Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
Xəbər lenti
Prokuror nəzarətinin əsfanəsi – məhz belə adlandıra bilərəm Şükür Həbib oğlu Rzayevi
Tarix: 25-7-2016

 İlqar Abbasov

Bakı Şəhəri Sabunçu Rayon
Məhkəməsinin sədri

Mən prokurorluq orqanlarında işləməsəm də, Ş.H.Rzayevi kifayət qədər yaxşı tanımışam. Onu ilk dəfə hüquq şöbəsinin rəisi vəzifəsində işlədiyim L.Şmidt adına maşınqayırma zavodu ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsində məhkəmə prosesində iştirak edəndə görmüşdüm. İclas zalındakı prokurorun,oturub-durmasını, xüsusən də, onun çıxışını, nitqinin məzmununu, dəlillərini, onları hüquqi cəhətdən əlavə, məşhur klassiklərin əsərlərindən müxtəlif sitatlar gətirməklə,xüsusi bir ustalıqla bir-biri ilə məntiqlə bağlayıb, koloritli, emosional tərzdə məhkəmə kollegiyasına çatdıran bu şəxsi görəndən sonra mən belə nəticəyə gəldim kiadını sonradan öyrəndiyim, Azərbaycan Respublikası Prokurorluğunda işləyən Ş.H.Rzayev professional hüquqçu olmaqla bərabər, həm də ensiklopedik biliyə malik, nəinki özümüzün, dünya ədəbiyyatını da yaxşı bilən, lazım gəldikdə bildiklərini məharətlədigər şəxslərə də(heç də hamı bildiyini başqalarına çatdıra bilməyi bacarmır)inandırıcı şəkildə çatdırmaq qabiliyyətinə malikdir.
Əvvəllər Nəqliyyat Prokurorluğu ümumi prokurorluq strukturunda müstəqil istintaq aparıb ittihamnamə təsdiq etmək səlahiyyəti olan bir qurum idi və mən Bakı Şəhər Məhkəməsinin hakimi vəzifəsində işlədiyim dövrdə istintaqı aparılmış və Azərbaycan Pespublikası Nəqliyyat Prokuroru Ş.Rzayev tərəfindən ittihamnaməsi təsdiq edilmiş bir sıra cinayət işlərinə baxmışam. Bundan əlavə, yadımdadır, Bakı şəhər Gəmiqayırma zavodunun işçiləri barəsində Həştərxan Hövzə Prokurorluğunun tabeliyində olan Xəzər Dəniz Prokurorluğu tərəfindən istintaqı aparılmış cinayət işində dövlət ittihamçısı qismində iştirak edən gənc prokuror R.Rzayev (Ş.Rzayevin oğlu) o dövrdə reallıqda çox nadir hallarda baş verən bir prosessual hərəkət etdi: gözlənilmədən həmin cinayət işinin istintaqı zamanı buraxılmış qanun pozuntularının əhəmiyyətli olmasını əsaslandırıb həmincinayət işinin əlavə istintaqa qaytarılması barədə vəsatət qaldırdı və onun təmininə nail oldu. 
Ş.H.Rzayev, xüsusən də, gənclərə çox diqqətlə yanaşırdı, öz böyük həyati və prosessual təcrübəsini onlarla səxavətlə bölüşməklə, tam məsuliyyəti ilə bildirirəm ki, o,  müstəqil qərar qəbul etmək ruhunda olan bir neçə istintaq-prokuror nəsli yetişdirmişdir.
Ş.H.Rzayev çox iradəli, dəyanətli şəxs olmaqla bərabər, öhdəsinə götürdüyü hər bir işi hüquqa əsaslanmaqla öz şəxsi marağına deyil, yalnız qanunların tələblərinə uyğun hərəkət edib başa çatdırırdı və problem yarananda da öz işçisini qabağa verib, kiminsə kölgəsində gizlənib məsuliyyətdən qaçan şəxs deyildi. O, haqlıya haqqını, haqsıza isə layiq olduğu yeri göstərməyi bacarırdı. Kənardan açıq şəkildə görünürdü ki, bu qədər güclü olmağı, haqsızlığa qarşı mübarizə aparmağı və başladığı hər bir işi sonadək çatdırıb tamamlamağı onun özü özünü yox, həyatın özü onu belə etdirmişdir.
Mən hakim kimi Ş.Rzayevin Respublika Prokurorluğunda Ümumi Nəzarət İdarəsində işləyərkən onun rəhbərliyi və iştirakı ilə aparılan yoxlamaların nəticəsində başlanmış cinayət işlərinin baxılmasında da iştirak etmişəm. O işlərin yekunu kimi – Prokuror nəzarətinin əfsanəsi – məhz belə adlandıra bilərəm Ş.H.Rzayevi.
Ş.H.Rzayevin 1992-1993-cü illərdə erməni qoşun birləşmələrinin respublikamıza təcavüzü ilə əlaqədar gedən müharibədə,ölüm təhlükəsinin real olduğu bir vaxtda heç nədən qorxmayıb Qarabağ rayonlararası prokuror vəzifəsinə işləməyə getməsi heç də onu tanıyanlar üçün təəccüblü deyildi, əksinə o, bunu etməsə idi, təəccüblü olardı. 

Ş.H.Rzayevin düşmən əlindən əsirlikdən şəxsən möhtərəm Heydər Əliyev tərəfindən alınması Ulu Öndərimizin ona verdiyi qiymətdir.
Ş.H.Rzayevətəkcə hüquq-mühafizə və məhkəmə orqanları əməkdaşlarınınyox, ümumiyyətlə, onu tanıyanların bugün də ona olan hörmət və ehtiramı bir daha sübut edir ki, o,şərəfli ömür sürmüşdür.
Şükür Rzayevin ikinci adı mərdlikdir, ədalət onun amalıdır, vətənə sevgi və xidmət onun təyinatıdır.
 
ENG | RUS