Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Tanınmış vəkil “Ədalət Qılıncı” ordeni ilə təltif edildi

60922 Baxış sayı / 12-09-2019 14:42

Abşeron rayon Vəkillər kollegiyasının vəkili Əli Meybbula oğlu Hüseynov 36 ildir peşəkar  hüquqşünas kimi fəaliyyəti  ilə  respublikamızda  və onun hüdudlarından kənarda  tanınır. Onun  həyat  və fəaliyyətində “Şah qanun deyil, Qanun Şahdır” ifadəsi qırmızı  xəttlə keçir. Cətin, mürəkkəb situasiyalarda  prinsipal mövqeyi ilə seçilən Əli müəllim müdafiəsində olduğu hər bir  işin  qanunun tələbinə   uyğun həlli  üçün  inadla çalışır, nəticələr  ürək açandır. Qanunun aliliyi  həmişə təmin  olunub.  Əli müəllim  xeyli müddətdir  həm yerlimiz Azizov Rauf  Rafiq oğlunun pozulmuş hüqüqlarının  müdafiəsi ilə bağlı peşəkarlıqla apardığı işin nəticəsinin sonada  uğurla yekunlaşacağına inanır. Əli müəllimin Qusar rayon məhkəməsində Azizov Rauf  Rafiq  hüqüqunun müdafəsi ilə bağlı çıxışından sonar  hakimin    qəbul etdiyi qərar  Əli Hüseynovun  işinin peşəkarı olması bir daha təsdiq olundu. Əli müəllimin peşəkar fəaliyyəti "Dədə Qorqud" Milli Fondunun rəhbəri, ”Azərbaycan Dünyası” jurnalının  baş redaktoru  Eldar İsmayılov diqqətindən kənarda qalmayıb. "Dədə Qorqud" Fondu  peşəkar insanların qiymətləndirilməsi kimi məsuliyyətli bir işi həyata keçirir. Öz ənənsinə sadiq olan Fondun rəhbəri  Eldar İsmayılov vəkil  Hüseynov Əli Meybbula oğlunun xidmətini məhkəmə zalında qiymətləndirərək onu “Ədalət Qılıncı” ordeni ilə təltif etmişdir. Vətənin uğurlarında əməyi olan hər  kəsə dəstək olmaq "Dədə Qorqud" Milli Fondunun əsas qayəsidir.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]