Dünyada ən böyük nemət insanlıqdır

Eldar İsmayılov
“Azərbaycan Dünyası” jurnalının təsisçisi və Baş redaktoru
Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir.
Azərbaycan xalqı tarix boyu yadelli işğalçılara qarşı ölüm-dirim mübarizəsi aparmış, istiqlal yolunda saysız-hesabsız şəhidlər vermiş, tarixə yenilməz şəxsiyyətlər bəxş etmişdir. XX əsrin əvvəllərində Azərbaycan xalqı özünün minlərlə cəsur oğlunun qanı-canı bahasına müstəqillik qazandı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Bu, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan və ən əsası cümhuriyyətimizin qurucusu dahi Məhəmməd Əmin Rəsulzadədir.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, yetmiş ildən sonra yenidən müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı, möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir və belə də olmalıdır. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Cümhuriyyətimizin qurucuları cərgəsində böyük vətəndaş Zahid Qaralovun adını çəkməmək olmaz. Onun təkrarsız xidmətləri qədirbilən xalqımız tərəfindən birmənalı qarşılandı. Biz “Azərbaycan Dünyası jurnalı” ailəsi olaraq bu nömrəmizi Zahid Qaralov cənablarını və onun xidmətlərini xalqımıza bir daha xatırlatmaq istədik. Zahid müəllimin yetişdirdiyi tələbələr bu gün də Azərbaycanın rifahi üçün əllərindən gələni edirsə, onun vaxtılə yürütdüyü siyasət xalq tərəfindən bu gün xoş qarşılanırsa, bu gün də o hər kəsin sevib-seçdiyi insandırsa, demək ki, Z.Qaralov yaşayır və hələ də haqlı mübarizəsini davam etdirir. Məkanın cənnət olsun ziyalı yurddaş, Zahid Qaralov.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]