Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Şəmsəddin Xanbabayev `Ulu Türk` ordeni ilə təltif edilib

20449 Baxış sayı / 02-04-2019 13:32

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası, ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən, xalqlar arasında dostluq, sülh və əmin-amanlıq yaranmasında yorulmadan çalışan, dövlətçiliyimizin yüksəlməsi yolunda yaxından iştirak edən, Vətənimizin inkişafı uğrunda daim ağsaqqal məsləhəti ilə gənclərə dəstək duran, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyi vətəndaşlıq borcu bilən və əsl azərbaycanlı kimi xalqımızın milli və mənəvi dəyərlərinin təbliğini özünə vəzifə hesab edən Şəmsəddin Hüseynqulu oğlu Xanbabayevi 80 illik yubileyi ilə əlaqədar "Ulu Türk" ordeni ilə təltif edib.

Şəmsəddin Xanbabayev 1939-cu il aprelin1-də Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlayıb. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləyib. İki il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olub. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Şöhrət ordeni, 04 aprel 2014 cü il tarixli sərəncamı ilə Şərəf ordeni ilə təltif olunub.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru