Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Elm, Təhsil, Səhiyyə
Vətən məktəbdən başlayır
Tarix: 11-3-2017

 Azərbaycan dünyaya bir çox dahi, maarifçi insanlar bəxş etmişdir. Biz öz müəllimlərimizlə fəxr edə bilərik. Gənclərimizi sağlam ambisiyalarla təmin etmək, onlarla liderlik keyfiyyətini düzgün inkişaf etdirmək, nailiyyətə həvəsləndimək, onlarda şəxsiyyət azadlığını yanan gənclik enerjisini düzgün yaradıcılığ yoluyla istiqamətləndirmək lazımdır. Buna görə məktəblər, ali təhsil müəssələri mövcuddur. 

 Bu təhsil ocaqlarında çalışan müəllimlər bu peşəni seçdikdə bilirdilərki Azərbaycanın gələcəyi məhz onların əlindədir. Hər bir şagirdə xüsusi diqqət ayıraraq, onları gələcəyə tam wəkildə savadlı, tərbiyəli, istedadlı bir gənc kimi yetişdirməlidirlər. Belə müəllimlərdən biri də Sevil Şakir qızı Nağıyevadır.  153 nömrəli orta məktəbdə tarix müəllimi işləyən Sevil xanım 1981-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. İşlədiyi müddət ərzində özünü bacarıqlı və yenilikçi kadr kimi göstərmişdir. O, hər zaman tədris etdiyi fənni şagirdlərə sevdirə bilmiş, öz bilik və bacarığı ilə kollektiv arasında hörmət qazanmışdır. Sevil müəllimə məktəbin ictimai həyatında ən fəal iştirak edən müəllimlərdəndir. Onun təşkil etdiyi bütün tədbirlər şagird və müəllimlərin marağına səbəb olmuşdur. Nağıyeva Sevil Şakir qızı təkcə məktəbdə deyil, məktəbdən kənarda tədbirlərdə iştirak etmişdir. Qarabağın tarixi haqqında silsilə mühazirələr oxuduğu üçün ona təşəkkür sertifikatı verilmişdir. Sevil Şakir qızı Nağıyeva öz təşəbbüsü ilə 2000-ci ildə «Azərbaycanın hərb salnaməsi» və 2015-ci ildə «Qarabağ tarixi muzeyləri» yaratmışdır. 18 fevral 2000-ci ildə «Tribuna» qəzetində»Müqəddəs amallar» adlı məqaləsi dərc olunmuşdur. 2015-ci ildə «Türk dünyasının ölməz oğlu, ümumilli liderimiz, Heydər Əliyevin arzularının və ideyalarının təbliğində, həyata keçirilməsində göstərdiyi xidmələrinə, uzun müddət səmərəli pedaqoji-ictimai fəaliyyətinə, eləcə də mətbuata göstərdiyi, diqqət və qayğıya görə, Xeyriyyə İctimai Birliyi tərəfindən «Əsrin ziyalısı -İlin müəllimi» Fəxri Diplomuna layiq görülmüşdür. 

2016 cı ildə məhz bu birlik tərəfindən «Sədaqətli Əliyevçi» Fəxri mükafatına (medal) layiq görülmüşdür. Sevil Nağıyeva dərslərini hər zaman müasir tələblər səviyyəsində qurmuşdur və mütəmadi olaraq keçdiyi açıq dərslərdə bütün bacarığını gözəl şəkildə göstərmişdir. Onun gördüyü işləri, əldə etdiyi nailiyyətləri, qazandığı uğurları saymaqla qurtarmaz. «Azərbaycan dünyası « jurnalının baş redaktoru, «Dədə Qorqud» fondunun Prezidenti Eldar İsmayılov Sevil Nağıyeva haqqında bu xoş sözləri söyləmişdi. Sevil xanım olduqca tələbkar, qabaqcıl, vicdanlı, təmiz insandır. Yüksək nüfuza məhz prinsipiallığı və bacarığı ilə nail olub. Onun çox səmimi, nəcib, gözəl xanım olması, peşəsini çox gözəl bilməsi, dayanmadan çalışması çoxlarının bu xanım haqqında yüksək fikirdə olmasına səbəb olur. Sevil xanımın həyat kredosu təmiz ad və təmiz əməldir. 
«Azərbaycan dünyası» beynəlxalq jurnalının və «Dədə Qorqud» fondunun İdarə Heyyətinin və Ağsaqqallar Şurasının qərarı ilə Sevil Şakir qızı Nağıyevaya «İLİN MÜƏLLIMI» adı verilmişdir. Bu fondun rəhbərliyi tərəfindən Sevil müəllimə «Mehriban Ana» ordenini ilə təltif etmişdir. 
ENG | RUS