Eldar İsmayılov

Vətənə məhəbbət ailədən və məktəbdən başlayır

Cəmiyyətin gələcəyi - ən yaxşı mənəvi-əxlaqi ənənələrdə təhsil və tərbiyə almış gənclərdir. Bizim gənclər öz mədəniyyətimizdə, tariximizdə, dinimizdə, ədəbi irsimizdə yaxşı və işıqlı nə varsa mənimsəməyə, əcdadlarımızın ənənələrinə hörmət bəsləməyə hazırdır.,

Ardını oxu
free counters
"Dədə Qorqud " fondunun mükafatı
Bakının 23 saylı orta məktəbinin müəllimlərinə fəxri orden verildi
Tarix: 11-3-2017

 Paytaxt Bakının ən qabaqcıl məktəblərindən olan, peşəkar müəllim və savadlı şagirdləri ilə hər zaman fərqlənən Nəsimi rayonu Tahir Həsənov adına 23 saylı orta məktəbin adına daha bir uğur yazılıb. Məktəbin iki müəlliminə Cəmilə Nəsirli və Nigar Mustafazadəyə “Mehriban Ana” ordeni verilib.

 

Ordeni “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov təqdim edib. Təşkilatçı çıxışında ordenin tarixindən söz açıb. Tədbirdə çıxış edən millət vəkili Sahib Alıyev, müəllimləri təbrik edib. Bildirib ki, müəllim adı çox şərəfli bir addır.
Mükafatçılar da öz növbəsində ürək sözlərini söyləyiblər. Onları bu ada layiq gördükləri üçün təşkilatçılara minnətdarlıq ediblər.Qeyd edək ki, ordeni alanlar sırasında birinci xanım Mehriban Əliyeva, Ombudsman Elmira Suleymanova, Elza İbrahimova da var.
 
ENG | RUS