Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Nursultan Nazarbayev `Ulu Türk` ordeni ilə təltif edildi

56 Baxış sayı / 21-09-2017 14:33

“Azərbaycan dünyası” beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondu cəmiyyətimizdə gedən prosesləri yaxından izləyir.Redaksiya heyəti, Ağsaqqallar Şuranın və oxucularının rəy və təkliflərini nəzərə alaraq hadisələrə vaxtında qiymət verməyi və dəyərləndirməyi bacarır. Cəmiyyətdə mövqeyi, xüsusi çəkisi və yeri olan ziyaılarımızın yaşadıqları ömür dairəsində, ölkəmizin müstəqillik illərində, qazandığı nailiyyətlərdə göstərdikləri əzmkarlıqlara görə onları zaman-zaman layiq olduqları adlarla təltif edir.

 

Azərbaycan qədim bir türk dövləti kimi mövcud olduğu gündən daim tarixdə öz sözünü deyib və bu yolda hər zaman digər Türk dövlətlərindən dəstək alıb.

 

Qazaxıstan və onun prezidenti Nursultan Nazarbayev də Azərbaycana hər zaman dəstək verənlərdəndir. 

 

Qazaxıstan prezidentinin qədim Türk torpağının təəssübünü çəkməsini və Azərbaycanın ərazi bütövlüyünü bütün tribunalardan dəstəkləməsini nəzərə alaraq "Azərbaycan Dünyası" jurnalı və "Dədə Qorqud" Milli Fondunun Ağsaqqallar Şurası ictimaiyyətdən gələn təklifləri nəzərə alaraq onu "Ulu Türk" Ordeni ilə təltif edib.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru