Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Elm, Təhsil, Səhiyyə
Sevil Nağıyeva - çalışqan, təcrübəli müəllim
Tarix: 11-3-2017

 Sevil Şakir qızı Nağıyeva 1958 -ci ildə sentyabrın 10-da Şirvan şəhərində (keçmiş Əli Bayramlı) ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini doğulduğu şəhərdəki 10 nömrəli orta məktəbdə almışdır. (1965-75-ci illər) 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuşdur. Ali məktəb illərində nəzəri biliklərə dərindən yiyələnmiş, 1981-ci ildə təhsilini başa vurmuşdur . İlk pedaqoji fəaliyyətə Cəliləbadın Prişip qəsəbəsində başlamışdır. 

Prişibdə işlədiyi dövr gənc müəllimənin həyatının ən gözəl mənalı zolağıdır. 
Sevil müəllimə 1988-ci ildən Bakı şəhərinin Yasamal rayonundakı 153 nömrəli orta məktəbdə tarix müəllimi, direktor müavini, sonra isə direktor işləmişdir. Hal -hazırda həmin məktəbdə müəllim işləyir . Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildə Azərbaycan Respublikası Təhsil mərkəzinin «Qabaqcıl müəllim» fəxri diplomuna layiq görülmüşdür. 
Pedaqoji fəaliyyətə başladığı gündən Sevil müəllimə qarşısına ancaq bir məqsəd qoymuşdur. Şagirdləri saf, təmiz duyğulara, gözəl əxlaqa malik şəxsiyyət kimi yetişdirmək və tarix fənnini onlara yüksək səviyyədə çatdırmaq . Şübhəsiz ki, o qarşısına qoyduğu bu məqsədə yetərincə nail olmuşdur. Zəngin pedaqoji təcrūbəyə, metodik ustalığa malik olan müəllimə hər bir mövzunu canlı, yaradıcı keçməyə cəhd edir. Şagirdlərə Azərbaycan tarixini əhatəli və dərindən çatdırmaq üçün bütün imkanlarını səfərbər edir. 
Onun söylədiklərindən : 
Həyatın inkişafından kənarda qalan, torpağının keçmişini və bu gününü dərk etməyən, onun gələcəyinə biganə olan, mənsub olduğu xalqın ağrı-acıları ilə yaşamayan kəs insanlıqdan uzaqdır. 
Ölməz prezidentimiz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində milli ideyalar, milli vəzifələr müəyyənləşib, dilimizin, dinimizin tarixi keçmişìmizin təhrif olunması, saxtalaşdırılması, milli adət ənənəmizə biganəliyin səbəblərindən törənən faciyəmizin kökləri və s. göstərilmişdir. 
Ulu Öndərin böyūk əməyi, zəhməti nəticəsində milli mənəviyyatımız dirçəlib, milli özünü dərketmə formalaşıb, gənclərimizdə vətənpərvərlik hissi daha da yüksəlmişdir. 
Nəhayət, Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində xalq öz tarixi keçmişinin mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Bu danılmaz bir həqiqətdir. Bunları şagirdlərə çatdırmaq hər bir müəllimin əsas vəzifələrindən biridir. 
Sevil müəllimə şagirdlərinə təkcə bilik verməklə kifayətlənmir, onlara vətənə, torpağa məhəbbət, milli adət ənənələrə hörmətlə yanaşmaq duyğularını aşılayır. 
Bu istiqamətdə keçirdiyi «Açıq dərs»-lər - «Könlüm keçir Qarabağdan,» «Heydər Əliyev və hərbi vətənpərvərlik»,»M.F.Axundzadə və müasir dövr»maraqla qarşılanır. 
Sevil müəllimənin nümunəvi pedaqoji fəaliyyəti, əməlləri, gözəl yaradıcılıq işləri, görkəmli Azərbaycan şairi, pedaqoqu Abdulla Şaiqin söylədiyi bu fikri xatırladır: 
Təcrübəli, çalışqan, nazik qəlbli, nümunəvi insan dərin elmdir.
ENG | RUS