Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Bir və birlik olmadan güclü olmaq mümkün deyil!

40 Baxış sayı / 08-11-2018 21:56

Bir Azərbaycanlı və Azərbaycan təmsilçisi olaraq, harada yaşamağımızdan asılı olmayaraq daim Azərbaycançılıq ideyalarını yüksək tutaraq milli-mənəvi dəyərlərimizi qoruyub, onlara sahib çıxaraq, dövlətimiz haqqında müsbət fikir və rəy formalaşdırıb millətimizə, dövlətimizə sadiq olub, sədaqətlə xidmət etmək bizim borcumuzdur. Hər zaman, "Bir və birlik olmadan güclü olmaq mümkün deyil!" amalımla vətənpərvərlərin birləşməsinə çalışmışam! "Vətənpərvərliyin təbliğində maariflənmənin rolu" mövzusunda tədbirlər keçirərək təbliğatlar aparmış, məqsədim yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunun düzgün formalaşması və inkişafına xidmət etmək olmuşdur!

"Dədə Qorquq" Milli Fondunun Ağsaqqallar Şurasına, bu Fondun rəhbəri və "Azərbaycan Dünyası" jurnalının baş redaktoru hörmətli Eldar İsmayılova məni "Qızıl Ürək" medalı ilə təltif etdiklərinə görə, göstərdikləri bu yüksək etmadı özümə qarşı böyük ehtiram və hörmət kimi qəbul edərək səmimi təşəkkürlərimi bildirirəm!

 

Dərin hörmətlə: Nazir Hətəmov



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru