Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Eldar İsmayılov İsgəndər Sadıxovun ailəsinə başsağlığı verib

37171 Baxış sayı / 07-01-2019 15:34

"Dədə Qorqud" Milli Fondunun rəhbəri və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov tanınmış ictimai xadim, "Dədə Qorqud" Milli Fondunun Ağsaqqallar Şurasının aparıcı simalarından olan İsgəndər Sadıxovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Eldar İsmayılov İsgəndər Sadıxovun vəfatı ilə əlaqədar onun ailə üzvlərinə, yaxınlarına və dostlarına verdiyi başsağlığında deyilir:

"İsəgəndər Sadıxov sadə insan deyildi, o, qeyri-adi düşüncə və zəkası olan, yüzlərlə insana rəhbərlik etmək bacarığına sahib şəxs idi. O, dünyaya baxışı böyük, tolerant və zamanla ayaqlaşa bilən insan olub. Yaxşılıq etmək ona Allah tərəfindən verilmiş bəxşiş idi. Onda insanın dərhal tutduğu əsas keyfiyyət bahar şənliyi və xeyirxahlıq idi."



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]