Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

“Dünyaya sülh naminə”

3184 Baxış sayı / 17-05-2022 19:15

“Dədə Qorqud “ Milli fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ali Ağsaqqallar Şurasının qərarı ilə 12 may 2022-ci il tarixdə fondun rəhbəri və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl  Türkmənistan Respublikasının Xalq Məsləhəti Milli Gengeşinin sədri Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədova Azərbaycan və Türkmənistan arasında elm, mədəniyyət, dostluq və  əməkdaşlıq münasibətlərinin inkişafında, eyni zamanda yer üzərində sülhün bərqərar edilməsində göstərdiyi misilsiz xidmətlərinə,Vətəninə və bütün Türk Dünyasına bəslədiyi sonsuz məhəbbətinə görə Sülh naminə “DƏDƏ QORQUD” Milli mükafatı və “Ulu Türk” ordenini təqdim etmişdir. Təqdimat zamanı Eldar bəy qeyd etmişdir ki, Qurbanqulu Berdiməhəmmədov mükəmməl liderliyi sayəsində öz xalqına dəstək olaraq böyük və sarsılmaz  ruh vermişdir. Onun sayəsində ölkədə yüksək səviyyəli iqtisadi güzəran və sülh bərqərar edir. 

Qurbanqulu Berdiməhəmmədov nəinki öz ölkəsində həmçinin dünyanın digər ölkələrində ələxsus da Azərbaycanda Türk dünyasının böyük nüfuza malik liderlərindəndir.

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]