Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Elm, Təhsil, Səhiyyə
Mənalı ömrün məktəb səhifələri
Tarix: 11-3-2017

 Milli Qəhrəman MirƏləkbər İbrahimov adına 153 № li tam orta məktəb 1962-ci ildən fəaliyyət göstərir.

Mən Sevil xanım Nağıyevanı 1993-cü ildən tanıyıram. Sevil müəllimin görkəmi onun işgüzar, tələbkar, çevik bir şəxsiyyət olmasını ilk anda hiss etdirir. O, zəngin təcrübəsi, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti olan pedaqoqdur. Bir təcrübəli pedaqoq kimi Sevil xanım şagirdlərin şəxsiyyət kimi formalaşmasına, onların milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanaraq tərbiyə olunmalarına çalışır. Məhz bunun nəticəsidir ki, Sevil Nağıyevanın məktəbi bitirən şagirdləri indi müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə müxtəlif yerlərdə çalışırlar.

 Onun istər pedoqoji kollektivdə, istər şagird kollektivində və istərsə də, valideyn icmasında tutduğu mövqe hər bir kəsə gözəl nümunədir. Sevil xanım çox yaradıcı insandır. 2015-ci il noyabrın 13-də məktəbimizdə Sevil Nağıyeva tərəfindən açılmış “Qarabağ tarixi muzeyi” şagirdlərin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu muzeydə müxtəlif görüşlər, disputlar,seminarlar keçirilir. Muzeyin açılışında iştirak edən qonaqlardan Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vəli Əliyev, Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhəri üzrə təhsil idarəsinin müdir müavini Huseyn Əsgərov çıxış edərkən, bu cür muzeylərin digər məktəblərdə də açılmasını tövsiyə etdilər və ilk addımın Sevil xanım tərəfindən   olduğunu vurğuladılar.

Sevil xanım Nağıyeva hər il Yasamal rayonu üzrə məktəblilərə “Biz Heydər Əliyev irsini öyrənirik” mövzusunda mühazirə oxuyur. Onun mühazirəsində ümumilli liderimiz Heydər Əliyevin milli təhsilimizin inkişafı, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində gördüyü işlər şagirdlərin diqqətinə xüsusi çatdırılır.
Hörmətli Sevil xanım Nağıyevaya bütün kollektivimiz adından uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!

Mətanət Cəfərova
Bakı şəhər Milli Qəhrəman 
MirƏləkbər İbrahimov adına tam orta məktəbin 
tərbiyə işləri üzrə direktor müavini
 
ENG | RUS