Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycan torpağı Mübariz İbrahimov kimi çox qəhrəmanlar yetirməyə qadirdir

80 Baxış sayı / 03-10-2018 22:52

Səfər Əbiyev

Azərbaycan Respublikasınıneks-müdafiə naziri, general-polkovnik


Daim mənə sual edirlər: Azərbaycan olaraq bu gün bizimproblemimiz nədən ibarətdir?

Yəqin hər kəs mənimlə razılaşar ki, bu problem Qarabağınişğal altında olmasıdır.

Qarabağ ana Vətənimizin örpəyidir. Dərdimizin ən dərinacısı, həsrətimizin sona yetməyən vüsalıdır. Qarabağ dünyamızın şah əsəri, ruhumuzun təmizliyi, qəlbimizin dayanmadandöyünən musiqisidir. Topxanamız, Xankəndimiz, Şuşamız,Laçınımız...

İstənilən millətin siyasi - ideoloji elitasının mövcudluğuüçün dövlətçilik birinci amil olmasa da, onun fəaliyyəti məhzmüstəqillik şəraitində reallıq kəsb edə bilir. Milli ideologiyamilli məfkurə və ümumxalq ideologiyası zəminində ərsəyəgələrək yaradıcı xarakter daşıyır və bilavasitə dövlətçiliyimizəxidmət edir. Nəzərə alanda ki, milli ideologiya dövlətçilikzəminində yaranır və dövlətçiliyə xidmət edir, bu fikirmütləqləşir.

Təsadüfi deyil ki, müstəqilliyimizin əbədi olmasını deyənvə azərbaycançılıq məfkurəsinin ideya-məzmun və konseptual aspektlərinin aydınlaşmasında misilsiz rolu olan ümummilli lider Heydər Əliyev milli ideologiyanın rolunu ön planaçəkərək deyirdi: "Müstəqilliyi qazanmaq nə qədər çətindirsə,onu qoruyub saxlamaq, möhkəmləndirmək ondan da çətindir.Müstəqilliyimizin, ülvi ideologiyamızın konsepsiyası olmalıdır.Şübhəsiz ki, bu konsepsiya tarixi keçmişimiz, milli-mədəni,dini ənənələrimiz üzərində qurulmalıdır. Biz XX əsrdəcürbəcür mərhələlərdən keçdik, ayrı-ayrı ideologiyaların təsirialtında qaldıq. İndi xalqımız hər cəhətdən azaddır. Ona görə dəlazımdır ki, ümumiyyətlə, düşünən beyinlərimiz, alimlərimizvə o cümlədən, təhsil sahəsində çalışan müəllim ordusu milli ideologiyamızın formalaşması üçün öz fəaliyyətini göstərsin.Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda, əməli surətdə həyata keçirmək lazımdır. Gözləmək lazımdeyil".

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ilitamam olur. Dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixindəheç də bütün xalqlara nəsib olmur. Milli quruculuğun liderikimi xalqın böyük əzm və etimadına layiq olmaq siyasətçinin,dövlət xadiminin fədakar əməyini, böyük dühasını tələb edir.Tarixdə vaxtı ilə dövləti olan, sonra müxtəlif səbəblərdən varlığına son qoyulan ölkələr də, zahirdə öz suverenliyinihissə-hissə itirən (Ermənistan kimi) formal müstəqil dövlətlərdə az olmamışdır. Dövlətlərin yaranması və inkişaf tarixi çoxçətinliklərdən keçib, çiçəklənmə və tənəzzül fazalarını yaşayıblar.

Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın qədirqiymətini bilib, qonşuları ilə mehriban, isti münasibətlərəüstünlük verib. Biz davakar olmamışıq, döyüşkən olmuşuq.Hücum etməmişik, ancaq müdafiəni də unutmamışıq. Lakinson dərəcə əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatlarıolan bu məmləkətin qapısından düşmən əskik olmayıb. Ona görə də bir əlimizdə duz-çörək olubsa, o biri ilə isəsivri qılıncın qəbzəsindən yapışmışıq.

Azərbaycan xalqının dövlətçilik tarixindəmürəkkəb mərhələlər çox olmuşdur. Tarix boyubütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızındövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, hər dəfə tarixi şəraitə müvafiq olaraq milli, müstəqilrespublika yaratmaq yönündə səylər qarşısıalınmazsel kimi yenidən baş qaldırmışdır. Ötən əsrin 80-ciillərinin sonlarında bu gün rejim adlandırdığımız 70illik sovet üsul-idarəsindən yaxa qurtarmaq istəyimizdə məhz bu selin yenidən coşması idi. Azərbaycanxalqının ayağa qalxdığı ilk günlərdən etibarən erməniqəsbkarları da tarix boyu onlara himayədarlıq edənimperiyanın dəstəyi ilə gözəl Qarabağımıza qarşıişğalçılıq siyasətinə başladılar. Ermənistanın başladığımüharibədə torpaqlarının 20 faizini itirdik. Şübhəsiz,bu faciələrin konkret baiskarları, xəyanətlərin konkret ünvanları vardı.

2003-cü ildə xalqın mütləq əksəriyyətinin istəyiilə Prezident seçilmiş cənab İlham Əliyev işğalaltında olan torpaqlarımızın beynəlxalq hüququnyünün bərpasından, yurd-yuvasından didərgin düşənAzərbaycan vətəndaşının öz doğma torpaqlarındayaşamaq istəyi kimi təbii hüquqlarının təmin olunmasından gedir.

Sirr deyil ki, Azərbaycan bu gün regionun aparıcısiyasi-iqtisadi nüfuz və güc sahibi olmaqla yanaşı,hərbi müstəvidə də əsas söz sahibidir. Tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdəndə fərqlənən ordumuz erməni işğalına məruz qalmışəraziləri qısa müddət ərzində qaytarmaq gücünəqadirdir. Belə bir reallıq nəinki rəsmi Yerevan, eləcədə münaqişəyə bu və ya digər dərəcədə dəxli olanbeynəlxalq güclər tərəfindən də etiraf olunmaqdadır. Hamı dərk edir və separatçılıq əhval-ruhiyyəsigözlərini örtmüş zavallı Ermənistanın da dərketməsinə çalışır ki, problemin hərbi yolla həlli variantıbu ölkəni fəlakətlərin girdabına sürükləyəcək, onunsonunun başlanğıcına çevriləcəkdir.

Ölkəmizdə ordu quruculuğu prosesində əldəedilən nailiyyətlər fonunda indi erməniləri qorxudanəsas məsələ Azərbaycanın işğal edilmiş əraziləriniazad etmək üçün hərbi əməliyyatlara başlayabiləcəyini və bu zaman Azərbaycan ordusunun qarşıAzərbaycan torpağı – İrəvan haqqında konkret faktlarəsasında öz fikrini belə əsaslandırır: “Tarix sübut etdi ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisiəzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqazagəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidəonların heç bir dövlət qurumunun yoxluğu tarixçilərtərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsasməskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrinəvvəllərində Rusiyanın Qafqaza doğru geniŞlənməsitədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaŞdırılmasıilə müşayiət olunurdu. Azərbaycan torpaqlarınınŞimal hissəsinin “Gülüstan” və “Türkmənçay” sülhmüqavilələri ilə çar Rusiyasının tərkibinə daxil edilməsi zamanı İran və Türkiyə ərazisindənməqsədyönlü şəkildə kütləvi halda ermənilərin Qafqaza köçürülməsi prosesi baş verirdi. Bu, təsadüfi deyildi. Çünki məlum olduğu kimi, I Pyotrun dövründənbaşlayaraq çar Rusiyasının xarici siyasətinin əsasistiqamətlərindən biri Osmanlı imperiyası ilə İranarasında münaqişəni dərinləşdirmək və bu dövlətlərləöz arasında bufer xristian dövləti yaratmaq olmuşdur.Qafqazda yalnız Azərbaycan xanlıqları var idi ki, onların da əhalisinin mütləq əksəriyyətini azəri türkləritəşkil etmişdir."

Tarixi faktların bir daha qaldırılmasında vədünyaya çatdırılmasında məqsəd Ermənistan adlanan və 29 min kv.km ərazisi olan dövlətin əslində azərbaycanlıların bir vaxtlar güzəştə getdiyi torpaqlarüzərində qurulduğunu diqqətə çatdırmaqdır. Söhbətondan gedir ki, biz İrəvanın qədim Azərbaycan şəhəriolduğunu sənədlərlə, müəyyən qərarlarla dünyayaçatdırmaqla bir daha göstərmək istəyirik ki, bəzihallarda beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərinhimayə etdiyi Ermənistan ərazisi əzəli Azərbaycantorpaqlarıdır. Ona görə Azərbaycan xalqı öz ərazisininbir qarışını da Ermənistana güzəştə getməkniyyətində deyil.

Bunu erməni tarixçiləri də bilir və hər vəchlə, saxtakarlıqlara əl atmaqla əsl həqiqətlərdən yayınırlar. İşğalçı Ermənistanın Azərbaycan torpaqlarınamüdaxiləsi, 17 min kv.km ərazimizi işğal etməsi, eyni zamanda erməni tarixçilərinin və siyasətçilərininAzərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələriermənilərin zamanında edilən güzəştlərə nankorluqlarının və hər bir əməllərinin kökündə işğalçılıqsiyasətinin dayanmasının bariz nümunəsidir. Əgərerməni işğalçıları Azərbaycanın əraziləri ilə bağlıheç bir fakta söykənməyən sərsəm iddialarını ortayaqoyurlarsa, niyə Azərbaycan əsl həqiqətləri bəyanetməsin?

Ordu quruculuğu prosesində xeyrimizə işləyənhəm maddi, həm də sırf psixoloji məqamlardan biridə Ermənistandan fərqli olaraq, Azərbaycan SilahlıQüvvələrinin maddi təminatını öz potensialı hesabınaödəməsidir. 2004-cü ildə yaradılmış Müdafiə SənayesiNazirliyi ildən-ilə hərbi təyinatlı məhsulların istehsalını artırır. Düşmənlərimiz bu sahədə də tamamilə əcnəbi "donorlardan" asılıdırlar. Əlamətdardır ki, Azərbaycan hərbi sursat istehsalını təmin etməkməqsədilə bu sahədə məşhur dünya şirkətləriilə əməkdaşlıq etməklə yanaşı, müəyyən sursatnövlərinin satışı və yeni bazarların axtarışı ilə də fəalməşğul olur.

Yaxın perspektivdə isə ölkənin müdafiəsənayesinin buraxdığı məhsulların çeşidinin dahada artacağı gözlənilir. Bu da Silahlı Qüvvələrin texniki ehtiyacının əsas etibarilə yerli istehsal hesabınaödəniləcəyindən xəbər verir. Qeyd olunmalıdır ki,son iki-üç il ərzində Silahlı Qüvvələrimizi müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla,eləcə də xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadəolunan avadanlıq və ehtiyat hissələri ilə təmin etməküçün Müdafiə Sənayesi Nazirliyinin tabelyində olanmüəssisələrdə yeni istehsal sahələri yaradılıb. Nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlıməmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmiisə 20 faiz artıb. Ümumilikdə Müdafiə Sənayesi Nazirliyi tərəfindən ötən il 586 adda məmulat istehsaledilib ki, bunun da 350-si müdafiə təyinatlıdır.

"Şərq" İstehsalat Birliyinin "İqlim" Elmi-İstehsalatMüəssisəsində "Zəfər", "Zəfər-K", "İnam" tapançalarının, "İstiqlal-1" snayper tüfənglərinin və digərməhsulların istehsalı həyata keçirilir. Belə məhsullarsırasına "Boran" artilleriya qurğusu, piyada əleyhinə minaları da aid etmək olar.

Bundan əlavə, zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə birgə istehsal olunan "Matador"və "Maradeur" adlanan bu zirehli maşınların taktikitexniki göstəriciləri olduqca yüksəkdir. Məsələn, 14 nəfərlik tutumu olan "Matador" maşınları texniki göstəricilərinə görə dünya standartlarına cavab verirvə Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. Bundan başqa, ölkəmizdəPDM (piyadaların döyüş maşını) və ZTR -lərin (zirehlitransportyor) modernizasiyası da həyata keçirilir.

Perspektivdə Azərbaycan istehsalı olan hərbihelikopterlərin istifadəyə verilməsi də planlaşdırılırki, bu, Silahlı Qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir. Daha bir vacib faktisə ondan ibarətdir ki, ölkəmizədə hərbi təyinatlıməhsulların istehsalını həyata keçirən müəssisələrMüdafiə Nazirliyi və digər hərbi qurumları istənilənsayda döyüş sursatı və silahla təmin etmək imkanınamalikdir. Bütün bunlar Azərbaycanın hərbi-sənayekompleksi sahəsində həyata keçirilən siyasətin artıqöz müsbət bəhrəsini verdiyini və ölkəmizin müdafiəqabiliyyətinin daha da yüksəldiyini göstərir.

Bütün bunların fonunda Azərbaycan əsgərininyüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuşərazilərdən düşməni hər an geriyə atmaq üçün qisashissi ilə alışıb yanması işğalçı Ermənistanı getdikcədaha çox qorxudur. Ermənilər artıq yaxşı bilirlər ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdəfərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələridurmadan inkişaf etdiyi halda Ermənistanda bununtam əksi müşahidə olunur. Başqa sözlə, Azərbaycanöz ordusunu durmadan gücləndirdiyi halda,Ermənistanda bu proses tamamilə əks istiqamətdəcərəyan etməkdədir. Bu səbəbdən Ermənistanda işğaledilmiş Azərbaycan ərazilərini müharibə olmadan azad etməyin zəruriliyini bəyan edənlərin sayıartmaqdadır. Əks halda, istər Dağlıq Qarabağ, istərsədə onun ətrafında yerləşən və işğal altında saxlananərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrininAzərbaycan ordusu tərəfindən qısa zaman ərzindəqovulub çıxarılacağı həm dünyaya, həm də ermənilərə yaxşı məlum olan reallıqdır.

Türk dünyasının da Qarabağ məsələsilə bağlı Ermənistana qarşı birgə sərt addımlar atması şübhəsizdir. Belə məsələdə nəinki təkcə türk, müsəlman dünyasının da sərt addımlar sərgiləməsinəböyük ehtiyac var. Müsəlman, eyni zamanda türkhəmrəyliyi olmalıdır ki, belə işğalçı qüvvələrə qarşı birgə səy və mübarizəni ortaya qoya biləsən.Bu baxımdan Türkiyə dövləti Azərbaycan ilə çoxsıx təmasdadır. Hazırda dünyada mövcud olandövlətlər arasında etimadsızlıq mühiti formalaşsada, bu reallıqda Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dövlətlərarası münasibətlərin necə olması sualına əslində, verilən bir cavabdır. Digər türkdillidövlətlərdən Qazaxıstan Azərbaycanın mövqeyinibirmənalı şəkildə müdafiə edir.

Hazırda Ermənistanı ən çox narahat edən məsələlərdən biri ondan ibarətdir ki, AzərbaycanınTürkiyə kimi strateji müttəfiqi var. Ermənistandaçox arzulayırlar ki, Türkiyə kimi nəhəng bir dövlətindaxilində Dağlıq Qarabağ konfliktinə münasibətdəiqtidarla müxalifət arasında fikir ayrılığı olsun, buməsələdə onlar ortaq mövqeyə gələ bilməsinlər.Rəsmi İrəvan ən çox ondan narahatdır ki, fundamental ümummilli məsələlərdə Türkiyədə iqtidar-müxalifətyanaşması yoxdur. Necə ki, 15 iyul dövlət çevrilişinəcəhd prosesində bunun şahidi olduq. Bu zaman heçbir halda qardaş ölkədə müxalifət iqtidar söhbətiolmadı. Türkiyə müxalifətinin əsas simalarından biriolan Dövlət Baxçalının Ermənistan, onun işğalçılıqsiyasətini davam etdirməsi, eyni zamanda ATƏT-in buməsələdə passiv mövqeyilə bağlı fikirləri də şübhəsiz ki, Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyiləqarşılanıb.

Son olaraq onu qeyd edim ki, Ermənistan Qarabağməsələsində əvvəlki qədər inadcıl deyil və ermənixalqı artıq Qarabağın kürəklərində bir yük olduğunuhər fürsətdə hiss etməkdə və vurğulamaqdadırlar.

Bizim üzərimizdə olan vəzifə isə, Vətənimizn bu acı, ağır dərdini dünya ictimayətinə çatdırmaq üçünəlimizdən gələni etməkdir. Əlbətdə ki, bu mövzuağır və kədərli olsa da biz bunun dünya miqyasındaişıqlandırılmasından ötrü bütün gücümüzü birlikdəsərf etməliyik. Bunun üçün də tək dövlət strukturlarıdeyil, vətəndaş olaraq hər birimiz əlimizdən gələnietməliyik.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru