ÖLKƏMİZDƏ TİBBİN İNKİŞAFI

Cəmil Əziz oğlu Əliyev
Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki , Əməkdar Elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru
Mən yerli mütəxəssislərimizin peşəkarlığına heç vaxt şübhə etmirdim. Bir daha əmin oldum ki, hər bir həkim planetimiz üçün bu ağır günlərdə qızıl dəyərinə malikdir və Azərbaycanda tibb var və çox yüksək səviyyədə inkişaf edib! Bundan əlavə ölkəmizdə tibb dünyanın qabaqcıl ölkələri ilə eyni səviyyədə dayanmadan irəliləyir və inkişaf edir.
Bu gün hər bir ölkədə sənayenin inkişafı sahəsində irəliləyişlər var. Lakin hər bir ölkə üçün öndə gedən sahələrdəm biri tibb sahəsidir.
Təbii ki, Azərbaycan da istisna deyil. Ölkəmizdə tibb bütün vətəndaşların sağlamlığının və rifahının qorunmasına xidmət göstərir. Səhiyyə sistemindəki islahatlar və tibbi yardımlar sosial və iqtisadi infrastrukturun inkişaf proqramının bir hissəsidir.
Baxmayaraq ki, planetimizin payına koronovirus pandemiyası ilə əlaqədar çox ağır bir sınaq düşüb, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, dərhal qəbul edilən lazımi və düzgün qərarlar itkiləri minimuma endirməyə imkan verdi. Təsadüf deyil ki, Azərbaycan koronovirus pandemiyasına qarşı effektiv mübarizəsi ilə seçilən ölkələr sırasındadır.
Bu dövr ərzində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar bir daha sübut etdi ki, vəziyyət gecə və gündüz Prezidentin nəzarəti altındadır. O, dəqiqliklə hadisələrin gedişatını öyrənir və risk dərəcəsini qiymətləndirir.
Lakin COVİD-19 infeksiyası insanın dinc həyatını qaraldan yeganə görünməz düşmən deyil. Uzun illər ərzində bizim əraziləri və dinc əhalimizi atəşə məruz qoyan xain işğalçılar bizi özlərinin sarsıdıcı məğlubiyyətlə üzləşdikləri İkinci Qarabağ Müharibəsinə təhrik etdilər. Bizim cəsur ordumuz öz qanı bahasına uzun illər ərzində işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ön cəbhədə əsgərlərimizlə bir yerdə səhiyyə işçiləri- həkimlər, tibb bacılari və başqaları döyüşdülər. Yüksək ixtiaslı səhiyyə işçilərinin bütün ordusu insan həyatı uğrunda mübarizədə iştirak etdi.
İxtisasca həkim olan Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin fədakar əməyini yüksək qiymətləndirərək özünün instagram səhifəsində fikirlərini bölüşmüşdür.
“Bu günlərdə bir daha anlayırıq ki, həkimlik müqəddəs missiyadır. Doğrudan da dərin bilik və dəqiq bacarıq tələb edir. Lakin bu günlərdə tibb işçilərindən böyük cəsarət tələb olunur. Onlar bu çətin imtahanın öhtəsindən şərəflə gəlirlər “.
II Vətən müharibəsi hamımızın həyatında öz dərin izini qoyub. Qəlbimizdə Qələbə sevinci ilə bərabər igid, mərd balalarımızın, qardaş və bacılarımızın şəhidlik acısını yaşadıq. Onların qarşısında heç bir zaman ödəyə bilməyəcəyimiz borca sahiblənmişik. Yüzlərlə Şəhidimizin, Qazilərimizin övladlarının doğulmasında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rolu böyükdür. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu olaraq bütün tibbi personalı hər bir müharibə iştirakçısının yaxınlarına və Şəhid ailələrinə dəstək olur və onlara hər zaman əlindən gələni əsirgəməyərək xidmət etməyə hazırdır.
Mən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktodu Cəmilə xanım Qurbanovanın rolunu xüsusi qeyd etmək istərdim. Cəmilə xanım gözəl insan olmaqla yanaşı işində peşəkarlıq nümayiş etdirən məsuliyyətli kolleqadır. Bu gün onun və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun bütün personalının gördüyü işlər ölkəmiz üçün çox önəmlidir. Çünki əgər sağlam ana sağlam körpə dünyaya gətirərsə, ölkənin sağlam inkişafı üçün böyük amildir.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 35 illiyi münasibəti Cəmilə xanım başda olmaqla institutun bütün kollektivini təbrik edirəm və gələcək fəaliyyətlərində onlara uğurlar arzu edirəm.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]