Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultanzadə 87 yaşında vəfat edib

8998 Baxış sayı / 29-03-2022 11:20

27 mart 2022-ci il tarixdə Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultanzadə 87 yaşında vəfat etmişdir.

Qeyd edək ki, Vəhdət Sultanzadə diplomatik fəaliyyəti dövrü (50 ildən çox) ərzində Azərbaycan SSR-nin XİN-də, Rusiya Federasiyası və Azərbaycanda protokol, konsul xidməti, informasiya və çap sahəsində, İslam Konfransı Təşkilatında (İKT) müxtəlif rəhbər vəzifələrini, Yaxın və Orta Şərq məsələləri üzrə nazirliyin müşaviri, Azərbaycan XİN-in Konsul İdarəsinin müşaviri vəzifələrini tutub. 

O, Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda konsul vəzifəsini tutub, 3 ildən çox müddətə Azərbaycanın Moskvada səfirliyində müşavir kimi çalışıb. 28 ildən çox müddətə Əfqanıstanda, İranda, Türkiyədə və Türkmənistanda attaşe vəzifəsindən fövqəladə və səlahiyyətli səfir vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.  

"Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqallar şurası Vəhdət Sultanzadənin vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]