Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Görkəmli ictimai xadim Nasixa Xanım Kenjina “Qızıl Ürək” ordeni ilə təltif edildi

159 Baxış sayı / 11-09-2018 16:36

Azərbaycan Respublikası “Dədə Qorqud” Milli Fondunun Rəyasət Heyəti və Ağsaqqallar Şurasının qərarı ilə Qazaxstan Respublikasının görkəmli yazıçısı, publisisti, “Dünya Xalqları Yazıçılar Birliyi”nin üzvü, görkəmli ictimai xadim, Rusiya Beynəlxalq Ekologiya Elmləri və Bioresurslar Akademiyasının müxbir üzvü Nasixa Xanım Kenjina “Qızıl Ürək” ordeni ilə təltif edilmişdir. 

“Azərbaycan Dünyası” jurnalına “Dədə Qorqud” Beynəlxalq Milli Fondunun prezidenti Eldar İsmayılov bildirmiş: “Nasixa Xanım Kenjina bu fərxri ordenə Azərbaycan və Qazaxstan xalqlarının arasında uzun illərdir apardığı dostluq və əməkdaşlıq, Türk Dünyasında mədəni əlaqələrin inkişafı istiqamətində göstərdiyi xidmətlərinə görə təltif edilmişdir”. 

Qeyd edək ki, Qazaxstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin qərarı ilə dövlət müstəqilliyinin yaranmasının 25 illiyi münasibəti ilə Nasixa Xanım Kenjinanı ən üstün “Koqam Kayratkeri” medalı ilə təltif etmişdir. Bununla yanaşı, Nasixa Xanım Rusiyanın “Şərəf Ulduzu” ordeni ilə mükafatlandırılmışdır. 

Nasixa Xanım Kenjina “Moynak SES-Qazaxstanın mirvarisidir” (2016), “Bakı qazaxstanlı qadının gözü ilə” (2017), “Müharibə, genosid, terror, yanğın və təcavüz qurbanları olan uşaqlar” və sair kitabların müəllifidir. Bununla yanaşı, o 32 ildən çox pedaqoji fəaliyyətdə olmuşdur. Doğma qazax dilində poetik baxımdan yüksək səviyyəli şeirlərin müəllifi kimi də tanınmışdır. Onun bir çox şeirləri Azərbaycana həsr olunubdur.  

P.S. “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının redaksiya heyətinin adından Nasixa Xanım Kenjinanı ürəkdən təbrik edirik. Ona can sağlığı, böyük əmək sərf etdiyi işlərində uğurlar diləyirik. 

 

“Azərbaycan Dünyası”



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru