Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Murad Cəfərov `Vətən övladı` ordeni ilə təltif edilib

151 Baxış sayı / 08-12-2017 14:52

Azərbaycan diosporunun ən geniş yayıldığı ölkələrdən biri də Ukraynadır.Ukraynada diasporla yanaşı cəmiyyət və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Ümumukrayna Təşkilatı aktiv ictimai fəaliyyət göstərir, bir çox mədəni xeyriyyə aksiyalarında iştirak edir və təşkilatçı kimi çıxış edir. Təşkilat öz fəaliyyətində demokratik prinsipləri, Azərbaycan Ukrayna xalqlarının humanistik əlaqələrini rəhbər tutur,öz üzvlərini milli mədəni və mənəvi, ictimai-siyasi eləcədə vətəndaşların hüquqlarının və qanuni maraqlarının reallaşması yolunda ictimai-siyasi tədbirlər həyata keçirir. Həmçinin Azərbaycan Ukrayna arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi,Ukraynada yaşayan Azərbaycanlıların hüquq və maraqlarının təmin olunmasında onlara dəstək olmaqdır. Təşkilat  yarandığı ilk gündən kimsəsizlər, aztəminatlı ailələr, əlil və veteranlara yardım göstərir.

Bütün bunları nəzərə alaraq "Azərbaycan Dünyası" beynəlxalq jurnalı və "Dədə Qorqud" Milli Fondunun dəstəyi ilə Cəfərov Murad Oqtay oğlu Ukraynada Azərbaycan diosporunun inkişafına və təbliğinə yönəlmiş işlərin aparılmasında, Azərbaycanlıların öz hüquq və azadlıqlarının müdafiəsi yolunda göstərdiyi əməyinə, həmvətənlərimizin təşkilatlanması inkişafında və bütün Türk Dünyasının tarixi şürunun, adət-ənənələrinin möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə "Dədə Qorqud" Milli Fondunun təsis etdiyi "Vətən Övladı" ordeni ilə təltif edilib.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru