Şəhidlərə əbədi xatirə, qazilərə maksimum diqqət!

Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətlərinin yeni səhifəsində Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir!
Fond tərəfindən ilk olaraq Milli qəhrəman Mübariz İbrahimovun anası Şamama xanım “Mehriban Ana” Ordeni ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov “Vətən Övladı” Ordeni ilə təltif edilmiş, Orden ailəsinə təqdim olunmuşdir.
Azərbaycanın bütün rayonlarından və dünyanın hər bir yerində yaşayan həmvətənlərimizin içərisində könüllü olaraq Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında imzası olan oğullarımız vardır. ”Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası” və ”Veteranın Səsi” Jurnalarının Baş redakoru Eldar İsmayılovun rəhbərliyi ilə əməkdaşlar Esmiralda Mehdiyeva , Nərgiz Namiq qızı, Azər Ağarzayev, Seyidağa İsmayılov, Mais Hüseynov Şabran rayonunda Şəhid ailələrini və Qaziləri ziyarət etmişlər. Im Vətən müharibəsində iştirak edən min nəfərdən çox gənc könüllülər içərisindən 121 şəhid və xeyli sayda qazi var Şabranda. Biz Qələbəyə yolu addımlayarkən igid, mərd oğullarımızı şəhid verdik. Kimlərsə bu yolda canını, kimlərsə sağlamlığını, kimlərsə əzizlərini və doğmalarını itirdi. Eyni zamanda bütün Azərbaycan xalqı birlik olaraq əlindən gələni əsirgəmədi. Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin də ölkəmizə böyük dəstəyinin şahidi olduq.
Mehman Ağarzayev- adını qürur hissi ilə çəkə biləcəyimiz soydaşımız və xeyirxah əməlləri ilə zəngin insan. Əslən Şabran rayonundan olan bu insan Azərbaycandan kənarda yaşasa ürəyi Vətən sevgisi ilə döyünür. O, II Vətən Müharibəsi zamanı 3 şəhid övladını himayəsinə götürmüş, 28 Şəhid ailəsinə isə maddi dəstək göstərmişdir. Mehman Ağarzayev şəhid ailələrinə dəstək göstərən ilk soydaşlarımızdan biridir.
Şəhid ailələri ilə görüşlər zamanı Ali Baş Komandan cənab İlham Əliyev tərıfindən Şəhid və Qazilərimizə xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyi vurğulanmışdır. Görüşlərdə Dədə Qorqud Fondunun rəhbəri Eldar İsmayılov tərəfindən Şəhidlərin valideynlərinə Ordenlər təqdim olunmuşdur.
-Şəhid İlyasov Şükür Qəmbər oğlu. -“Şəhidin anası Zeynəb xanıma “MEHRİBAN ANA”Ordeni;
-Şəhid Ağaquliyev İlkin Saməddin oğlu. Ailənin uzun illər övlad həsrətindən sonra ilk və tək övladı. Şəhidin atası Ağaquliyev Saməddin müəllimə. “Ədalətin Qılıncı”Ordeni;
-Şəhid Orucov Ürfan Firdovsi oğlu. İdman Akademiyasının məzunu, İngilis, İspan dillərini bilirdi. Şəhidin anası -Orucova Şərqiyyə xanıma”MEHRİBAN ANA” Ordeni;
-Şəhid Həsənov Xəyal Əliyulla oğlu . Xüsusi təyinatlı olmuşdur. Şəhidin anası Həsənova Zərnişan xanıma “MEHRİBAN ANA” Ordeni;
-Şəhid Balağayev Seyfəddin Vahid oğlu. 22 yaş. Sumqayıt Dövlət Universitetinin məzunu. Şəhidin anası Balağayeva Bəsxanım xanıma “ MEHRİBAN ANA” Ordeni;
-Şəhid Ağayev Əmirağa Mahir oğlu. (18 yaş) 2 bacının 1 qardaşı.. Şəhidin atası Ağayev Mahir müəllimə “Ədalətin Qılıncı” Ordeni təqdim olunmuşdur.
Görüş zamanı şəhid Ağayev Əmirağanın atası Mahir kişi öz öğlunun nəşini tapmaq üçün apardığı axtarış zamanı aşkar etdiyi düşmən əsgərlərinin nəşini onların vadeynlərinə təhvil verdiyini söylədi. Nə üçün bunu etdiniz, axı onlar sizin övladınızı öldürmüşlər sualına ?:- Onlar düşmən olsalar da onlar da valideyndirlər bu acını yaşayır deyir Şəhid Atası!!! Budur Azərbaycan İnsanın mənəviyyatı!
Mənfur düşmənsə bütün çirkin xislətini, xarakterini bəşəriyyətə özü subut etdi...
Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona kömək də göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. Vətən müharibəsində ömrünü, sağlamlığını xalqına, Dövlətinə, dövlətçiliyin möhkəmləndirilməsinə həsr etmiş, böyük zəhmətlər bahasına əldə olunan uğurlara imza atmış oğulların ömür yolu gənclər üçün öyrənilməli nümünədir.Yarım qalmış arzular, ümidləri ilə birgə zirvələrə ucalmış vətənlərini, sevdiklərini qorumağı özünə borc bilən həyat dolu oğul balalarımız. Onların valideynləri ilə görüş şərəfli olduğu qədər də ağırdır. Valideylərin gözündə qürur və kədər biri birinə çuğlaşıb. Qürur onları ucadan uca edən Vətən məhəbbəti, kədər bala həsrəti. Qarabağın azad olunmasında şəhid olmuş Vətən oğulları , Qazilər cəmiyyətin həssas üzvü olmaqla diqqət, qayğı, hörmət və ehtirama layiqdirlər. Gərəkdir onların səsi vaxtında eşidilsin, problemləri dərhal həll olunsun. Buna gücümüz yetər! Dünyamızı qorumaq, İnsanığın qorunması üçün bir olaq, birləşək!!!
Esmiralda Mehdiyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]