QƏLƏBƏLƏR İCƏRİSİNDƏ ƏN PARLAQ QƏLƏBƏMİZ!

Azərbaycan respublikasının dünya ölkələrinə inteqrasiya edilməsi, dövlətimizin bu ölkələr içərisində nüfuzunun artması yüksək intellektin, zəkanın, təşkilatçılıq qabiliyyətinin, praqmatik siyasətçi, ünsiyyətçilik imici, məntiqi düşüncə, düzgün mühakimə, hadisələrə qlobal baxış, fəaliyyətdə məqsədin düzgün seçilməsi kimi keyfiyyətlərin cəmləşdiyi Azərbaycan respublikasının prezdenti İlham Əliyevin xarici siyasətində Qarabağın işğaldan azad edilməsi proritet məsələdir. Qarabağ bizim tarixi torpağımızırdır. Qarabağın azad olunması uğrunda döyüşlərdə Azərbaycan Respublikasının Prezdenti, Ali Baş komandan İlham Əliyevin elan etdiyi kimi Azərbaycan Xalqının Böyük Vətən müharibəsində xalqımızın, Azərbaycan ordusunun torpaqlarımızın azad olunmasında göstərdiyi qəhrəmanlıqlar sevindiricidir. Şəhid övladlarımıza olan ehtiramımız sonsuzdur!
Azərbaycan Respublikasının Presdenti , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun, Xalqimızın birliyi, Haqq işimizin nəticəsi QƏLƏBƏMİZDİR! Mənfur düşmənə verdiyimiz tarixi dərs Qürurvericidir. Bu gün zaman və vaxt haqq işimizin qələbəsi üçün xeyrimizə işləyir! Məkirli düşmən və onun arxasında dayanan güclərlə döyüşdə Qələbəmiz birliyimizlə, məsuliyyətimizlə, səfərbərliyimzlə bağlıdır. Azərbaycan məktəbi, Azərbaycan müəllimi bu gün Qürur duyur. Onun yetirmələri yeni tarix yazır. Güclü Lider, Güclü Ordu , Güclü Xalq Azərbaycan məktəbinin yetirməsi, Azərbaycan müəllim əməyinin bəhrəsidir. Sizlərlə Fəxr edirik.
Hər bir insan üçün əvəz olunmaz məkan onun Vətənidir. Vətən sevgisidir. "Torpaq uğrunda ölən varsa, Vətəndir"! Torpağı Vətən edən, oğullarımız vardır . Şərq ilə Qərb arasında qapı olan, Böyük İpək yolu olan Azərbaycan zaman zaman mənfur düşmənlərin təcavüzü ilə üzləşib. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Zamanla Vətən övladları öz canları bahasına döyüşlərdə qəhrəmanlıq nümunəsi göstətmişlər. Milli Qəhrəman Çingiz Mustafayevi -dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Məhz onun canı bahasına çəkib dünya göstərilən kadrlarla erməni xislətini, İnsan qətlini, körpələrin, qadın və köməksiz, silahsız qocaların qətlimanın bəşəri cinayət olduğunu sübut edilib. Qarabağ uğrunda şəhid olan genralımız Polad Haşımovun, yüksək rütbəli zabit və əsgərlərimizin, mülki vətandaşlarımızın nigaran ruhlarını rahat olması bizim Qarabağ torpağını düşmən tapdağından azad etməyimiz ola bilərdi. Şükür zaman yetişdi. Torpaqlarımızı düşməndən azad edərik. Şəhidlərin Qarabağda Vətənin azadlığı uğrunda əbədiyyətə qovuşduğu yerdə hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğllarlı, biz yurdumuzu yağılardan azad etdik deyə billirık! Həyat gözəldir,yaşamaq gözəldir, ümumiyyətlə, dünyamız gözəldir. Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması ,İnsanlığın qorunmasına verdiyi töhfələr qürur vericidir.Vətəninə, dövlətinə sədaqətlə xidmət edərək, İnsanlar arasında barış, birlik, əməkdaşlıq, dünyada sülhün, əmin amanlığın bərqarar olmasına töhfələr verən, Azərbaycanınn inkişafına xidmət edən Vətən övladları Qürurvericidir! Onların dövlətə, dövlətçiliyə xidməti, Vətəninə olan sevgisi və xidmətləri sevindiricidir. Amal və istəyində Azərbaycan dövləti dayanan, fəaliyyətləri ilə Vətənimizin qüdrətini artmasına öz töhfəmizi vermiş Azərbaycanı oğulları. Əziz Vətən Övladları:-Bir olaq, Güclü olaq! Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək! Vətənimizə Dəstək Olaq!
Tarixin Şərəfli anlarını yaşayan Azərbaycan!
Qarabağın uğrunda olsun canımız Fəda!
QARABAĞ AZƏRBAYCANDIR, NİDA!
Gözün aydın Azərbaycan! Biz bir canıq, bir olanda bəli varıq! Sözü imzası qədər kəsərli olan Ali Baş Komandanın arxasında Xalq, qarşısında Güclü Ordu, Qarabağın azadlığı uğrunda canlarından keçən Şəhidlərlə bir yumruq. Zərbi kərən sındıran! Yeni tarix yazan xalqımızın zamanla əldə etdiyi qələbələr içərisində ən paqlaq Qələbəsinə imza atılacaq anları birgə yaşayırlq. Azərbaycan Respublikasının Prezdenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən –Qarabağ Azərbaycandır peallığının təsdiqinə möhur vurulacaq! İnşallah!
Qarabağ Azərbaycandır!
Cənnət Məkan Diyardır!
Sözüdə İmzası qədər Kəsərli!
Ali Baş Komandan Vardır!
Güclü Ordu,Güclü Xalq birliyindən güc Alır!
Arxasında Xalq Dayanır, Birliyimiz Qələbə!
QARABAĞ AZƏRBAYCANDIR, NİDA!
Türk erası,Türk Dünyası Sınanır!
Azərbaycan-Türkiyə yeni Modeli yaranır!!!(Z.V)
Uğurlar Qürurverici! Birliyimiz daim olsun NAR kimi!Nar içində dənələr bir birini Qruyurlar! Arakəsmə pərdələr dənələri Qruyurlar! Məhs Qoruyanlar Qorunurlar! Bizi Allahın qüdrəti qoruyur. Haqqın qələbəsinə Allah özü zamın olub! Zaman və Vaxt Qələbəmizi diqqtə edir! Bütün dünya izləyir, gözləyir Qələbəmizin elan olunacaq anı. Azərbaycan dünyaya ədalətli mübarizənin Qələbə təntənəsini nümayiş etdirir. Yaradanın yaratdıqlarının qorunmasına, bəşəriyyənin qorunmasına , dünya nizamına töhfəsini verir Azərbaycan. Eşq olsun Azərbaycan dövlətinə, Azərbaycan xalqına, tarixi Qələbələr yazan Azərbaycan Ordusuna! Ali Baş Komandan, dövlət başçısı, Güclü Liderlə birləşmiş Xalqın gücü yenilməzdir! Yeni Eranın, Türk Erasının Qələbəsinə imza atan Azərbaycan-Türk Modeli ilə yeni dünya nizamı yaranır! Uğurlar.!
Azərbaycan dövləti, Azərbaycan Ordusu və Xalqın qətiyyəti, birliyimizin nəticəsi Qələbəmizin təminatıdır! Mənfur düşmənə verilən tarixi dərs Qələbəmizi yaxınlaşdırır.
Bu gün gərək
Hər anımız Vətən!- desin!
Qılıcımız,qalxanımız
Vətən!-desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən !desin .(Məmməd Araz)
Bu Vətən savaşıdır,bu Torpaq savaşı!
Qarabağdan asılacaq Bayraqın savaşı!
Haqqı uğurda Xalqın savaşı!
Haqq yolunda canımız olsun Fəda!
Qarabağ Azərbaycandır, Nida! (_Z.V.)
Məkli düşmənə qalib gələcəyik. Müharibə şəraitində məsuliyyətli olmalı, tələb olunan qaydalara əməl etməklə Vətənimizə, Dövlətimizə, Ordumuza dəstək olmalıyıq. Bu tarixi günlərdə bir olmaq, güclü olaraq zaman və vaxtın yaratdığı imkandan yaralanmaq üçün səfərbər olmağımız vacibdir.
Unutmayaq:-Məkirli düşmən və onun arxasıda olan güclərlə döyüşlədə Qələbəmiz birliyimizdə, məsuliyyətimizdə, səfərbərliyimizdədir. Dövlər başçımızın qətiyəti, Sözünün kəsəri, Ordumuzun qüdrəti, Xalğımızın gücü Qələbəmizdir! Güclü,Vahid Azərbaycana eşq olsun!
Salam Azərbaycan Gözlərin Aydın!
Ali Baş Komandanın Sözünün kəsəri var!
Körpələr Xoşbəxt yaşasın deyə, Cihadı var!
Kürəyində dayanmış Xalq!
Başımız üstə Allah!
Qarabağ azad olcaq, İnamımız var!
Mənfur düşəmən məhv olacaq!
Şəhidlərin ruhu Şad!
Parlaq Qlələbəyə vuracaqsan Möhrünü!
Qazanmısan xalqın Məhəbbətini, Mehrini!
Ali Baş Komandan vardır!
Dövlətinə sipər olan Ordumuz Vardır! (Z.V)
Azərbaycan tarixi torpaqlarının mənfur düşmən tapdağından təmizləyir. Qarabağın azadlığı uğrunda mücadilə edirik. Qələbələrimiz davamlı olacaq. Qarabağ tam azad olunacaq! Şəhidlərimizin ruhu Şad olacaq! Şuşada Cıdır düzündə Azərbaycan Bayrağı dalğalanacaqdır!!! Vətəni sevmək,Vətən daşı olmaq gərək! Bol sərvətli, həm dövlətli, İnsanları Qabiliyyətli, Elmili, Zəkalı, Dühalı Məmləkdir Azərbaycan! Qorunmalı! Bəşəriyyətin, İnsanlığın, Vətənin qorunması bu gün hər kəsin qarşısında duran, həllini gözləyən məsələdir. Müstəqil dövlətimizin qorunması dünyanın hər cür var dövlətindən, nemətindən qiymətlidir. Məkli düşmən hiyləsinə qalib gəlmək zamanın diqtəsidir. Evimiz , son mənzılimiz olan Vətən Qorunmalı! Vətən nəslinin, kökünün, əcdadalarının, övladlarının , dünəninin, bu gününün, sabahın Şərəf və Qürur yeridir! ORUNMALI!
Hərbi Cinayətdir İnsan Qətlimanı!
Dünya niyə gözün görmür?
Qulaqların karmı Sənin?
Günühsız körpələr qətlə yetrilir!
Dinc əhali Qırılır!
Dünyasa susub durur!
Xocalı təkrar olunur!
Yerdə qalmaz bil ki,qanlar!
İntiqamın alarlar!
Bayrağımız Qarabağda dalğalanar!!!
Azərbaycan Ədaləti Zəfər Calar!!!
Qarabağ Azərbaycandır!Möhrünü Vurar!!!
İnşallah! (Z.V.)
Dünya Görsun Erməninin Xislətin!
Birliyimiz ,döyüş ruhumuz sarsılmaz!
Bu qan yerdə qalmaz, Şəhidlər ölməz!
Azərbaycan Ordusunun zərbəsinə tab gətirə bilməz!
Daş üstündə yaradılan, torpağa həsrət olan erməni!
Məhv olacaq,öz qanında boğulacaq erməni!
BİLMƏLİ:-Azərbaycan yatmış Vulkan,
Oyanıb Od Püskürür!
Aman verməz bir daha,
Şəhid qanı yerdə qalsın!
Qarabağ düşmən tapdağında qalsın!
Qisas Qiyamətə Qalsın!
Vətən daşı olmalı,Qrunmalı,Orumalı!
Qarabağ Azərbaycandır Möhrünü Vurulmalı!
Güclü Dövlət, Güclü Lider, Güclü Ordu,
Birdə Vətən Sevgisi!!!
Bəşərin,İnsanlığın,bir Millətin,bir dövlətin Qüdrəti,
Dünyanın yeni nizamına Möhürün Vurur!
İmzasın atır Azərbaycan Türkiyyə!!!(Z.V)
Xeyirli və Uğurlu olsun! Qəbələbələrimiz davamlı olsun! İnanırıq Şuşada Azərbaycan Bayrağının dalqalanacağı gün uzaqda deyil!
Zülfiyyə Vəliyeva
ADPU-nun ETM:-Tətbiqi tədqiqatlar bölməsinin elmi işçisi, Əməkdar Müəllimi
Akademik Mehdi Mehdizadə Mükafatı laureatı
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]