Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Qazaxıstanda `Azərbaycan Dünyası` jurnalının təqdimatı keçirilib

33130 Baxış sayı / 27-09-2019 16:35

Bu gün Qazaxıstan Milli Kitabxanasında "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Qazaıxstana həsr olunmuş buraxılışının təqdimatı keçirilib.

Jurnalın təqdimatını böyük şəxsiyyət Oljas Suleimenov edib. Daha sonra çıxış edən "Dədə Qorqud" Milli Fondunun rəhbəri Eldar İsmayılov Qazaxıstan-Azərbaycan əlaqələrindən danışıb və bu əlaqələrin yüksələn xətt üzrə getdiyini bildirib. O, jurnalın hazırlanmasında məqsədin də məhz bu əlaqələrə töhfə vermək olduğunu bildirib.

Görüşdə ziyalılar, ictimai xadimlər, gənc nəsilin nümayəndələri və müxtəlif ölkələrin diplomatik nümayəndələri iştirak ediblər.

Tədbirin sonra Eldar İsmayılov Oljan Süleymanovu "Vətən Övladı" ordeni ilə təltif edib.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru