Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Fuad Abbasov `Vətən Övladı` ordeni ilə təltif edildi

376 Baxış sayı / 17-02-2019 22:33

Ermənilərin növbəti təxribat cəhdləri uğursuzluqla nəticələndi. Belə ki, Rusiyanın paytaxtı Moskava şəhərində çeçenlərlə azərbaycanlılar arasında yaranmış anlaşılmazlığı ermənillər illərlə içlərində saxladıqları nifrətə görə qızışdırmağa cəhd göstəriblər. Onlar Birinci Qarabağ müharibəsi zamanı Çeçen xalqının Azərbaycana dəstəyini hələ də həzm edə bilmədikləri üçün xırda bir məsələni böyüdərək Azərbaycan və Çeçenistanı üz-üzə qoymağa çalışıblar. Bbu məqsədlə sosial şəbəkələrdə saxta profillər açaraq azərbaycanlılar adından çeçenləri, çeçenlər adından isə azərbaycanlıları təhqir ediblər. Amma onların bu saxtakarlıqları da tezliklə ifşa olunub və iki qardaş xalqın nümayəndələrinin verdikləri bəyanatlar onların iç üzlərini ortaya çıxarıb.

Ermənilərin saxtakarlıqlarını ifşa edən və çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərən isə Rusiyada yaşayan azərbaycanlı, Misra TV-nin rəhbəri Fuad Abbasov olub. O, sosial şəbəkələrdə özünə məxsus səhifələr vasitəsi ilə həm çeçenlərə, həm də azərbaycanlılara müraciət edərək bildirib ki, baş verənlər təxribatdır, məqsəd isə hər iki xalqı bir-birinə düşmən olmağa yönləndirməkdir. F.Abbasov baş verənlərə səbirlə yanaşmağı, iki qonşu dövlətin xalqlarının dostluq, qardaşlıq videoları çəkərək yaymağı xahiş edib. Bu çağırışdan sonra Rusiyanın hər yerində yaşayan azərbaycanlılar və çeçenlər bir süfrə arxasına toplşaraq bəyanatlar yayıblar.

"Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası yaranmış gərginliyin sakitləşdirilməsi, iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə Fuad Abbasovun "Vətən Övladı" ordeni ilə təltif edilməsinə qərar verib.

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru