“Azərbaycan Dünyası” diasporumuzun görən gözü və danışan sözüdür





Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

“Azərbaycan Dünyası” diasporumuzun görən gözü və danışan sözüdür

273 Baxış sayı / 18-07-2018 23:36

Eldar İsmayılov

“Azərbaycan Dünyası” jurnalının təsisçisi və Baş redaktoru

azeldar@mail.ru


 

Ölkəmizin dövlət müstəqilliyi tarixində bir neçə uğurlu mərhələlərə nail olunmuşdur. Bu, “Əsrin kontraktı” çərçivəsində “Bakı-Tiflis-Ceyhan” neft kəmərinin, “Bakı-Tiflis-Ərzurum” qaz boru xəttinin, “Bakı-Tiflis-Kars” dəmir yolunun inşa edilməsi və “PETKİM” layihəsinin işə salınmasından ibarətdir. Dünyanın siyasi və iqtisadi mənzərəsində Azərbaycanın bir dövlət olaraq strateji əhəmiyyəti də beləcə güclənməkdədir. Müasir dünyanın strateji və iqtisadi məkanlarından birinə çevrilmək, qısa bir zamanda inkişaf etməkdə olan dövlətlər  sırasında yer almaq gerçəkdən Azərbaycan kimi gənc dövlət üçün çox böyük uğurlar deməkdir. 2018-ci ildə prezident seçkilərinin ertələnməsi və aprel ayının 11-də keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan bu gün tamamilə yeni bir məcrada inkişaf mərhələsinə qədəm qoymağa başlayıb. Ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən və mənfi münasibətlər sərgiləyən ölkələrlərdə sosial-iqtisadi, mədəni, elmi və digər sahələrin heç biri inkişaf etməyib. Bu mənada Azərbaycanın Qafqazda, eləcə də tarixi İpək Yolu coğrafiyasında inkişaf əmsalına görə yer alan dövlətlərdən fərqi də bundadır. Son illərdə “Regionların inkişaf” proyekti, “Turizmin inkişafı”, bir çox beynəlxalq miqyaslı tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya masştabında mövqelərinin güclənməsi və nüfuzunun artmasına səbəb olub. 

Artıq Azərbaycan milli brendi ilə məhsullarımızın dünya bazarına çıxarılması iqtisadi baxımdan yerli istehsalımızın uğur paketi deməkdir. O zaman sual olunur ki, bütün bunlara 27 illik dövlət müstəqilliyimizdə necə imza atıldı? Bu, Azərbaycan hakimiyyətinin doğru məntiqlə və yeni kadr siyasətini nizamlamaqla əldə olunan uğurların başlıca səbəbidir. Keçmiş postsovet məkanında ilk dəfə olaraq, ölkəmizdə menecer-texnokrat idarəetmə sisteminin tətbiq olunması yeni böyük uğurların təməlidir. Hakimiyyətdəki yeni komanda effektiv uğurların əldə edilməsi üzrə yüksək səviyyəli təhsil almış, peşəkar və intellektual təcrübəyə malik kadrlardan ibarətdir. Keçmişdən miras qalmış “məmur-oliqarxiya” idarəetmə düşüncə sistemi bir yandan istənilən ölkənin geri qalması,səfalət və problemlərin məngənəsində boğulması deməkdir. Beləliklə də 11 aprel 2018-ci il prezident seçkiləri cəmiyyətdə mənfi hal kimi dəyərləndirilən “məmur-oliqarxiya” təfəkkürü ilə idarəetmə sisteminə son qoydu. Prezident İlham Əliyevin dəfələrlə elan etdiyi kimi, tamamilə yeni düzənlə idarəetmə sistemində kadr dəyişiklikləri sayəsində bu uğurlara geniş şəkildə yol açacaqdır. Bu proses ölkəmizdə aparılan köklü islahatların effektiv təsir gücünün artması deməkdir. Biz beynəlxalq “Azərbaycan Dünyası” jurnalı olaraq bütün bunları alqışlayırıq. Jurnalımız  20 ilə yaxındır ki, dövlətçiliyimiz ətrafında diaspor təşkilatlarımızın, xaricdə yaşayan nüfuzlu soydaşlarımızın birliyi istiqamətində  fəaliyyət göstərir. Rusiya Federasiyasının Uzaq Şərq bölgəsindəki Xabarovsk vilayətindən başlayaraq Kalninqrad vilayətinə kimi, bununla yanaşı Ukrayna, Qazaxstan, Özbəkistan, Baltikyanı ölkələr, Türkiyə, Gürcüstan və Avropada çoxsaylı tədbirlər keçirib. Redaksiya heyətimizin fəxri üzvləri sırasında görkəmli akademiklər, ziyalılar və tanınmış ictimai xadimlər təmsil olunurlar. Azərbaycanımıza xidmət edən, dövlətimizi dünyanın hər yerə tanıdan və sevdirən şəxsiyyətləri jurnalımızın adından “Dədə Qorqud” Beynəlxalq Milli Fondunun mükafatı, “Vətən övladı”, “Qızıl ürək” və “Mehriban Ana” ordenləri ilə təltif etmişik. Yuxarıda qeyd etdiyimiz kimi, “məmur-oliqarxiya” təfəkkürü ilə idarəetmə baxışlarının nə kimi problemlərə səbəb olduğunu, ölkəmizin inkişafı üçün hansı əngəlləri yaratdığını hər kəs bunun şahidi oldu. Redaksiyamız ötən illər ərzində Diasporla iş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinə dəfələlərlə etdiyi müraciətlər heç bir nəticə verməmişdir. Bizim əsas məqsədimiz həyata keçirdiyimiz tədbirlərin məhz bu Komitə ilə harmonik şəkildə inkişaf etdirilməsi olmuşdur. Jurnalımızın nəşri və bütün tədbirlərimizi öz hesabımızla həyata keçirmiş və heç bir təmənna güdməmişik. Başlıca fəaliyyət dairəmiz xaricdəki diaspor təşkilatlarımızın, tanınmış soydaşlarımızın Azərbaycan dövlətçiliyi naminə, milli maraqlarımıza uyğun şəkildə müasir standartlara cavab verən şəkildə bir sıra tədbirləri həyata keçirmək olmuşdur. Azərbaycanın multikulturailizm sahəsində əldə etdiyi uğurlar demək olar ki, bütün dünyaya bəllidir. Redaksiyamızın idarə heyətinin üzvü, tanınmış rəssam və görkəmli memar Şahvələd Məmmədovun Qəbələ rayonu ərazisində yaşayan udilərin Nic kəndində əən yüksək səviyyədə istirahət mərkəzi və bölgənin yerli mədəniyyətini  özündə ehtiva edən muzeyin yaradılması buna əyani örnəkdir. 

Biz Azərbaycanımızın yeni inkişaf mərhələsinə qədəm qoymasını alqışlayır və bu prosesdə yeni effektiv texnologiyalar və innovasiyalar əsasında fəaliyyətimizi davam etdirəcəyik. İndiki sürət əsrində xalqımızın mənəvi ehtiyacı olan milli birliyimizin inkişafı yolunda ənənələrimizə sadiq qalacağıq. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru