Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Layiqli Vətən Övladı!

3450 Baxış sayı / 25-04-2022 10:54

Vahid Əhmədov  görkəmli iqtisadçı, fəal ictimai xadim, baş verən proseslərə həmişə yüksək vətəndaşlıq mövqeyindən yanaşan ziyalı, geniş ictimaiyyətin hörmətini qazanmış şəxsiyyət, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü kimi təqdirəlayiq fəaliyyət göstərən, qanun yaradıcılığı işinə öz layiqli töhfəsini verən deputat  kimi xarakterizə edilib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə onu Şöhrət ordeni ilə təltif etmişdir.

Həmçinin Vahid Əhmədov 1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 13 dekabr 2005-ci ildən  Azərbaycan—Almaniya, Azərbaycan—Xorvatiya, Azərbaycan—Rusiya, Azərbaycan—Türkmənistan, 27 fevral 2007-ci ildən  Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində fəaliyyət göstərmişdir. 2005 və 2010-cu illərdə 2 dəfə  52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.

Vahid Əhmədov: - Cəmiyyət məni yaxşı tanıyır. Çıxışlarım dövlətin, xalqın rifahının daha da yaxşı olması üçündür. Mən hər zaman öz mövqeyimi bildirən bir adamam. Həmişə dövlətçiliyə bağlı olmuşam, müstəqilliyə səs vermişəm. Bütün çıxışlarım və fəaliyyətim göz qabağındadır! 

Dədə Qorqud Milli Fondu,"Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqalar Şurasının qərarı ilə layiqli Vətən övladı, millət vəkili, Azərbaycan SSR-in əməkdar mühəndisi,  texnika elmləri doktoru Vahid Qazməmməd oğlu Əhmədov  anadan olmasının 75 illik yubileyi münasibətilə "Vətən Övladı” Ordeni ilə təltif edilir.

 

Eldar İsmayılov

Dədə Qorqud Milli Fondu rəhbəri, "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının təsisçisi və baş redaktoru



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]