Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Nursultan Nazarbayev Türk Dünyasının “ULU TÜRK” ordeni ilə təltif olundu

161 Baxış sayı / 26-09-2018 15:22

Qazaxstan Respublikasının Prezidenti Nazarbaev “Dədə Qorqud” Milli Fondunun İdarə Heyətinin qərarı ilə “ULU TÜRK” ordeni ilə təltif olunub. 

Qərarda bildirilir ki, müasir Qazaxstan dövlətçiliyinin təməlini Türk Dünyası tarixinin şanlı səlnaməsində yer alan Abılay Xan Kanşer qoymuşdursa, son 30 ildə dövlətçilik ənənələrini ən yüksək səviyyədə inkişaf etdirən lider Nursultan Abiş oğlu Nazarbayevdir. Nursultan Nazarbayev bir prezident kimi Qazaxstanın dünya dövlətləri ailəsində təməlli yer tutmasının baş memarıdır. Bununla yanaşı, onu da qeyd etmək gərəkdir ki, Türk Dünyasının çağdaş təməl prinsiplər əsasında mədəni birliyinin qurucularından biri də görkəmli dövlət xadimi, dünya birliyi tərəfindən xüsusi şəkildə qəbul edilən böyük siyasətçi Nursultan Nazarbayevdir. 

Qazaxstanda Nursultan Nazarbayevin şəxsən rəhbərliyi ilə yaradılan Beynəlxalq Türk  Akademiyası, Xoca Əhməd Yasəvi adına Türk Dünyası Universiteti, “Türk xalqlarının ortaq ədəbiyyatı, tarixi, mədəniyyəti adına möhtəşəm quruculuq və yaradıcılıq işləri görülməkdədir. Bu gün faktiki olaraq Nursultan Nazarbayevin rəhbərliyi altında Qazaxstan Türk Dünyası ailəsinin mərkəzi statusunu daşımaqdadır.

Nursultan Nazarbayevin uzaqgörən dərin siyasətinin nəticəsidir ki, bu gün Orta Asiya, Xəzərətrafı Regional Əməkdaşlıq, Türk Dövlətləri Birliyi və digər layihələr çərçivəsində qlobal xarakter daşıyan quruculuq işləri görülməkdədir. Bütün bunlar həm də beynəlxalq təhlükəsizliyin, iqtisadi və mədəni inkişafın simvoluna çevrilib. 

“Dədə Qorqud” Milli Fondunun İdarə Heyəti və “Azərbaycan Dünyası” jurnalının Redaksiya Heyəti və Ağsaqqallar Şurası ictimaiyyətdən gələn təklifləri nəzərə alaraq Qazaxstan Respublikasının Prezidenti Nursultan Nazarbayevi “ULU TÜRK” ordeni ilə təltif etmişdir.

Qərarın sonunda bildirilir ki: “Çox hörmətli və əziz Nursultan Abiş oğlu! Qazaxstan və Türk Dünyası adına gördüynüz bu möhtəşəm işləri tarix heç bir zaman unutmayacaqdır. Qazax xalqının dövlətçilik ənənələrinin ən yüksək zirvəsi olan Abalay Xanın milli mirasını bu gün ən yüksək səviyyədə inkişaf etdirirsiniz. Siz bu möhtəşəm əməlləriniz və fəaliyyətinizlə sağlığnızda özünüzə əbədi heykəlinizi qoya bilmisniz. Sizə can sağlığı diləyirik. Tanrı Sizi qorusun!”



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru