Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycanın əvəz olunmaz mənəvi sərvəti

11240 Baxış sayı / 25-04-2022 10:50

Sevgi insana məxsus olan ən ali hissdir. Sevgini duyan, onu layiqincə qiymətləndirməyi bacaran hər bir şəxs Vətən üçün mühüm əhəmiyyət kəsb edir. Belə insanlar  Vətəni üçün əlindən gələni əsirgəməzlər.Çünki sevginin özu onlar üçün vətəndir, anadır, ailədir.... 

Xoşbəxt o insandır ki, gördüyü əməlləri ilə tarixin yaddaşına həkk olunaraq xalqının qəlbində daim yaşayır. Belə insanların ürəyi özü üçün deyil, xalqı və dövləti üçün döyünür. Rəşid Şükür oğlu Rzayevi məhz belə insanların sırasında görmək mümkündür. 

Həyatını Vətəninə, həsr edən sözün əsl mənasında Vətən övladı, fəlsəfə doktoru,  Beynəlxalq Ekoenergetika Akademiyasının fəlsəfə üzrə fəxri professoru, beş elmi və tarixi kitabın müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür . Əsl ziyalı, əqidəsi və amalı saf, öz sayəsində dövlət və dövlətçilik ideyaları uğrunda daima çalışan vətənpərvər insan. Vətənini dərin məhəbbətlə sevən, insanlığın düzgün formalaşaraq vətənini dünyada ən uca zirvələrdə görmək istəyən şəxsiyyətdir.  Vətən onun üçün müqayisə edilməz bir dəyərdir . Vətəni qarşısında  misilsiz xidmətləri vardır. Haqqın, ədalətin, hüququn müdafiəsinin keşiyində olaraq,  dövlətinə, tarixinə, xalqına qəlbən daim bağlıdır. Onun müəllifi olduğu “Azərbaycan Tarixi “ , “Ədliyyə rəmzləri”, “Azərbaycan xanlıqları” ,” Azərbaycanın Beynəlxalq Dəniz Konvensiyalarında İştirakı “,”Dünya Okeanında və Xəzər Dənizində Təhlükəsizliyin Təmin Edilməsi “. kitabları buna dəlalət edir. Bu kitablar gənclərimizin maariflənməsi üçün çox gərəklidir və gələcək nəsillər üçün qorunub saxlanılmalıdır. Müəllifi olduğu   kitabların bəziləri Azərbaycanın  qədim və zəngin tarixini özündə əks etdirərək Azərbaycan tarixində qaranlıq qalan səhifələri işıqlandıranrır. 

Rəşid Rzayev Azərbaycanın tarixi ilə dərindən maraqlanaraq onun qədimliyini və zənginliyini sübut edən numizmatik materiallar əsasında Azərbaycan tarixinin müxtəlif dövrlərdə əks etdirən çoxlu sayda materiallar və sənədlər toplamışdır. Həmçinin Rəşid müəllimin yaratdığı şəxsi kolleksiya əsasında çoxəsirlik dövlətçilik tariximizi əks etdirən qızıl, gümüş, misdən hazırlanmış sikkələrə rast gəlinir. Qədim sikkələrin nominal dəyəri , onların bu günə qədər qorunub saxlanılması tariximizin öyrənilməsi baxımından çox qiymətli mənbədir. Hətta  bu materiallar içərisində  Səfəvi hökmdarlarının, Osmanlı sultanlarının, Azərbaycan xanlıqlarının adına İrəvan və Qarabağda zərb olunmuş sikkələr vardır ki, bu da İrəvan şəhərinin və ətraf ərazilərin əzəli qədim Azərbaycan torpağı olduğunu bir daha sübut edir. Bütün bunlara əsasən qətiyyətlə demək olar ki,  bu Rəşid müəllimin Azərbaycan tarixinə , elm sahəsində verdiyi misilsiz  töhvələrdən biridir.

Hər zaman tarixi şəxsiyyətlərə və ziyalılara önəm verərək bu xoşməramlı missiyasını layiqincə davam etdirən “Azərbaycan Dünyası “ Beynəlxalq jurnalı və “Dədə Qorqud “ Milli Fondunun Ağsaqallar Şurası və İdarə heyəti tərəfindən hüquqşünas, fəlsəfə elmləri doktoru, gözəl insan olan Rəşid Rzayevin Vətəninə , xalqına, peşəsinə göstərdiyi qayğı və diqqətini, haqqı və ədaləti ilə hər zaman seçilərək Vətəninə göstərdiyi misilsiz xidmətlərini yüksək səviyyədə dəyərləndirilərərək onu “Dədə Qorqud “ Milli Fondu və “Azərbaycan Dünyası “ Beynəlxalq jurnalının təsis etdiyi “Ədalətin Qılıncı” ictimai mükafat ordeninə layiq görülmüşdür. Ordeni “Dədə Qorqud “ Milli Fondunun rəhbəri və “Azərbaycan Dünyası “ Beynəlxalq jurnalının baş redaktou və təsisçisi Eldar İsmayılov tərəfindən təqdim olunmuşdur.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]