TUĞRA NƏDİR?

Osmanlı padşahlarının istifadə etdiyi Tuğra barədə bilmədiklərimiz
Bu yazımda isə sizlərə bəlkədə çoxlarınızın indiyədək bilmədiyi və Osmanlı Sultanlarının hamısının imzası yerinə istifadə olunan Tuğradan bəhs etmək istəyirəm. Uzun müddət apardığım araşdırma yəqin ki marağınıza səbəb olacaq.
Osmanlı padşahlarının istifadə etdiyi Tuğralar ümumilikdə dörd hissədən ibarətdir. Və Bunlara müxtəlif adlar verilmişdir.
1) Tuğranın Sərəsi (Kürsüsü): Tuğranın alt tərəfində olan və əsl mətnin yazılı olduğu qisimin adıdır. Bura kürsü də deyirlər. Sərə Sultanb III Mehmetin tuğralarında göstərilməyə başlanmışdır.
2) Tuğranın Ovalları: Tuğranın sol tərəfində olan və ümumiyyətlə Xan və Bin sözlərindəki "nun" hərflərinin bəzən də başqa bir sözdəki "dəl" hərfinin təşkil etdikləri qövslərə verilən addır. Bəzi tuğralarda ovallar tuğra şəklini tamamlayan işarələrdir.
3) Tuğranın Tuğları: Tuğranın üst tərəfindəki "əlif" hərfi şəklindəki xəttlərin adıdır. Bunlar, bir tuğra xaricində hər tuğradan üç ədəd olaraq görünməkdədir. Tuğlar, bəzi tuğralarda heç bir hərf ifadə etməyən və yalnız şəkli tamamlayan işarələrdə ola bilər. Osmanlı dövlətində üç tuğ hökmranlıq əlaməti idi. Tuğralarda olan, üç tuğ ənənəsi də bu əlamətin Tuğralarda əks olunması kimi də düşünülə bilər.
4) Tuğranın Qolları: Ovalların davamı olan və "müzəffər" sözünün üstündən keçərək sağa doğru paralel uzanan qisimlərə verilən addır. Bunlara "xəncər" adı da verilir.
Tuğrada mətnlə əlaqəsi olmayan bəzi işarələr də var. Bu işarələr, tuğranın şəklini tamamlamaq üçün əlavə edilmişlər. Heç bir söz və ya hərf deyildir. Bir məna da daşımır.
Tuğranın inkişafını araşdırdıqda, hər tuğranın əvvəlki padşah tuğrasına mümkün olduğu qədər bənzədilmək üçün səy sərf edildiyi görünür. Tuğraya daxil edilən yeniliklər belə, çox vaxt bu bənzətmənin təmini üçün edilmişdir.
Tuğralar ümumiyyətlə iki ovallı və üç tuğludur. Hər yeni tuğrada bu ünsürlərin də olması lazımdır. Mətndəki hərflər bir tuğ, bir oval olaraq və ya hər ikisi birdən tuğraya əlavə edilir.
ƏL-MÜZƏFFƏR DAİM TƏBİRİ: Daim Müzəffər olan, qalib gələn mənasındadır. Ərəbcə bir tamlamadır. II Muraddan sonra bütün tuğra mətnlərində istifadə edilmişdir.
TUĞRALARDA NÖQTƏLƏMƏ və İŞARƏLƏR
Tuğralarda hərflər nöqtəsiz yazılır. İlk tuğralarda bəzi hərflərin nöqtələri müəyyən biz nizam olmadan qoyulmuşdur. Hətta bəzi hərflər nöqtəsiz, bəzi hərflər nöqtəli yazılmışdır, daxili və xarici ovalları əmələ gətirən "N" (nun) hərfi üçün ilk tuğra nümunələrində bəzən tək, bəzən isə cüt nöqtə qoyulmuşdur. Ortadakı tək nöqtə vaxt keçdikcə bəzək halını almış və Fatehin tuğralarında mətnə "daim" sözünün daxil edilməsi ilə nöqtə ləğv edilmişdir.
TUĞRANIN MƏTNİ
1) Padşah və ataların adları:
Tuğra, padşahın yazılı əlaməti, bir növ imzası olduğuna görə, mətndəki ən əhəmiyyətli sözlər, padşahın öz adıyla atasının adıdır. Bu ikisinin oxunması çox vaxt tuğranın hansı padşaha aid olduğunun göstəricisidir. İlk tuğralarda mətn yalnız bu iki ad ilə oğulu mənasını verən "bin" sözündən ibarət idi. Orxan bin Osman kimi. Adlar tuğranın kürsüsündə yerləşir. Ümumiyyətlə isə tuğra mətni aşağıdan yuxarıya doğru oxunacaq şəkildə yığılır. Tuğra sahibinin adı altda, atasınınkı üstdə olur. Bəzi tuğralarda bu adlar iç-içə girmiş, bəzilərində isə bir sətir halında yazılmışdır.
2) Bin sözü:
Ərəbcə oğul mənasını verən bir sözdür. Tuğralarda padşahın atasının adının önünə gəlir. Orxan bin Osman, "Osman oğulu Orxan" kimi.
3) Xan sözü:
Xan, Türklərdə hökmdara verilən ünvandır. Osmanlı padşahları da bunu istifadə ediblər. Xan ünvanı ilk dəfə I Bəyazitin tuğrasında görünməkdədir. Bəyazit Bin Murad Xan kimi.
4) Şah sözü:
Şah sözü bir ünvan olmaqla birlikdə, tuğralarda ilk dəfə bir ad əlavəsi kimi görünür. Şahzadə Səlimin öz tuğrasına qoyduğu şah sözü, adının Səlim Şah olduğu üçündür. Qardaşları Şahin Şah və Aləm Şah kimi. Qanuni Sultan Süleymanın da əsl adı Süleyman Şahdır.
Səlim bin adlı Şah yoxdur. Şahzadəliyi dövründə çəkdirdiyi tuğralarda Şah ünvanını istifadə etmişdir. Padşah olduqdan sonra tuğra mətninə Şah ünvanı daxil edilmiş, "Şah" sözü iki dəfə təkrar edilmişdir. Səlim Şah Bin Süleyman Şah Xan Əl-Müzəffər Daim kimi.
Nişançılıq: Osmanlı dövlətinin tərkibindəki "Qələmiyə" sinifinin ən yüksək mövqelərindən biri nişançılıq olub. Bu vəzifədə olanlara "Nişançı" (Osmanlı dövlətində "Divani humayun"da çıxan yazıları incələyib düzəldən), "Tevki" (Tuğra çəkməklə məsul olan şəxs), "Muvakki" (Günəşə baxaraq namaz vaxtını müəyyənləşdirən şəxs) və ya "Tuğra" deyilərdi.
XVIII əsrin əvvəlinə qədər nişançılar, dövlətin köhnə və yeni qanunlarını və mərasimlərini ən yaxşı bilən, şəriət və hüquq qanunlarına müəlliflik edən və Divanda (Divani Humayun - Sultan Divanı) bu mövzuda fikirlərdən faydalanan şəxslərdən seçilərdilər.
Nişançılar bir növ rəsmi sənədlərə nəzarət edərək, padşahın imzası olan tuğranı çəkərmişlər. Bu onlara bir növ təftiş haqqı da qazandırırdı.
İlk dövrlərdə padşahların öz tuğralarını özlərinin də çəkdikləri məlumdur. Sonradan dövlətin böyüməsi və işlərin çoxalması bu vəzifənin nişançılara verilməsini tələb etmişdi.
Padşahlar birinə sevgi və iltifat olsun deyə tuğrasını çəkmək üçün ona məşq etməyi əmr edərdi. Bu bir növ diqqət idi. Vəzir təyin edilənlərin tuğra çəkməyi məşq etməsi adət sayılırdı və buna "Məşq-i Tuğra" deyilərdi.
Saxta tuğra çəkməyin cəzası çox ağır idi. Bu cinayəti edənlərin əlinin kəsilməsi və ömür boyu həbs cəzası verilərdi.
Sədrəzəm (ən yüksək dərəcələ Osmanlı məmuru), vəzirlər kimi nişançılar da "Divani Humayun"un üzvləri idilər.
Sərhəd əyalətlərindəki vəzirlərə aradakı məsafənin uzunluğu və tez qərar verməyin vacibliyi düşünülərək, onlara tuğra çəkmək icazəsi verilmiş, ancaq bu üsul XVII əsrdə ləğv edilmişdi.
"Sərdari Əkrəm", yəni birbaşa padşahın əmri altında olan ordu rəhbərləri səfərə gedən zaman, sədrəzəmlər məcbur olaraq Tuğra çəkilmiş boş kağızlar verirlərmiş ki, lazım olduqda onları doldursunlar. Bu tətbiq digərlərindən fərqli olsa da, fərman yenə padşahın adından çıxarılardı. Bununla birlikdə daha sonra bu üsul da ləğv edilmiş, "Sərdari Əkrəm"lərə padşahın adından olmaq şərtiylə tuğra çəkmək icazəsi verilmişdi.
Ləqəb:
Tuğraların sağ üst küncünə buradakı boşluğu doldurmaq və gözəl görünməsini təmin etmək məqsədi ilə estetik bir diqqət və tarazlıq üçün yarpaq və ya çiçək rəsmi şəkilərdi. Xüsusilə II Süleyman və III Əhməddən sonra bu bir ənənə halını aldı. Bu şəkillər bəzək olaraq qoyulduğu üçün sənəd üzərindəki tuğralara çiçək və ya yarpaq çəkilməzdi. Bu cür bəzəkli tuğralar pullar üzərində daha çox görünür.
İlk dəfə II Mahmud tuğralarında çiçək və yarpaq qoyulan boşluğa "Adil" ləqəbinin qoyulduğu müşahidə olunmaqdadır. II Mahmud Adil ləqəbini taxta çıxdığı ilk gündən etibarən istifadə etmişdir.
Osmanlıların ilk sultanları müharibəyə gedər və qayıtdıqda "Qazi" adını alardılar. Şeyxülislamın fətvası ilə verilən qazilik adını, son vaxtlarda sultanlara qazanılan müharibənin şərəfinə verilmişdir.
II Əbdülhəmid, III Plevna müharibəsindən (Plevna müharibəsi, 1877-1878-ci illərdə baş vermiş Osmanlı - Rusiya müharibəsi əsnasında Rusiya İmperiyasının ordusunun mühasirəyə aldığı Bolqarıstanın Plevna şəhərinin Osmanlı ordusu tərəfindən müdafiəsi zamanı baş vermişdir.) sonra bu adı almış və hazırlanan "Rusiya Müharibəsi" medalları üzərindəki tuğraların sağ və üst künclərinə "Əl-Qazi" ləqəbi qoyulmuşdur.
II Əbdülhəmid, Əl-Qazi ləqəbini rəsmi sənədlərdə tuğra ilə birlikdə daim istifadə etmişdir.
Sultan V Mahmud ləqəb istifadə edən üçüncü sultandır. Taxta çıxmasının ilk günü təqdim edilən tuğrada sağ üst küncdə "Rəşad" ləqəbi var. Bu ləqəbi rəsmi sənədlərdə, binalarda, pullarda və tuğranın istifadə edildiyi hər yerdə tuğrası ilə birlikdə istifadə etmişdir.
Çanaqqala döyüşündən sonra pullarda və rəsmi sənədlərdəki tuğralarında "Rəşad" əvəzinə, "Əl Qazi" ləqəbin istifadə etməyə başlamışdır.
Şahzadə tuğraları:
Osmanlı padşahlarının oğlanlarına kimdən doğulmasına baxmayaraq, Çələbi Mehmet zamanına qədər "Çələbi", bundan sonra da "Şahzadə" deyilmişdir.
İlk Osmanlı şahzadələri kiçik yaşdan etibarən əhəmiyyəti olan sancak(Osmanlıda el və mahallar arasında olan rəhbərlik bölməsi. Qohumlar buralara təyin edilərək, pul, iş-güc sahibi olmaları və əl-ayağa dolaşmamalrı təmin edilirmiş) və vilayətlərdə valilik edirlərmiş.
Şahzadə sancaklarının hamısı Anadolu Bəyliklərindən alınan yerlər idi. Şahzadələr bu ərazilərin baş şəhərlərini özlərinə mərkəz etmişdi.
Şahzadələr, adları ilə tuğra çəkdirər, əmrlər yazdırar və bu surətdə öz idarələri altındakı bölgələrdə padşah kimi hökm sürərdilər. Ancaq onlar öz adlarına pulburaxa və xütbə oxuda bilməzdilər. Bu iki imtiyaz təkcə padşahlara aid idi.
Şahzadə tuğraları da eyni üsullarla tərtib edildiyinə görə, şəkil, yığım və mətn baxımından digər tuğralardan fərqli deyildilər. Şahzadə, əgər taxta çıxsa tuğrası dəyişməz və şahzadənin səltənəti müddətində Şahzadəliyində istifadə etdiyi tuğrası istifadə edilərdi.
Aqil Mehdi
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]