Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

“Dədə Qorqud” Milli Fondunun mükafatlarına bu il “Şərq-Qərb” nəşriyyatı layiq görülüb

96 Baxış sayı / 29-12-2017 12:21

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Dədə Qorqud Milli Fondunun təşkilatçılığı ilə “Azərbaycan dünyası” jurnalının ilin yekunlarına həsr edilən tədbiri keçirilib.

Bu il “Dədə Qorqud” mükafatına digər nəşrlərlə yanaşı, “Azərbaycan dünyası” jurnalını dərc edən “Şərq-Qərb” nəşriyyatı layiq görülüb.

Nəşriyyatın baş direktoru Samir Qocayevə Dədə Qorqudun qızıl heykəli, nəşriyyatının bir sıra əməkdaşlarına isə Fondun diplom və mükafatlar təqdim edilib.

Tədbirdə çıxış edən “Şərq-Qərb” nəşriyyatının direktoru Eldar Əliyev bildirib ki, 1998-ci ildə təsis edilmiş “Azərbaycan dünyası” jurnalının məqsədi görkəmli şəxsiyyətlərin xidmətlərini geniş oxucu auditoriyasına çatdırmaq, ölkə ictimaiyyətini, habelə xaricdə yaşayan azərbaycanlı diasporunu onların yaxşı işləri və “Dədə Qorqud” Milli Fondunun fəaliyyəti ilə tanış etməkdir.

“Böyük işlər görən və xidmətləri olan insanların müəyyən edilməsi və onlar haqqında ictimaiyyətə məlumat verilməsi ilə bağlı Fondun gördüyü işlər böyük hörmətə layiqdir”- deyə, E. Əliyev qeyd edib.

“Azərbaycan dünyası” jurnalının baş redaktoru, Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılov diqqətə çatdırıb ki, 18 il ərzində bu mükafat görkəmli şəxsiyyətlərə verilib.

“Bu gün ilk dəfə olaraq biz bu mükafatı nəşriyyata veririk. Bu mükafat “Şərq-Qərb” nəşriyyatına onun kollektivinin yüksək peşəkarlığına və fədakarlığına görə verilir”- deyə, E. İsmayılov vurğulayıb.

“Şərq-Qərb” nəşriyyatının baş direktoru Samir Qocayev tədbir iştirakçılarını əmin edib ki, rəhbərlik etdiyi qurum bundan sonra da “Dədə Qorqud” Milli Fonduna dəstəyini davam etdirəcək.

TƏDBİRİN FOTOLARI

TƏDBİRİN VİDEOSU



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru