Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

“Royalın hekayləri” adlı sinif konserti

2386 Baxış sayı / 25-04-2022 10:32

Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Ləman Əhədovanın  şagirdlərnin iştirakı ilə “Royalın hekayləri” adlı sinif konserti baş tutdu. Proqramda Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri şagirdlərin ifasında səsləndi. 

Konsertdə ilk olaraq söz -  qiraətçi, aparıcı Hüseynağa Aslanova verildi. O, sinif konsertinin keçirilməsinin   mövcud pandemiya şəraiti dövründə şagirdlərdə ruh yüksəkliyini yaratmaq, peşəkarlığı artırmaq nöqteyi-nəzərdən  əhəmiyyətli olmasından söz açdı. 

Ön sözdən sonra şagirdlərin ifasında  V.A.Motsart, V.Gillok, Y.Sibelius, P.İ.Çaykovski, A.Bəbirov, F.Əmirov, İ.Abdullayevin repertuarından  səslənən texniki cəhətdən mürəkkəb, emossiona-ifadəlilik baxımdan parlaq, xarakter baxımdan  rəngarəng əsərlər dinləyicilərə böyük  zövq verdi. Şagirdlər  sanki  royalda biri-birindən maraqlı   musiqili hekayələrini dinləyicilər üçün ifa etdilər.  Qeyd edək ki, şagirdlərin bəziləri aşağı sinifdə oxuduqları üçün  böyük səhnə onlar üçün ilk təcrübədir. Digər  şagirdlər  isə   artıq Respublika və Beynəlxalq müsabiqələr laureatları adını qazanmışdılar.

Yekunda müəllim Ləman Əhədova özü də müxtəlif xarakter və üslublu əsərlər ifa edərək özünü həm təcrübəli müəllim, həm də  peşəkar ifaçı kimi təsdiqlədi. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]