Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Birliyimiz Qələbəmizdir

8504 Baxış sayı / 08-02-2021 00:53

“Azərbaycan Dünyası” Beynəlxal  Jurnalı 20 ildən çoxdur ki, xaricdə yaşayan nüfuzlu soydaşlarımızın birliyi istiqamətində  fəaliyyət göstərir. İndiki sürət əsrində xalqımızın mənəvi ehtiyacı olan milli birliyimizin inkişafı yolunda ənənələrə sadiqlik təqdirəlayiq nümünədir. “Azərbaycan Dünyası”  Beynəlxalq  Jurnalı  dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar üçün mədəni və maarifləndirici körpü rolunu oynayır, onların görən gözü, eşidən qulağı olmaqla həmvətənlərimizi ruhlandırır.

 Vətəninə, dövlətinə sədaqətlə xidmət edərək, İnsanlar arasında barış, birlik, əməkdaşlıq, dünyada sülhün, əmin amanlığın bərqarar olmasına töhfələr verən, öz elmi, qabiliyyəti ilə Vətənimizi təblığ edən istedadlı  həmvətənlilərimiz  Azərbaycanınn inkişafına xidmət edir! Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızla  həmrəylik  uğurumuzdur! 

Azərbaycan sürətlə inkişaf edir, siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibə və onun nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında  yaxından iştirak etməliyik.  Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, onun dövləti haqqında müsbət imic formalaşsın, xalqı haqqında reallığı əks etdirən bir təəssürat yaransın. Ona görə  biz komanda şəklində, bir yumruq kimi işləməliyik və Azərbaycan həqiqətlərini yaşadıqğımız ölkənin vətəndaşlarına  çatdırmalıyıq. Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirməliyik.  Bizə qarşı dünyada erməni lobbisi  mübarizə aparır. Erməni yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ etməli, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etməliyik. Xaricdə yaşayan  azərbaycanlılar nə qədər güclü olsa,  soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması zəruridir.  Biz qalib ölkəyik, məkirli düşmən  qalibiyyətimizi həzm edə bilmir, informasiya müharibəsi dayanmayıb, təxribatlar  davam edir. Unutmayaq   qarşılıqlı dəstək və birliyin daha da güclü olması vacibdir.   Dünya Azərbaycanlıları Birləşin!

 

Eldar İsmayılov

“Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının

Baş redaktoru



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]