Udinlər

Udinlər (udi adından götürülmüşdür) Azərbaycanın avtoxton xalqı, Qafqazda qədim köklərə malik olan etnoslardan biridir. Yer kürəsinin ərazisində udilərin sayı 10 000 çoxdur və udilərin əsas hissəsi təxminən 4.0 min nəfər olmaqla Azərbaycanın ərazisində Nic qəsəbədə, Bakı və Oğuz şəhərlərində yaşayırlar. Udilərin qalan hissəsi isə Rusiyanın, Ukraynanın, Gürücüstanın və Qazaxıstanın ərazisində yaşayırlar.
Şeyda Quliyeva
Udi dili – Qafqaz Albaniyasının əhalisinin dilinin xələfidir. Udilər qafqaz-iberiy qrupunun udi dilində danışırlar, belə ki, udi dili iki dialektə - nic və oğuz – oktomberiya dialektinə malikdir.
Udilərin əsas dini ortodoks xristianlıqdır və birbaşa Alban Apostol kilsəsinin varisləridir. Xristianlıq missiyası burada bizim eramızın birinci əsrində fəaliyyət olunmuşdur və 313-cü ildə çar Urnayr xaçpərəstliyi dövlət dini kimi qəbul etmişdir. Alban carı Cavanşirin hökmranlığı dövrü xristianliq çiçəklənməsi dövrü kimi hesab olunurdu – belə ki, həmin dövrdə 300 – dən artıq kilsə və məbədlər tikilmişdir.
Azərbaycan Respublikasının Alban-udi xristian icması 10 aprel 2003 cü ildə dövlət tərəfindən qeydiyyata alınmışdır.
Udilər digər alban tayfaları kimi xristianlığı qəbul etdikdən sonra əvvəlki adət-ənənlərini unutmamış və bu adətlər yeni din ilə razılaşdırılmışdır. Məsələn, evdə, ocaqda, əvvələr olduğu kimi günorta və gecə sönməyən alov yanırdı və bu da atəşpərəstliyin qalıqlarından xəbər verir.
Ocağın produksiyalı (“qadın”) funskiyalarının icra olunması mənzilin divarlarından kənara çıxmışdır (çörəyi yay mətbəxində xüsusi olaraq tikilmiş təndirdə bişirirlər). Udilər gecə və günorta ev ocağında istiliyi qoruyub saxlayırlar. Sonradan açıq ocaq divarlardan birində qurulmuş buxarı ilə əvəz olunur (şaqulilik pozulmuşdur). İndiyə qədər buxarılar bütün regionda öz nüfuzunu qismən qoruyub saxlayır.
Hələ 19 əsrdə Udinlər əkinçilik, ipəkçilik, bağçılıq və bostançılıq kimi məşğuliyyətləri ilə məşhur idilər. Udinlər oturaq həyat tərzi keçirərək çoxsahəli mədəni əkinçilik ilə məşğul olur və eyni zamanda, qadınların əsas məşğuliyyəti düyüçülük və ipəkçilik, sənətkarlıq və otlaqlara aparılan heyvandarlıq idi. Udinlərdə bir çox mərasimlər və təqvim, məsələn, üzüm bağlarının müqəddəs sayılması əkinçilik ilə bağlı idi. İndiki günə kimi udin leksikasında keçmişdə mövcud olan və təsərrüffat fəaliyyəti ilə əlaqədar olan bir neçə ayların adları qorunub saxlanmışdır: tule / tuen – üzümlü, namos / kamos – çiy, sile / şili – toxumlu, bokavon – yandırıcı, yexniya / yexna – biçinli, xabniya / xibna – üçüncü.
Udinlərin mətbəxi müxtəlif olub, unlu, südlü, ətli, bitki yağı ilə bişirilmiş yeməklərdən ibarətdir. Burada xaris yeməyini xüsusi olaraq qeyd etmək lazımdır. Xarisa - əkinçilərin ənənəvi qidasıdır.
Qeyd etmək lazımdır ki, xarisa – sıyıq halına salınana qədər bişirilmiş və kərə yağı ilə ət və ya quş əti tikələrinin əlavə olunduğu buğdadır. Xörəklərin hazırlanmasında dana, qoyun, donuz, eləcə də, ev quşunun, xüsusilə də, hind quşunun əti istifadə olunurdu. Azərbaycanın digər rayonlarında bu xörək xalimaşa kimi yaxşı məlumdur. Afar ən məşhur udin xörəyi olub, onun əsas inqridiyenti gicitrkəndir. Udin xörəklərinin hazırlanması reseptləri analardan qızlara ötürülür.
Bütün bunlar ilə yanaşı, udin qadınlar nərə balığından, uzunburun balıqdan, qızıl nalıqdan, xərçənglərdən, ilanbalığından xörəklər hazırlayırdılar. Onlar çiyələkli, otlu içkilər, alça arağı, üzüm, gavalı, alma, armud, zoğal, tut arağı hazırlayırdılar. Udin qadınları bal, ballı halva hazırlayırdılar.
Udin qadınlarının ənənəvi qiyafəsi Qarabağ, Şəki, Zəğəzur xanımlarının qiyafələrinə çox bənzəyirdi. Ənənəvi qadın üst paltarı geniş uzun tumanlardan, çox geniş yubkadan ibarət olub, onların üstündən dizə qədər arxalıq taxır, ayağa qədər uzun qol ətəklərini bellərində bağlayırdılar. Arxalıq iri toqqalı geniş gümüşü kəmər ilə sarınırdı və daha kasıb xanımlarda isə arxalıq parça kəmərlə (küştük) bağlanırdı. Ayaqlarına toxunmuş corabla və çarıqlar geyinir, kasıb udin xanımları isə koş (arxası olmayan dikdaban dəri ayaqqabı) taxırdılar. Udin qadınların qadın baş örtüyü – daqta olub, bir neçə elementlərdən ibarət olan özünəməxsus mürəkkəb quruluşa malikdir: əvvəlcə başa dairəvi papaq – “qatar” araqçını taxır, onun üstündən çələbəndi – ucları çənə altında bağlanan tesma ilə birləşdirilmiş iki parça üçbucaqlı ilə sarıyırdılar. Bu daqta olub, onun üstündən yalıqat adlı üçbucaqlı ağ yaylığı, daha sonra isə ucları çənə altında bağlanan kiçik ölçülü təpəlik yaylığını başlayırdılar. Onların da üstündən dinaya – böyük qara yaylıq bağlanırdı. Ailə qurmuş udin qadınlar üzlərinin aşağı hissəsini yaşmaqla bağlayır, yəni yaşmaqlanıdılar. XX – ci əsrin 30 – 50 ci illərində ənənəvi paltar yoxa çıxır.
XX – ci əsrin ənənəvi paltarı yoxa çıxır. Müasir udinlər şəhər tipli paltar geyinirlər. Udin kişilər və Udin qadınlar erkən yaşlarında nikah münasibətlərinə girirdilər: gənc oğlanlar 16, qızlar isə 13 yaşında ailə qururdular. Udinlərin nikahları adətən öz mühitlərində bağlanır, lakin eyni zamanda, hətta yadlar və qan qohumu olmayanlar: yeddi nəsildən bəri qohumlar ilə nikaha dair ən ciddi qadağalara da riayət olunurdu. Keçmişdə udinlər üçün böyük ailənin olması xas idi, və bu ailənin üzvləri biri – biriləri ilə yaxın qohumluq münasibətlərində olub, “ailə” məhəllələrində sıx yaşayırdılar. Udinlər arasında ana xətti üzrə qohumların nikah münasibətləri ciddi şəkildə qadağan olunurdu.
Əgər valideymlərin övladları körpə yaşlarında vəfat edirdilərsə, o zaman uşağı qorumaq üçün yeni doğulmuş körpəyə ana südünü məhz övladları tələf olmayan qadın verirdi və bununla da, ailələr arasında süd anası qohumluğu qurulurdu.
Ata – evin başçısı və hakimi olub, ailənin bütün üzvləri sözsüz olaraq ona tabe olurlar. Ana – xalqın adət - ənənələrinin və ocağın qoruyucusudur. Uzaq keçmişdə Udinlər üçün böyük ailə xarakterik idi və bu ailənin üzvləri bir – biriləri ilə yaxın qohumluq əlaqələrində olub, sıx şəkildə ailə məhəllələrində yaşayırdılar. Hər bu cür məhəllədə tarla və bağ işlərinə rəhbərlik edən başçı, yəni adətən, böyük ailənin başçısı var idi. Lakin artıq XİX əsrdə kiçik ailələr üstünlük təşkil etməyə başladılar.
Udinlər keçmişdə qapalı həyat tərzi keçirirdilər: udin qadınlar üzlərini bağlayırdılar, qadınlar kişilərdən ayrıca nahar edirdilər, naməhrəmlər ilə söhbət etmək ixtiyarına malik deyildilər, qadın ərinin icazəsi olmadan evdən çölə çıxa bilməzdi. Udinlərdə gəlinlərin seçilməsi adətən, dini bayramlarda baş verir, bu zaman nəinki gəlinin, eləcə də, onun anasının və ananın qardaşının şəxsi keyfiyyətləri də nəzərə alınardı. Nikah cütlüyünün seçimində həlledici səsə ananın qardaşı malik idi, hərçənd ki, qadının təşəbbüs göstərdiyi hallar qeydə alınmışdır.
Qızın gəlin kimi seçilməsindən sonra gənclər və ya onun yaxınları “tələsik mənimsəmə” üsullarından biri ilə yerində öz sevgilisinə sahib çıxmağa çalışır, qızın qohumlarının nümayəndəsi ilə araq içir, baş yaylığını atır, çubuqla yelləncəyə vurur, hər hansı bir əşyanı (alma, nar, bıçağı) və ya pulları masanın üstünə qoyur, sözlə razılığa gəlirdi. Bu cür mənimsəmə növü əsasən nikah münasibətinə daxil olan digər tərəflə hesablaşmadan nikah münasibətlərinin inkişaf etdirilməsinin pilləsinə aid edilirdi və bu zaman Allaha və dini bayrama pənah gətirməklə gəlini bəyin evinə yol salmaq olardı.
Udinlərin əsas toy mərasimləri səhər saatlarında başlanırdı və daha sonra bir neçə gün ərzində qohumların iştirakı ilə davam edirdi. Bu zaman tar, kamança, dəf, zurna, balaban kimi alətlərdə ifa olunurdu. Qonaqlar sevinir, nəğmə oxuyur, rəqs edirdilər. Rəqslərin arasında – uzundərə rəqsi olub, onu qonşu xaqlar da mənimsəmişdirlər. Azərbaycanın yerli əhalisi arasında qədimdən geniş yayılmış yallı rəqsi udinlərin də arasında daha geniş yayılmışdır. Müasir toy qiyafəsi əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır, lakin bu zaman bir çox ənənələr əvəllər olduğu kimi qorunub saxlanılmışdır.
Etiraf etmək lazımdır ki, bu gün udilər üçün nikah münasibətlərinə daxil olma həyatın ən vacib mərhələsi olub, toyun özü isə bütün sülalə, xüsusilə də, ailə üçün ən sevindirici hadisədir. Azərbaycanda yaşayan udilər toylarını bir gün qapalı yerlərdə (restoran, kafe, şadlıq evlərində), əsasən isə ənənəyə doğru iki gün öz həyətlərində qeyd edirdilər. Doğmaların, yaxınların və dostların toylarında iştirak borc və mənəvi borc hesab olunur. Buna görə də, udi toyları əksər hallarda şən keçir və belə toylarda daha çox insan iştirak edir. Köhnə ayinlərə ciddi şəkildə riayət edirlər, gəlinin, ev ocağının sahibinin başının üstündə çörəyi bölürlər. Bir çox etnoqrafların fikrincə, xalqlardan heç birində toy ayinləri mürəkkəb şəkil almamışdır, bu cür müstəsna özünəməxsusluq ilə yüngülləşməmişdir və udi xalqında olduğu kimi bu qədər parlaq şəkildə ifadə olunmamışdır.
Udin adətləri və ənənələri multikulturalizm siyasəti sayəsində Azərbaycan ərazisində qorunub saxlanmışdır. Azərbaycanın ərazisində nəinki Udinlər, eləcə də, digər milli azlıqlar da rahat yaşayırlar.
Azərbaycanda dövlət siyasəti səviyyəsində multikulturalizmin, tolerantlığın və dini dözümlülüyün inkişafı ölkənin dövlətçiliyinin qədim tarixinə və bu cür ənənələrin inkişaf etidirilməsinə əsaslanmışdır.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]