Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə `Dədə Qorqud` Milli Fondunun Ağsaqqallar Şurası adından müraciət

435 Baxış sayı / 21-05-2019 17:59

Cənab Prezident! 

Məlumunuz olduğu kimi bir müddət əvvəl Rusiyada azərbaycanlılar və çeçenlər arasında münaqişə yaranmışdı. Bu münaqişənin tez bir zamanda aradan qaldırılması yönündə ciddi şəkildə fəallıq göstərən azərbaycanlı jurnalist Fuad Abbasov bu gün çətin duruma düşüb.

 

Öncə baş verən və azərbaycanlılarla çeçenlər arasındakı münaqişəni qızışdırmağa çalışan ermənipərəst qüvvələr və ermənilərin özləri istəklərinə nail ola bilmədikləri üçün müxtəlif yollarla Fuad Abbasovun saxlanılmasına nail olublar. Onlar deportasiya üçün məhkəmə yolu ilə Fuad Abbasovun yaşayış icazəsini ləğv etdiriblər və 3 gündür onu təcridxanada saxlatdırırlar.

 

Fuad Abbasovun polislər tərəfindən saxlanılması zamanı göstərdikləri qəddarlıq sözlə ifadə ediləsi deyil. Polislər həmvətənimizə elə münasibət göstərirlər ki, sanki terrorçu tutublar.

 

Cənab Prezident!

Sizdən xahiş edirik, sözügedən hadisəyə müdaxilə edərək vətənpərvər jurnalistimizin azadlığa buraxılmasına köməklik göstərəsiniz.

 

"Dədə Qorqud" Milli Fondunun Ağsaqqallar Şurası və

"Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının İdarə Heyyəti



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru