Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Eldar İsmayılov Milli Qəhrəmanımız Mübariz İbrahimovun məzarını ziyarət edib

1759 Baxış sayı / 07-02-2020 23:17

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Ölkəmizin bütün vətənsevər övladları kimi “Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Eldar İsmayılov da Milli Qəhrəmanımızın Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib.

Qeyd edək ki, “Dədə Qorqud” Milli Fondunda, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının səhifələrində cəsur və mərd Mübarizimizin əziz xatirəsi hər zaman böyük hörmət və ehtiramla yad edilir. 

İllər öncə isə “Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Mübariz kimi oğul böyütmüş valideynləri - Şamama xanımı “Mehriban Ana”, Ağakərim İbrahimovu isə “Vətən övladı” ordenləri ilə təltif edib.

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru