televiziya kanallarında Azərbaycan həqiqətlərinin tanınması və Qafqaz regionunda baş verən qlobal proseslərlə bağlı tələbələr qarşısında məruzə ilə çıxış edən praqmatik şərçi kimi böyük nüfuz qazanmışdır. O, İsrailin məşhur “Jewish World – Yevreyskiy Mir” qəzetində uydurma “erməni soyqırımı” haqqında təkzibedilməz silasilə məqalələri ilə də şöhrət tapmışdır. Bundan əlavə, Arye Qut “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi”nin İsraildəki nümayəndəliyinin rəhbəri kimi də fəaliyyət göstərir. 

Qeyd edək ki, Arye Qut Azərbaycanda anadan olub. “AZİZ-Azərbaycan – İsrail Beyənlxalq Assoiasiyası” idarə heyətinin üzvüdür. Beynəlxalq Münasibətlər üzrə Bakı Dövlət Universitetində uzun müddət müəllim kimi dərs deyib. İsrailin Akko şəhərində yerli bələdiyyənin dəstəyi ilə “Azərbaycan Evi” mərkəzini yaradıbdır. Onun təşəbbüsü ilə bu mərkəzdə “Azərbaycan Tarixi Muzeyi”nin yaradılması üçün hazırlıqlar görülməkdədir. Bundan əlavə, şəhərin küçələrindən birinə Qarabağ uğrunda erməni işğalçılarına qarşı həyatı bahasına döyüşlərdə qəhrəmancasına həlak olmuş və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, milliyyətcə yəhudi olan Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsünü irəli sürmüşdür. 

Arye Qut peşəkar səviyyədə Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı Ermənistanın əsassız ərazi iddialarını, erməni mənbələri əsasında saxtakarlıq edilərək “qondarma soyqırım”ları ifşa edən çoxsaylı məqalələri, müsahibələri ilə də nəinki İsraildə, ABŞ, Kanada, Rusiya və Avropanın bir sıra ölkələrində də məşhurdur.   

“Azərbaycan Dünyası” jurnalı və “Dədə Qorqud” Beynəlxalq Fondunun qərarı ilə Arye Qut “Vətən Övladı” medalı ilə təltif olunubdur. Bu barədə açıqlama verən jurnalın və fondun rəhbəri Eldar İsmayılov bildirib ki, Arye Qut Azərnbaycanda anadan olubdur. İndi İsraildə yaşayır. Biz onun elmi və ictimai fəaliyyətlərini diqqətlə öyrəndik. O, uzun müddətdir heç bir təmənna güdmədən Azərbaycan dövlətinin milli maraqlarını dünyanın hər yerində müdafiə etməklə tanınmışdır. Çünki, yəhudi xalqının nümayəndəsi olmaqla yanaşı, həm də özünü azərbaycanlı kimi tanıtmaqdan qürur duyan soydaşımızdır. 1991-ci ilıdən üzü bu yana Ermənistanın Azərbaycan dövlətinə qarşı işğalşılıq siyasətini sərt şəkildə ifşa və tənqid edən mütəxəssis kimi çox möhtəşəm işlər görmüşdür. Onun Azərbaycan qarşısındakı xidmətlərini nəzərə alaraq, fondumuz tərəfindən təsis etdiyimiz “Vətən Övladı” ordeni ilə təltif etmişik.  



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru