Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Siz bizim qürür yerimizsiniz!!!

11202 Baxış sayı / 28-05-2022 18:51

Başda cənab prezident İlham Heydər oğlu Əliyev olmaqla “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının baş redaktoru və təsisçisi, “Dədə Qorqud” Milli Fondunun rəhbəri olaraq xalqımızı, bütün dünya azərbaycanlılarını, oxucularımızı və  saytımızın izləyicilərini Respublika günü münasibətilə təbrik edirəm. Tariximiz  boyu ürəyi Azərbaycan, Vətən sevgisi ilə döyünən xalqım qəhrəmanları ilə yaddaşlara həkk olunub. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məhəmməd Əli Rəsulzadə, Behbud bəy Cavanşir, Məmmədbağır Şeyxzamanlı, Xosrov bəy Sultanov, Əliağa Şıxlinski, Əli bəy Hüseynzadə kimi şəxsiyyətləri böyük qürurla anaraq ruhları qarşısında baş əyirik. Bu müqəddəs missiyanı davam etdirərək 44 günlük II Vətən müharibəsində böyük cəsarətlə iştirak edən Vətənimizin hər bir övladına dərindən təşəkkürümü bildirmək istərdim. Allahdan bütün Şəhidlərimizə rəhmət, qazilərimizə və Şanlı Qələbənin qazanılmasında zərrə qədər də rolu olan hər kəsə ürəkdən can sağlamlığı arzu edirəm.

 

 Siz bizim qürür yerimizsiniz!!!

 

  Bu gün bizə müstəqillik hüzurunu yaşadan hər bir qəhrəmanın qarşısında baş əyirəm.!!!



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]