Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Türk sənətçi `Dədə Qorqud` mükafatı ilə təltif edilib

141 Baxış sayı / 28-06-2017 21:55

Böyük türk dünyasında xalq musiqisinin, incəsənətinin və milli mədəniyetinin inkişafında misilsiz xidmətlərinə görə, “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” jurnalının Ağsaqqallar Şurası tərəfindən Oğan Han “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi Dədə Qorqud Mükafatına layiq görülüb.

Bu mükafat Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılov tərəfindən yaxın günlərdə İstanbul Yeditepe Universitetində Ogan Xana təqdim ediləcək.

Dosye: Oğan Han 1981-ci idə Ankrada anadan olub. Kiçik yaşından musiqi ilə məşğul olub. Daha sonra Litsey təhsilini tamamladıqdan sonra 2000-2003-cü illərdə türk mədəniyyətini araşdırmaq üçün Türkiyə Mədəniyyət Nazirliyi nəzdində solist olaraq 500-dən çox konsertlər verib. 2001-2003-cü illər arasında TRT Ankara radiosunda solist olaraq fəaliyyət göstərib. Daha sonra təhsil üçün 2003-2005-ci illərdə İstanbul Universiteti Dövlət Konservatoriyası opera fakültəsinə daxil olub və təhsilini yarıda saxlayaraq, 2005-ci ildə İstanbul Yeditepe Universiteti Gözəl Sənətlər fakültəsinin Sanat Yönetimi bölümünə daxil olub. 2010-cu ildə məzun olub. Bu günə kimi 9 oyun yazıb, solistliyini edib. Hələ də müsuqi ilə məşğuldur və ve albomları var. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru