Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

TÜRK DÜNYASIFONDUN MÜKAFATIJURNALIN ARXİVİTƏHSİL, SƏHİYYƏSİYASƏTXƏBƏRLƏRMƏQALƏMÜSAHİBƏ

Dədə Qorqdu Milli Fondu

Öz tarixi və dini kökləri üzərində ümumbəşəri prinsiplərə əsaslanan hər bir cəmiyyət öz qanunlarını rəhbər tutur. 

Demokratik dövlətlərdə yaradılan fondlar elm və mədəniyyət sahəsində milli nailiyyətlərin və xalqa xidmət etməyin təbliğatçısı funksiyasını yerinə yetirir. Eyni zamanda həmin fondlar gənc nəslə öz bilik və bacarıqlarını cəmiyyətin xeyrinə sərf etməkləri üçün şərait yaradır. Onlar beynəlxalq aləmdə öz xalqlarının tarixi, mədəniyyəti,elm və daxili nailiyyətləri haqqında informasiyalar yaymaqla başqa dövlətlərdə öz xalqlarının cəlbedici obrazını yaratmaqla yanaşı, beynəlxalq siyasətdə cari problemlərin həll olunmasında öz dövlətlərinə kömək etmiş olurlar.

  Azərbaycanın tarixində elə şəxsiyyətlər olmuşdur ki, öz həyat və yaradıcılıqlarını millətin maariflənməsinə , mədəni və mənəvi dəyərlərinin yüksəldilməsinə, sərf etmişlər. Hətta həmin insanların peşəkar müdaxiləsi olmadan, xidmətləri yüksək humanizm nümunəsi kimi mənsub olduqları xalqın və tarixin yaddaşına əbədi həkk olunmuşdur. Z.Tağıyev, M. Muxtarov, H. Hacınski, Nabat xanım Xocabəy qızı Əmircanlı, S. Əsədullayev, Seyid Mirbabayev və başqaları öz yaradıcı əməklərini cəmiyyətin maraqlarına cavab verən istiqamətə yönəltmişlər. Əsası keçmişdə qoyulmuş ideya ənənələri gələcək nəsillər üçün sanki normasına çevrilmişdir. Keçmişin xeyirxah ənənələri bu gün həm Azərbaycanda, həm də başqa dövlətlərdə yaşayan həmvətənlərimiz tərəfindən davam etdirilir. Azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, məktəb mədəniyyət, idman və sağlamlıq mərkəzləri tikdirmələri Türk dünyasına dəstək olmalarının bariz nümunəsidir.

  Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli özünüdərkin mühümlüyünü başa düşən insanlar tərəfindən fondlar yaradılır və onlar Azərbaycan mədəniyyəti , incəsənəti ,elmi və təhsili haqqında planlı şəkildə müxtəlif layihələr hazırlayıb ,həyata keçirməyə başladılar. Bu baxımdan “Azərbaycanın mədəniyyətinin dostları”, “Heydər Əliyev” fondları xeyriyyəçilik və Azərbaycanın bütün dünyada təbliğ olunub ,tanınmasında görülən işlərə görə ən parlaq nümunədir.

 Azərbaycanda yaxşı ənənələri davam etdirənlərdən biri də “Dədə Qorqud” Milli xeyriyyəçilik fondudur. Dədə Qorqud kimdir və biz onun haqqında nə bilirik? Dədə Qorqud bütün Türk dünyasının əsrlər boyu davam edən ənənələrinin, mədəniyyətinin, məişətinin, təfəkkürünün, və milli dilinin banisidir. Bu mənada onun obrazı Türk xalqlarının müqəddəs simvoludur. Buna görə də Dədə Qorqudun adını daşıyan fond birinci növbədə onun ideallarını və xalqın ruhunu tərənnüm edən ənənələrini təbliğ etməlidir. 

Bu mənada fondun üzərinə çox məsuliyyətli və şərəfli bir vəzifə düşür. Qeyd etmək lazımdır ki, uzun illər ərzində bu istiqamətdə fond tərəfindən xeyli iş görülmüşdür. Əlbəttə ki, fondun özünəməxsus proqramı və məqsədləri vardır və o, nəinki təkcə Azərbaycanda, eləcə də, xarici ölkələrdə ardıcıl olaraq məqsədyönlü iş aparılır. “Dədə Qorqud” fondunun başlıca və özünü doğruldan vəzifələrindən biri Türk dünyasının lider və böyük şəxsiyyətlərini bir arada birləşdirməsidir. Türk xalqının tarix və mədəniyyətinin , eləcə də dilinin çox qədim və sağlam kökləri var. Özümüz və müdrik əcdadlarımız haqqında gərəkli məlumatları gələcək nəsillərə ötürmək çox asan iş olmasa da vacib məsələlərdəndir. Keçmişin və indinin prioritetlərinin dərin əlaqələri Türk dünyasının dəyərlərinin, vətənə sevgi və xidmət ənənələrinin qorunmasına şərait yaradır və “Dədə Qorqud” fondu böyük işlərin mərkəzinə çevrilib.

  Bu gün Azərbaycan vətənin inkişafı və milli özünüdərkin təbliğinə xidmət edən oğulları ilə fəxr edə bilər. Onların adları gördükləri işlərin mühümlüyünə və vacibliyinə baxmayaraq çoxlarına məlum deyil. Qeyd etmək lazımdır ki, Dədə Qorqud fondu öz ətrafında Azərbaycanın xeyli ziyalısını toplaya bilib. Məhz Dədə Qorqud fondu yaradıcı insanların qiymətləndirilməsi kimi məsuliyyətli bir işi öz üzərinə götürüb. Fondun təsis etdiyi “Vətən övladı”, “Mehriban ana”, “Qızıl ürək” ordenləri və “Dədə Qorqud” mükafatları ilə layiqli insanları, vətənə, xalqa və öz köklərinə bağlı olan adamları müntəzəm olaraq təltif edir. 

   Beynəlxalq aləmdə Dədə Qorqud fondunu və onun fəaliyyətini Azərbaycan Dünyası jurnalı işıqlandırır. Bu jurnal eyni zamanda dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar üçün mədəni və maarifləndirici körpü rolunu oynayır, Azərbaycan diasporu və həmvətənlərimizi ruhlandırır. Dədə Qorqud fondunun təsisçiliyi ilə nəşr olunan jurnal ilk gündən geniş dünya məkanında azərbaycanlıların və həmvətənlərimizin birləşməsi kimi xeyriyyəçi bir məqsədə xidmət edir. Jurnal müasir Azərbaycan mədəniyyətini və Rusiya ilə olan tarixi əlaqələrin köklərini təbliğ edən əsas mətbuat orqanlarından biridir.

 Bizi –Türk azərbaycanlılarını güc, dövlət və səadət birləşdirir. Amma Türk xalqları arasında birlik və dostluq da olsaydı daha yaxşı olardı. Bu sözləri fondun ali məqsədini ifadə edir. Başqa cür də ola bilməz. Çünki Dədə Qorqudun sülhpərvər ideallarını yalnız fəal və yorulmaz yaradıcı fəaliyyətlə həyata keçirmək olar.

Cəmiyyətin inkişaf prosesində, ələlxüsus da cəmiyyət daxili inkişafının həlledici məqamlarını yaşayanda həmişə ayrı-ayrı insanlar və ya insanlar qrupu peyda olur ki, həmin insanlar cəmiyyətin və dövlətin inkişaf istiqamətlərini daha dərk edərək, həm də mənsub olduqları xalqın mühüm bir zərrəsi kimi cəmiyyətin inkişafının prinsiplərini izah edirlər və bütün güclərini və vəsaitlərini sərf edirlər ki, ictimai fikri cəmiyyətin inkişafı istiqamətindəki əsas məsələlərin həllinə yönəltsinlər.

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]