Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Oljas Süleymanov `Vətən Övladı` ordeni ilə təltif edilib

43061 Baxış sayı / 25-06-2019 15:13

Dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil olmuş Qazaxıstanın ictimai-siyasi xadimi, şair, yazıçı-ədəbiyyatşünas Oljas Ömər oğlu Süleymanov "Dədə Qorqud" Milli Fondunun Ağsaqqallar Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Fondun təsis etdiyi "Vətən övladı" ordeni ilə təltif edilmişdi.

Orden yaxın vaxtlarda Fondun rəhbəri Eldar İsmayılov tərəfindən təqdim ediləcək.

Qeyd edək ki, Oljas Süleymanov 1936-cı ildə Olcabay-batırın birbaşa nəsli olan və 1937-ci ildə represiya qurbanı olan  Qazax  süvari  alayının zabiti Omarxan Süleymanulının ailəsində dünyaya gəlib.

Lev Qumılyov Oljasa bildirib ki, onun atası ilə birlikdə sonradan güllələndiyi Norilsk düşərgəsində bir yerdə olub. 

Oljas Süleymanov linqivistik araşdırmaların, xüsusən «İqoryev alayının sözləri» kimi Türk elementlərinin müəllifi kimi tanınıb. Süleymanovun  ideyaları ona qarşı siyasi kampaniyaların olduğu Sovet dövründə belə Türk dünyasında məşhurluq qazanıb.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]