Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Nasixa Xanım Kenjinaya “Qızıl Ürək” ordeni təqdim olundu

359 Baxış sayı / 20-09-2018 08:57

Azərbaycan Respublikası “Dədə Qorqud” Milli Fondunun Rəyasət Heyəti və Ağsaqqallar Şurasının qərarı ilə Qazaxstan Respublikasının görkəmli yazıçısı, publisisti, “Dünya Xalqları Yazıçılar Birliyi”nin üzvü, görkəmli ictimai xadim, Rusiya Beynəlxalq Ekologiya Elmləri və Bioresurslar Akademiyasının müxbir üzvü Nasixa Xanım Kenjinaya “Qızıl Ürək” ordeni təqdim olunub.

Təqdimetmə mərasimi Qazaxıstanın Almatı şəhərində keçirilib. "Qızıl ürək" ordenini Nasixa xanıma fondun prezidenti Eldar İsmayılov təqdim edib.

Qeyd edək ki, Qazaxstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin qərarı ilə dövlət müstəqilliyinin yaranmasının 25 illiyi münasibəti ilə də Nasixa Xanım Kenjina ən üstün “Koqam Kayratkeri” medalı ilə təltif edilib. Bununla yanaşı, Nasixa Xanım Rusiyanın “Şərəf Ulduzu” ordeni ilə mükafatlandırılıb. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru