Əliyev Salman Əmirxan oğlu “Qızıl Ürək” ordeni ilə təltif edilib





Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əliyev Salman Əmirxan oğlu “Qızıl Ürək” ordeni ilə təltif edilib

591 Baxış sayı / 15-03-2018 11:01

Azərbaycanda mədəni maarifin, gənc nəslin etik, estetik və mənəvi tərbiyəsinin hərtərəfli inkişafındakı aktiv fəalyyətləri, Türk dünyasında mədəni dostluq əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycanın ucqar kənd və rayonlarında kütləvi səmərəli işlərin, hərbi hissələrdə əsgərlərlə görüşlərin təşkilində eləcə də Respublikamızda ictimai, siyasi, xeyriyyəçilik sahəsindəki misilsiz xidmətlərinə görə və anadan olmasının 64 illiyi münasibətilə "Dədə Qorqud" Milli Fondunun Ağsaqqallar Şurası Azərbaycan Gəncliyə Yardım Fondunun vitse-prezidenti Əliyev Salman Əmirxan oğlunun Fondun və "Azərbaycan Dünyası" jurnalının təsis etdiyi “Qızıl Ürək” ordeni ilə təltif edilməsi barədə qərar qəbul edib.

Türk dünyasının bu yüksək mükafatı Salman Aliyevə "Dədə Qorqud" Milli Fondunun prezidenti ve "Azərbaycan Dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov tərəfindən təntənəli surətdə təqdim ediləcək. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru